Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda meyvə istehsalçılarına veriləcək subsidiyanın məbləği məlum olub

02 Sentyabr 2019, 14:28 (GMT +4)

Bakı, 2 sentyabr, SalamNews.Azərbaycanda üzüm istehsalçıları bağın salındığı ilk 4 il ərzində hər hektar əkin sahəsinə görə dövlətdən 600 manat sudsidiya alacaqlar.

SalamNews bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar Aqrar Subsidiya Şurasının avqustun 29-da keçirilmiş iclasında, Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na əsasən qəbul edilib. Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən ediləcək. Beləliklə, üzüm üzrə əkin əmsalı 3 müəyyən edilib.

Bununla belə, əkindən 4 il sonra məhsulun yetişəcəyi və fermerin gəlir əldə edəcəyi nəzərə alınaraq əkin əmsalı 1,2-yə, subsidiyanın məbləği isə buna uyğun olaraq 240 manata endiriləcək.

Eyni qayda intensiv meyvə bağı salanlara da aiddir. Söhbət damcı suvarma sistemi ilə təmin olunmuş alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik, alça və badam bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlardan; xurma vənar bitkiləri üzrə 1 hektara minumum 450 ədəd tingin əkildiyi bağlardan; limon, portağal, naringi və feyxoa bitkiləri üzrə1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlardan; fındıq üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlardan; əzgil, zoğal, iydə, əncir,qoz, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlardan gedir. Bu zaman qərzəkli bitkilər istisna olmaqla digər meyvələrin istehsalçılara hər hektar əkin sahəsinə görə ilk 4 il ərzində 800 manat (əkin əmsalı 4 olacaq), növbəti illərdə isə 240 manat (əkin əmsalı 1,2 olacaq) subsidiya veriləcək. Qərzəkli bitki istehsalçıları isə hər hektar əkin sahəsinə görə ilk 4 il ərzində 400 manat (əkin əmsalı 2 olacaq), növbəti illərdə isə yenə də 240 manat (əkin əmsalı 1,2 olacaq) subsidiya alacaqlar. Bununla belə, qərzəkli meyvələrdən fındıq üzrə əkin əmsalı yalnız Ağstafa, Balakən, Zaqatala, Xaçmaz, Qax,Qəbələ, Quba, Şəki, Oğuz, Qusar, Qazax, Şabran və İsmayıllı rayonlarına şamil ediləcək.

Adi meyvə bağı salanlara isə hər hektar əkin sahəsinə görə 240 manat subsidiya ödənilməsi (əkin əmsalı 1,2 olacaq) nəzərdə tutulub. Amma bunun üçün 1 hektara əkilmiş tinglərin sayı az 90 ədəd olmalıdır.

Nəhayət, giləmeyvə istehsalçıları hər hektar əkin sahəsinə görə 200 manat subsidiya ödəniləcək. Yəni, əkin əmsalı 1 müəyyən edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

KTN 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

KTN Sabirabadda respublika müşavirəsi keçirib

KTN-nin nümayəndə heyəti Fransada səfərdə olub

KTN quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır

KTN Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb

KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

KTN süd məhsullarının dəyəri ilə bağlı beynəlxalq şirkətlə müqavilə bağlayıb 

KTN sahibkarları iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir

KTN Azərbaycandan ixrac olunmuş təzə kartofun Qazaxıstandan geri qaytarılması haqqında məlumat yayıb

“Aqrolizinq” ASC-nin Braziliyadan damazlıq heyvanlar alması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - KTN

Bakıya satış məqsədi ilə gətirilmiş yararsız at əti aşkar edilib - KTN

Havalar soyuq keçdiyindən, dərinə düşmüş toxumların cücərməsi ləngiyib - KTN

KTN ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub - KTN

KTN vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

KTN-də ictimai iştirakçılığın təmin olunması ilə bağlı “dəyirmi masa” keçirilib

Ötən gün 29 cinayət faktnın üstü “isti izlər”lə açılıb - DİN

Azərbaycan KTN-nin nümayəndə heyəti Astanada beynəlxalq konfransda iştirak edəcək

KTN-də “2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib

25 Sentyabr 2020, 13:20 (GMT +4)
Sabah Bakıda 30 dərəcəyə yaxın isti olacaq

25 Sentyabr 2020, 13:08 (GMT +4)
Fransada Makron və Putin arasındakı söhbətin mətbuata sızması ilə bağlı yoxlamalar başlayıb

25 Sentyabr 2020, 13:07 (GMT +4)
İlham Əliyev: Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar

25 Sentyabr 2020, 13:00 (GMT +4)
Kənd Təsərrüfatı naziri fermerlərlə görüşüb (FOTO)

25 Sentyabr 2020, 12:45 (GMT +4)
"Ən yaxşı ştatdankənar kimya manqası” adı uğrunda yarış keçirilib

25 Sentyabr 2020, 12:40 (GMT +4)
Rusiyada koronavirusdan ölənlərin sayı 20 mini keçib

25 Sentyabr 2020, 12:35 (GMT +4)
Gəncə şəhər Auditor təşkilatının sabiq direktoru həbs edilib

25 Sentyabr 2020, 12:33 (GMT +4)
Ərəb Dövlətləri Liqasında ixtilaflar artıb, Qətər də sədrliyi öhdəsinə götürməyib

25 Sentyabr 2020, 12:31 (GMT +4)
BŞTİ: Məktəbəhazırlıq qruplarına 27 136 uşaq cəlb olunacaq

25 Sentyabr 2020, 12:27 (GMT +4)
Təhsil naziri tələbələri təbrik edib

25 Sentyabr 2020, 12:15 (GMT +4)
"Brent" markalı xam neftin qiyməti 42,17 dollara yüksəlib

25 Sentyabr 2020, 12:13 (GMT +4)
Neftçalada qanvermə aksiyası keçirilib

25 Sentyabr 2020, 12:03 (GMT +4)
Kim Çen In ilk dəfə olaraq Cənubi Koreya xalqından üzr istəyib

25 Sentyabr 2020, 12:00 (GMT +4)
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

25 Sentyabr 2020, 11:52 (GMT +4)
ATU ilə Qazi Universiteti arasında əməkdaşlıq yeni formata keçir

25 Sentyabr 2020, 11:46 (GMT +4)
Prezident İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

25 Sentyabr 2020, 11:44 (GMT +4)
Tramp gələcək ABŞ seçkilərinin düzgün keçiriləcəyindən əmin deyil

25 Sentyabr 2020, 11:30 (GMT +4)
“Azexport” portalında sığorta xidmətləri yerləşdiriləcək

25 Sentyabr 2020, 11:29 (GMT +4)
İranda bir təlim təyyarəsi qəzaya uğrayıb

25 Sentyabr 2020, 11:20 (GMT +4)
ABŞ prezidenti hakimiyyətdən dinc yolla getməsinin şərtlərini açıqlayıb

25 Sentyabr 2020, 11:16 (GMT +4)
“Bavariya” UEFA Super Kubokunun qalibi olub

25 Sentyabr 2020, 11:02 (GMT +4)
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatır

25 Sentyabr 2020, 10:59 (GMT +4)
İlk dəfə olaraq Səudiyyə Ərəbistanın xaricdəki müxalifəti partiya təsis edib

25 Sentyabr 2020, 10:47 (GMT +4)
Fransa bir gündə 16 min COVID-19-a yoluxma qeydə alınıb

25 Sentyabr 2020, 10:45 (GMT +4)
Prezident İlham Əliyev: Ermənistanda gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır

25 Sentyabr 2020, 10:30 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 61 dəfə pozub

25 Sentyabr 2020, 10:27 (GMT +4)
İranda hərbi parada edilən qanlı hücumun yeni görüntüləri yayılıb (VİDEO)

25 Sentyabr 2020, 10:13 (GMT +4)
BMT Baş Katibi: İnsanlıq pandemiya sınağından keçə bilmədi

25 Sentyabr 2020, 10:06 (GMT +4)
Masallı regional “ASAN xidmət” mərkəzi fəaliyyətinin 4-cü ilində (FOTO)

25 Sentyabr 2020, 09:53 (GMT +4)
“Prezident Heydər Əliyev” tankeri istismara buraxılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66