Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin anım günüdür

01 Sentyabr 2019, 08:35 (GMT +4)

Bakı, 1 sentyabr, SalamNews. Azərbaycanın tanınmış milyonçusu, mеsenat, Rusiya İmperiyasının həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin anım günüdür.

SalamNews-un məlumatına görə, Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olarkən vəfat edib. 10 yaşında ikən atası onu bənnanın yanına usta köməkçisi düzəldir. Zeynalabdin 15 yaşında ikən bənnalıq etməyə başlayır. Bir müddət sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Sonradan o, özünü ticarətdə və yüngül sənayedə də sınayır və hər ikisində qabiliyyəti ilə uğur qazanır. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət кеrosin zavodu olub. Bütün müsəlman aləmində tanınan milyonçunu Bakıdakı müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətlərinin hamısı özünə fəxri sədr seçib.

H.Z.Tağıyev 1873-cü ildə 2 nəfərlə şərik olub, Bibiheybətdə icarəyə yer götürür, neft quyusu qazır. Xeyli prosesdən sonra, nəhayət, quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu bənna Zeynalabdin milyonçu Tağıyev kimi tanınır. Üç il ərzində şəhərin mərkəzində böyük saray tikdirir.

H.Z.Tağıyev həm neft maqnatı, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi, ticarət və yük gəmilərinin, həm də Quba ətrafında böyük meşələrin sahibi olub. İranın Ənzəli və Rəşt ərazisində də milyonçunun meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada dördmərtəbəli iri sarayı, İranda karvansarayları var idi.

Milyonçu Xəzərin sahillərində uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb, vətəgə salmışdı. Kür qırağındakı vətəgələri isə dövlətdən icarəyə götürmüşdü.

H.Z.Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bu, bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi.

Qəzet və jurnalların çap edilməsi, xeyriyyə cəmiyyətləri də, ilk növbədə, Tağıyevin adı ilə bağlıdır.

Sovet hakimiyyətinin Azərbaycanı işğal etdiyi vaxt Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilib. O, əlindən alınmış keçmiş mülkiyyətindən ancaq Mərdəkandakı bağ evini seçib.

H.Z.Tağıyev 1924-cü il sentyabrın 1-də 86 yaşında vəfat edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqədə qalib layihə seçilib

Umayra Tağıyeva: Hava proqnozunun verilməsi çətinləşib

Umayra Tağıyeva: “Hazırkı hava şəraiti avqust üçün səciyyəvi deyil”

Umayra Tağıyeva: “Şiddətli, güclü külək gözlənilmir”

Rəşad Tağıyev: Təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır

Rəşad Tağıyev məzunların “Son zəng” tədbirinə qatılıb

Rəşad Tağıyev vətəndaşları qəbul edəcək

Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

Umayra Tağıyeva yeni vəzifəyə təyin edilib

Xanımlar bilməlidir ki, bunun ziyanı böyükdür - Umayra Tağıyeva

Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin anım günüdür

Umayra Tağıyeva: "Bu ilin yay aylarında anomal istilər gözlənilir"

Xalq Artisti Mübariz Tağıyevin 70 illiyi qeyd ediləcək

Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevın xatirəsi yad ediləcək

Tarix Muzeyinə H.Z.Tağıyevin imzası olan foto-şəkil verilib

Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin anım günüdür

Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyinə ekskursiya təşkil edilib (FOTOLAR)

Hacı Zeynalabdin Tağıyev haqqında kitab işıq üzü görüb

H.Z.Tağıyev adına NQÇİ-də neft hasilatı 6,3 faiz artıb

Tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

16 Sentyabr 2019, 16:45 (GMT +4)
Qubanın Qaracəlli kəndində yeni məktəb istifadəyə verilib

16 Sentyabr 2019, 16:35 (GMT +4)
Ziraat Bank  “Beynəlxalq Caspian Energy Forum Baku”nun sponsoru olub

16 Sentyabr 2019, 16:33 (GMT +4)
Husilərin hücumundan öncəki neftin istehsalı üçün Səudiyyəyə aylarla vaxt lazımdır – Mənbə

16 Sentyabr 2019, 16:20 (GMT +4)
Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

16 Sentyabr 2019, 16:08 (GMT +4)
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

16 Sentyabr 2019, 15:36 (GMT +4)
Azərbaycanda şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılıb

16 Sentyabr 2019, 15:36 (GMT +4)
Türkiyə və İran prezidentləri Ankarada görüşüblər

16 Sentyabr 2019, 15:27 (GMT +4)
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

16 Sentyabr 2019, 15:04 (GMT +4)
Tunisdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

16 Sentyabr 2019, 15:00 (GMT +4)
Rəsmi Bakı Özbəkistanın Türk Şurasına üzvlük qərarını alqışlayıb

16 Sentyabr 2019, 14:39 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

16 Sentyabr 2019, 14:25 (GMT +4)
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

16 Sentyabr 2019, 14:15 (GMT +4)
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir

16 Sentyabr 2019, 13:53 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçirilir

16 Sentyabr 2019, 13:36 (GMT +4)
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib (FOTO)

16 Sentyabr 2019, 13:20 (GMT +4)
Azərbaycanda cari əməliyyatlar hesabında yaranmış profisit azalıb

16 Sentyabr 2019, 13:11 (GMT +4)
İran Səudiyyənin neft zavoduna hücumda ittihamlandırılmasına cavab verib

16 Sentyabr 2019, 13:09 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

16 Sentyabr 2019, 13:05 (GMT +4)
“Qala Sığorta” hər kəsin ala biləcəyi yeni məhsul yaradıb

16 Sentyabr 2019, 12:50 (GMT +4)
AMEA-da lisey yaradılacaq

16 Sentyabr 2019, 12:41 (GMT +4)
Аzərbaycan əhalisinin sayı açıqlanıb

16 Sentyabr 2019, 12:24 (GMT +4)
Qurban Qurbanov: Çətin və vacib qələbə qazandıq

16 Sentyabr 2019, 12:10 (GMT +4)
Əli Həsənov: Nuru paşa xalqımızın qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırıb

16 Sentyabr 2019, 11:54 (GMT +4)
Neft zavodunun vurulmasından sonra Səudiyyə və ABŞ ehtiyat neftindən götürməyə başlayıblar

16 Sentyabr 2019, 11:46 (GMT +4)
Prezident İlham Əliyev Bakıda 300 nömrəli məktəbin açılışında iştirak edib

16 Sentyabr 2019, 11:26 (GMT +4)
Nyu-York səfərində Ruhani ilə Tramp arasında heç bir görüş olmayacaq - İran

16 Sentyabr 2019, 11:22 (GMT +4)
"Azərbaycan şəhidlik məktəbində Kərbəla hadisəsinin rolu” adlı tədbir keçirilib

16 Sentyabr 2019, 10:36 (GMT +4)
BNA ilk dərs günündə yollardakı sıxlıqla bağlı əhaliyə müraciət edib

16 Sentyabr 2019, 10:35 (GMT +4)
İslam Əməkdaşlıq Təşkilatı Netanyahunun yeni ərazi iddiası haqda bəyanat verib

16 Sentyabr 2019, 10:16 (GMT +4)
Polis Akademiyasında andiçmə mərasimi keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66