Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Nar” bölgələri yüksək keyfiyyətli internetlə təmin etməyə davam edir

30 Avqust 2019, 17:44 (GMT +4)

Bakı, 30 avqust, SalamNews. Hər bir abunəçisini keyfiyyətli şəbəkə və mobil internetlə təmin etməyi hədəfləyən “Nar”,Azərbaycanın bölgələrində də mobil şəbəkəsini genişləndirməkdədir. Artıq ən ucqar kəndlərdə belə "Nar"-ın mobil rabitə xidmətlərindən istifadə etmək mümkündür.

Mobil operator son bu il ərzində regionlarda 460 4G LTE texnologiyalı baza stansiyası quraşdırıb. “Nar”-ın 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63% artıb. 4G internetindən istifadə edənlərin artımı Bakı üzrə 89%, regionlar üzrə isə 116% təşkil edir. ¬¬

Mobil operator şəbəkəsinin keyfiyyətilə yanaşı, rabitə xidmətlərinin hər kəs üçün əlçatan olmasını hədəfləyib. “Nar” bölgələrdə yaşayan əhali üçün təklif etdiyi sərfəli “Yerlim” tarifi abunəçilər tərəfindən xüsusi qiymətləndirilir. Belə ki, son 1 il ərzində tarifə qoşulanların sayı 15% artıb. Artıq yarım milyondan çox abunəçi "Nar"-ın "Yerlim" tarifindən istifadə edir.

Qeyd edək ki, “Yerlim” tarifilə abunəçilər eyni bölgədə yaşayan doğmaları, dostları, bir sözlə, bütün yerliləri ilə dəqiqəsi 1 qəpikdən danışa bilərlər. Tarifə qoşulmaq üçün “Yerlim” yazıb 777 qısa nömrəsinə mesaj göndərmək və ya *777#303#YES kodunu yığmaq lazımdır.

Tarif haqqında ətraflı məlumatı https://www.nar.az/yerlim internet səhifəsindən əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümü başlayır

DTX İrandan gətirilən külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb

"Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib

Ekspert: Vətəndaşlardan pikaplar alınarsa qarşılığı veriləcək

Abşeron sakini 16 kq narkotiklə tutulub

“Nar” ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırıb

Qaxda 2 ton narkotik vasitə məhv edilib

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində vebinarlar yekunlaşıb

Təcridxanaya qəbul edilən məhkumda narkotik aşkarlanıb

Tədrisdən kənarlaşdırılan təhsilverənlərin əməkhaqqı saxlanılacaq

“Azərişıq” Bakı və regionlarda 1088 kənar xətdən istifadə faktı qeydə alıb

“Virtual məktəb”də vebinar və təlimlər başa çatır

Zaqatalada narkobaron “Çopur Ramiz” və onun cinayətkar şəbəkəsi saxlanılıb

Estoniyada sürücülər cərimə ödəmək əvəzinə yolun kənarında dayanmalı olacaq

ABŞ İranın uran entiyatlarının 10 qat armasından narahat olduğunu bildirib

Xaçmazda “Fedya” ləqəbli narkotacir tutulub

Zaxarova: Navalnı ilə bağlı ssenarinin əvvəlcədən yazıldığı hiss edilir

Tramp Pentaqon rəhbərini vəzifədən kənarlaşdırmağı düşünür

Türkiyə Kaşıkçının qətli ilə bağlı qəbul edilən qərardan narazıdır

26 Sentyabr 2020, 18:02 (GMT +4)
Müdafiə Nazirliyinə yeni mətbuat katibi təyin olunub

26 Sentyabr 2020, 17:01 (GMT +4)
Azərbaycanda vahid KİV Bankı yaradılacaq

26 Sentyabr 2020, 16:54 (GMT +4)
İsrail onlarla nüvə başlığına malik olduğu üçün sülh və təhlükəsizliyə ən böyük təhdiddir - İran

26 Sentyabr 2020, 16:52 (GMT +4)
"Azercell"in dəstəyi məktəblilər xüsusi hazırlıq dərsləri keçiblər

26 Sentyabr 2020, 16:51 (GMT +4)
Nazirlik: Daha 10 şagird koronavirusa yoluxub

26 Sentyabr 2020, 16:50 (GMT +4)
Berluskoninin koronavirus testinin cavabı yenidən müsbət çıxıb

26 Sentyabr 2020, 16:40 (GMT +4)
Meksikada koronavirusa yoluxanların sayı 720 858 nəfərə çatıb

26 Sentyabr 2020, 16:23 (GMT +4)
“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümü başlayır

26 Sentyabr 2020, 16:21 (GMT +4)
Tramp “Black Lives Matter” hərəkatının qaradərili amerikalılara zərər verdiyini deyib

26 Sentyabr 2020, 16:10 (GMT +4)
DTX İrandan gətirilən külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb

26 Sentyabr 2020, 16:08 (GMT +4)
Məktəb direktorlarının işə qəbulu müsabiqəsinə 552 vakant yer çıxarılacaq

26 Sentyabr 2020, 15:48 (GMT +4)
İranda son sutkada 172 koronavirus xəstəsinin ölümü qeydə alınıb

26 Sentyabr 2020, 15:42 (GMT +4)
Abe Rusiya ilə sülh müqaviləsi bağlamağa nəyin maneə olduğunu açıqlayıb

26 Sentyabr 2020, 15:41 (GMT +4)
Koronavirus Azərbaycanda: Bu gün daha 108 yoluxma qeydə alınıb

26 Sentyabr 2020, 15:28 (GMT +4)
Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatıb

26 Sentyabr 2020, 15:14 (GMT +4)
Tramp seçkilərdə məğlubiyyətinin yeganə şərtini açıqlayıb

26 Sentyabr 2020, 15:07 (GMT +4)
Taliban Əfqanıstanın beş əyalətində hücuma keçib, azı 12 ölü var

26 Sentyabr 2020, 14:55 (GMT +4)
DMX rəisi vətəndaşların videoqəbulunu keçirib

26 Sentyabr 2020, 14:40 (GMT +4)
Yaponiyanın Baş naziri Putinlə telefon danışığı keçirmək niyyətindədir

26 Sentyabr 2020, 14:21 (GMT +4)
İran paytaxtında karantin qaydaları sərtləşdirilib

26 Sentyabr 2020, 14:18 (GMT +4)
Rusiyada son sutkada 169 nəfər koronavirusdan ölüb

26 Sentyabr 2020, 14:14 (GMT +4)
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub

26 Sentyabr 2020, 13:47 (GMT +4)
Ərdoğan və Dodon əməkdaşlıq məsələlərini müzakirə edib

26 Sentyabr 2020, 13:38 (GMT +4)
ABŞ son illərdə Livanda Hizbullah-a qarşı 10 milyard dollar xərclədiyini bildirib

26 Sentyabr 2020, 13:30 (GMT +4)
YAP-da sosial şəbəkələrin fəaliyyəti müzakirə edilib

26 Sentyabr 2020, 13:24 (GMT +4)
Almaniyada rekord sayda COVID-19-a yoluxma qeydə alınıb

26 Sentyabr 2020, 13:08 (GMT +4)
DİN qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısını alıb

26 Sentyabr 2020, 12:51 (GMT +4)
Sobyanin evdə qalan moskvalılar üçün dəstək tədbirlərini bərpa etdirib

26 Sentyabr 2020, 12:46 (GMT +4)
Baş Prokuror və Hərbi Prokuror hərbi hissələrdə olublar (FOTOLAR)

26 Sentyabr 2020, 12:45 (GMT +4)
Livanda siyasi böhran davam edir, ölkədə hökumətin formalaşdırılması yenə alınmayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66