Gürcüstan prezidenti Rusiya ilə dialoqun bərpası ilə bağlı şərtləri açıqlayıb28 Avqust 2019, 17:23 (GMT +4) Bakı, 28 avqust, SalamNews. Gürcüstan prezidenti Salome Zurabişvili "Euronews" telekanalına açıqlamasında Tbilisi ilə Moskva arasında dialoqun hansı şərtlər altında yenidən bərpa edilə biləcəyindən danışıb.
"Təmas qurmaq, əlaqələri bərpa etmək üçün biz anlamalıyıq ki, Rusiyanın bizim kimi kiçik bir qonşusu ilə bağlı mövqeyində dəyişikliklər var", o deyib.
SalamNews xəbər verir ki, o qeyd edib ki, Rusiya "münasibətlərin məcburiyyət üzərində qurulmayacağını anlamalıdır".
"Buna dair işarələr gördüyümüzdə əminəm ki, biz dialoqa hazır olacağıq", - Gürcüstan prezidenti bildirib.
|