Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan XİN Ermənistanın xarici işlər nazirinə cavab verib

27 Avqust 2019, 17:33 (GMT +4)

Bakı, 27 avqust, SalamNews."Avqustun 27-də Ermənistan Respublikasının Xarici İşlər naziri bu ölkə XİN-in mərkəzi aparatının, habelə diplomatik və konsulluq nümayəndəliklərinin rəhbərləri qarşısında çıxış edərək, Azərbaycanın ünvanına tamamilə reallıqdan uzaq və danışıqların mahiyyətinə uyğun olmayan iddialar səsləndirib".

Bunu SalamNews-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər.

"Bununla əlaqədar bir daha vurğulamaq istərdik ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsi olub, hazırda onun ayrılmaz hissəsidir və bu gələcəkdə də belə olacaqdır. Bütün dünya birliyi bu həqiqəti tanıyır və birmənalı olaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyir. "Dağlıq Qarabağ xalqı" anlayışı yoxdur, Azərbaycanın bu bölgəsinin erməni və azərbaycanlı icmaları vardır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə qəbul edilmiş model, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əsaslanır. Dinc nizamlanma çərçivəsində konkret addımlar isə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən irəli sürülüb və bu ilin 9 mart tarixli son bəyanatları da daxil olmaqla həmsədrlər tərəfindən dəfələrlə səsləndirilib.

Beynəlxalq miqyasda tanınmış multikultural cəmiyyətə sahib olan, çoxlu sayda müxtəlif etnik qrupların vətəni olan Azərbaycan dövləti, bütün əzəli azərbaycanlı əhalini hal-hazırda bu ölkənin yerləşdiyi ata-baba torpaqlarından qovan və üstəlik Azərbaycanın işğal olunmuş ərazilərində ən ifrat təzahürü Xocalı faciəsi olan dəhşətli etnik təmizləmə həyata keçirən monoetnik Ermənistanla heç bir müqayisəyə gələ bilməz.

Ermənistan XİN başçısının vətəndaşların öz iradələrini azad ifadə etməsini nəzərdə tutan xalqların öz müqəddəratını təyinetmə hüququna istinad edərək təmsil etdiyi ölkənin təcavüzkar niyyətlərinə hər hansı şəkildə haqq qazandırmaq cəhdləri, nə beynəlxalq hüquqa, nə də sağlam məntiqə uyğun gəlmir. Həqiqətən, hər hansı bir ərazinin əhalisinin bir hissəsinin hüquqlarını bu ərazinin əhalisinin digər hissəsinin hüquqlarını tamamilə pozaraq həyata keçirmək mümkün deyil.

Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının hüquqları kütləvi şəkildə pozulub. Yalnız Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının öz doğma yerlərinə təhlükəsiz qayıdışı və orada ləyaqətli yaşayışı ilə təməl hüquqlarının bərpasından sonra bu bölgənin sakinlərinin özünüidarəetmə hüquqlarının həyata keçirilməsi formaları üzrə konkret müzakirələr aparmaq mümkün olacaqdır.

Ermənistan Xarici İşlər Nazirinin daxili auditoriyaya yönəlmiş son açıqlaması, Z.Mnatsakanyanın hər zaman çox canfəşanlıqla guya istədiyi, münaqişənin sülh yolu ilə həlli əvəzinə, onun kəskinləşməsi kimi çox təhlükəli tendensiyaya gətirib çıxarır.

Ermənistan artıq müəyyən etməlidir, o sülh istəyir, yoxsa vəziyyətin gərginləşməsini?! Belə bir təsəvvür formalaşır ki, hazırkı Ermənistan rəhbərliyi münaqişənin həll olunmasına deyil, bilərəkdən vəziyyətin gərginləşməsinə üstünlük verir. Təəsüflə qeyd olunmalıdır ki, bu gün rəsmi Yerevan reallıqlara əsaslanan yanaşmadan deyil, ilhaqçı mövqedən çıxış edir. Lakin istənilən halda aydındır ki, Azərbaycan heç vaxt işğala əsaslanan status-quo vəziyyəti ilə barışmayacaq. Bizim səbrimiz tükənməz deyil", XİN-dən bildirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

XİN: Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə məlumat yoxdur

Tramp: ABŞ tarixindəki ən böyük səhv Yaxın Şərqə qoşun göndərməkdir

Lukaşenko: Rusiya həmişə Belarusun ən yaxın müttəfiqi olacaq

Oğuzda kriminal aləmə yaxın şəxslər polisə tapançadan atəş açıb

Yaxın aylarda ABŞ və Rusiya terrorizmə qarşı mübarizə dialoqu apara bilərlər

Ağ ev prezident seçkilərinin tarixinə aydınlıq gətirib

Belarus XİN-də Rusiya və Ukrayna diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşlər keçirilib

Polşa ABŞ qırıcılarını Rusiya sərhədi yaxınlığında yerləşdirməkdən imtina edib

Fransa Qarabağ münaqişəsinin həlli üçün səylərini əsirgəməyəcək - XİN rəhbəri

XİN: Azərbaycan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Çin XİN tələbi ilə ABŞ-ın Çendudakı konsulluğu bağlanıb

XİN: İran ABŞ-ın heç bir düşmən aktını cavabsız qoymayacaq

Quba-Xınalıq yolunda yenidənqurma işləri sonuncu mərhələdədir

ABŞ səfiri Azərbaycan XİN-ə çağırılıb

Türkiyəni sanksiyalarla hədələmək qəbuledilməzdir - Türkiyə XİN

Elnur Məmmədov XİN-də Ümumi katibliyin rəisi vəzifəsinə təyin edilib

Bayden Trampı ABŞ tarixindəki ilk irqçi prezident adlandırıb

XİN rəhbəri Aİ rəsmisini Ermənistanın təxribatı barədə məlumatlandırıb

XİN: Ermənilərin təxribatlarının qarşısı qətiyyətlə alınacaq

Səudiyyə Ərəbistanı bu ilki Həcc ziyarətinin tarixini açıqlayıb

05 Avqust 2020, 17:48 (GMT +4)
DSMF-nin büdcəsinə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib

05 Avqust 2020, 17:36 (GMT +4)
Roma Papası Livan xalqına başsağlığı verib

05 Avqust 2020, 17:21 (GMT +4)
Suriyada qruplaşmalardan geri alınan bölgədə böyük silah yükü aşkarlanıb (FOTO)

05 Avqust 2020, 17:15 (GMT +4)
Milli Məclisdə 2020-ci il dövlət büdcəsinə dəyişiklik qəbul edilib

05 Avqust 2020, 17:06 (GMT +4)
Zelenski ilə Lukaşenko saxlanılan rusiyalıların ekstradisiyası məsələsini müzakirə edib

05 Avqust 2020, 16:57 (GMT +4)
Azərbaycan Livana maliyyə yardımı göstərəcək

05 Avqust 2020, 16:51 (GMT +4)
Azercell-in dəstəyilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətt xidməti" növbəti hesabatını açıqlayıb

05 Avqust 2020, 16:36 (GMT +4)
Beyrut partlayışının vurduğu ziyanın ilkin məbləği açıqlanıb

05 Avqust 2020, 16:26 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 200-dən aşağı düşüb

05 Avqust 2020, 16:20 (GMT +4)
Rusiyada hərbi təlimlər zamanı 18 nəfər yaralanıb

05 Avqust 2020, 16:08 (GMT +4)
Prezident İlham Əliyev livanlı həmkarına başsağlığı verib

05 Avqust 2020, 16:05 (GMT +4)
“Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

05 Avqust 2020, 15:50 (GMT +4)
1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşlara xidmət edir

05 Avqust 2020, 15:43 (GMT +4)
Azərbaycanda iki Olimpiya İdman Kompleksi müvəqqəti xəstəxanaya çevrilib

05 Avqust 2020, 15:37 (GMT +4)
Pandemiya: Dünyada COVID-19-a yoluxma hallarının sayı 18,7 milyonu keçib

05 Avqust 2020, 15:28 (GMT +4)
Ezamiyyələrin icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb

05 Avqust 2020, 15:22 (GMT +4)
"CNN"in Pentaqondakı mənbələri Trampın açıqlamasını təkzib edib

05 Avqust 2020, 15:20 (GMT +4)
KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

05 Avqust 2020, 15:20 (GMT +4)
Əfqanıstanın şimalında Talibanın hücumu nəticəsində bir partiyanın 12 üzvü həlak olub

05 Avqust 2020, 14:48 (GMT +4)
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının Ümumrespublika Forumu başlayıb

05 Avqust 2020, 14:43 (GMT +4)
Livan hökuməti azərbaycanlı dənizçiləri təxliyə edib

05 Avqust 2020, 14:21 (GMT +4)
İranda son sutkada koronavirusdan 185 nəfərin ölümü qeydə alınıb

05 Avqust 2020, 14:20 (GMT +4)
Baş prokuror və hərbi prokurorun müavinlərinin sayı artırılıb

05 Avqust 2020, 14:15 (GMT +4)
Rusiya səfirliyi Beyrutdakı partlayışla bağlı vəziyyəti şərh edib

05 Avqust 2020, 13:51 (GMT +4)
“Nar Wi-Fi” ilə yüksək sürətli internet əldə etmək mümkündür

05 Avqust 2020, 13:29 (GMT +4)
Beyrutdakı partlayış anı toy kameralarına düşüb (VİDEO)

05 Avqust 2020, 13:21 (GMT +4)
Rusiyada COVID-19-a yoluxma hallarının sayı 866,5 mini keçib

05 Avqust 2020, 13:15 (GMT +4)
Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib

05 Avqust 2020, 12:57 (GMT +4)
Kürdəmirdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

05 Avqust 2020, 12:55 (GMT +4)
Türkiyə kurortlarında COVID-19-a yoluxmaların sayı kəskin şəkildə artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66