Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6 milyard dolları keçib02 Sentyabr 2019, 15:09 (GMT +4) Bakı, 2 sentyabr, SalamNews.Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il sentyabrın 1-nə 6 004,3 milyon ABŞ dolları təşkil edib.
SalamNews quruma istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,7% çoxdur.
İlin əvvəlinə nisbətən AMB-nin valyuta ehtiyatları 6,7%, son bir ildə isə 9,1% artıb.
|