Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Elektron məhkəmə” islahatlarına dair müzakirə aparılıb

03 Sentyabr 2019, 17:32 (GMT +4)

Bakı, 3 sentyabr, SalamNews. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə məhkəmə sistemi sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün nəzərdə tutulan İcra və Kommunikasiya Planı müzakirə olunub. İnzibatçılığın təkmilləşdirilməsi və genişləndirilməsi sahəsində qarşıya çıxan problemlərin aradan qaldırılması, aidiyyəti qurumlarla inteqrasiyasının təşkili, elektron sistemin imkanlarının genişləndirilməsi əsas müzakirə mövzusu olub.

SalamNews İİTKM-a istinadla xəbər verir ki, iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı açılış nitqi zamanı bildirib ki, məhkəmə sistemi sahəsində islahatlarla bağlı İcra və Kommunikasiya Planına əsasən hədəf “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” layihəsinin hazırlanmasıdır. Həmçinin İcra və Kommunikasiya Planı üzrə təyin olunan orqan və qurumlar mərhələlərlə ”Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunacaq.

Vüsal Qasımlı Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına istinadən əlavə edib ki, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Müzakirə zamanı məlumat verilib ki, sahibkarlıq subyektləri, aparıcı konsaltinq şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə kommunikasiya və məlumatlandırma sahəsində növbəti yarım il üçün də görüləcək işlər genişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin istifadə qaydaları hazırlanacaq. Sistemdən istifadə qaydaları ilə bağlı hakimlərə, məhkəmə aparatı işçilərinə və vəkillərə təlimlər keçiriləcək. Bundan başqa məhkəmə sistemi üzrə aparılan islahatlarla bağlı sahibkarlar arasında sorğular keçiriləcək, məlumat xarakterli broşüralar və digər materiallar hazırlanacaq.

Aidiyyəti qurumlarla aparılan müzakirə zamanı qeyd olunub ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinə ictimai nəzarət məqsədilə qaynar xətt yaradılacaq. Sistemlə bağlı statistik məlumatlar mütəmadi ictimaiyyətə açıqlanacaq, bu sahədə aparılmış islahatların üstünlükləri və nəticələri barədə KİV-də və sosial şəbəkələrdə silsilə çıxışlar təşkil ediləcək.

Məhkəmə sistemi sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün nəzərdə tutulan İcra və Kommunikasiya Planının müzakirəsində İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Maliyyə Bazarlarına Nəzarət Palatası, KOB İnkişaf Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Ekvita” şirkəti, “PricewaterhouseCoopers Azerbaijan” şirkəti, “BM Morrison Partners” şirkəti, “Ekvita”, “KPMG Azerbaijan Ltd”, “Deloitte Azerbaijan”, “Azərbaycanda Amerika Ticarət Palatası” ictimai birliyii, “MGB Law Offices”, “BM Morrison Partners”, “Dentons Azerbaijan”, "Bakı Hüquq Mərkəzi", "Adrem Attorneys Hüquq" Şirkətinin nümayəndələri iştirak edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İİTKM-də bir neçə departamentə rəhbər təyin olunub

İİTKM-nin yaranmasından 4 il ötür

İİTKM ilə Azərbaycan Beynəlxalq Bankı arasında Memorandum imzalanıb

İİTKM Oxford Universitetində təqdimat edib

İİTKM Koreya İnkişaf İnstitutu ilə əməkdaşlıq edəcək

İİTKM təcrübə proqramı elan edib

“Doing Business”in ekspertləri İİTKM-də metodologiya mövzusunda təlim keçirir

İİTKM: Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir

İİTKM-da ABŞ və Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

İİTKM ABŞ biznes şurası ilə memorandum imzalayıb

İİTKM Rəqəmsal Ticarət Qovşağının fəaliyyətini təkmilləşdirir

İİTKM-in departament rəhbəri Asiya Beyin Mərkəzlərinin Forumunda iştirak edib

İİTKM-in departament rəhbəri beynəlxalq tədbirdə Azərbaycanı təmsil edir

İİTKM – də “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib

İİTKM-nin rəhbəri “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

İİTKM–də “Digital Marketinq” mövzusunda təlim keçirilib

İİTKM beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməyi planlaşdırır

İİTKM-də “Digital Marketinq” mövzusunda təlim keçiriləcək

İİTKM növbəti Təcrübə Proqramını elan edir

İİTKM-də “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib

26 Sentyabr 2020, 18:02 (GMT +4)
Müdafiə Nazirliyinə yeni mətbuat katibi təyin olunub

26 Sentyabr 2020, 17:01 (GMT +4)
Azərbaycanda vahid KİV Bankı yaradılacaq

26 Sentyabr 2020, 16:54 (GMT +4)
İsrail onlarla nüvə başlığına malik olduğu üçün sülh və təhlükəsizliyə ən böyük təhdiddir - İran

26 Sentyabr 2020, 16:52 (GMT +4)
"Azercell"in dəstəyi məktəblilər xüsusi hazırlıq dərsləri keçiblər

26 Sentyabr 2020, 16:51 (GMT +4)
Nazirlik: Daha 10 şagird koronavirusa yoluxub

26 Sentyabr 2020, 16:50 (GMT +4)
Berluskoninin koronavirus testinin cavabı yenidən müsbət çıxıb

26 Sentyabr 2020, 16:40 (GMT +4)
Meksikada koronavirusa yoluxanların sayı 720 858 nəfərə çatıb

26 Sentyabr 2020, 16:23 (GMT +4)
“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümü başlayır

26 Sentyabr 2020, 16:21 (GMT +4)
Tramp “Black Lives Matter” hərəkatının qaradərili amerikalılara zərər verdiyini deyib

26 Sentyabr 2020, 16:10 (GMT +4)
DTX İrandan gətirilən külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb

26 Sentyabr 2020, 16:08 (GMT +4)
Məktəb direktorlarının işə qəbulu müsabiqəsinə 552 vakant yer çıxarılacaq

26 Sentyabr 2020, 15:48 (GMT +4)
İranda son sutkada 172 koronavirus xəstəsinin ölümü qeydə alınıb

26 Sentyabr 2020, 15:42 (GMT +4)
Abe Rusiya ilə sülh müqaviləsi bağlamağa nəyin maneə olduğunu açıqlayıb

26 Sentyabr 2020, 15:41 (GMT +4)
Koronavirus Azərbaycanda: Bu gün daha 108 yoluxma qeydə alınıb

26 Sentyabr 2020, 15:28 (GMT +4)
Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatıb

26 Sentyabr 2020, 15:14 (GMT +4)
Tramp seçkilərdə məğlubiyyətinin yeganə şərtini açıqlayıb

26 Sentyabr 2020, 15:07 (GMT +4)
Taliban Əfqanıstanın beş əyalətində hücuma keçib, azı 12 ölü var

26 Sentyabr 2020, 14:55 (GMT +4)
DMX rəisi vətəndaşların videoqəbulunu keçirib

26 Sentyabr 2020, 14:40 (GMT +4)
Yaponiyanın Baş naziri Putinlə telefon danışığı keçirmək niyyətindədir

26 Sentyabr 2020, 14:21 (GMT +4)
İran paytaxtında karantin qaydaları sərtləşdirilib

26 Sentyabr 2020, 14:18 (GMT +4)
Rusiyada son sutkada 169 nəfər koronavirusdan ölüb

26 Sentyabr 2020, 14:14 (GMT +4)
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub

26 Sentyabr 2020, 13:47 (GMT +4)
Ərdoğan və Dodon əməkdaşlıq məsələlərini müzakirə edib

26 Sentyabr 2020, 13:38 (GMT +4)
ABŞ son illərdə Livanda Hizbullah-a qarşı 10 milyard dollar xərclədiyini bildirib

26 Sentyabr 2020, 13:30 (GMT +4)
YAP-da sosial şəbəkələrin fəaliyyəti müzakirə edilib

26 Sentyabr 2020, 13:24 (GMT +4)
Almaniyada rekord sayda COVID-19-a yoluxma qeydə alınıb

26 Sentyabr 2020, 13:08 (GMT +4)
DİN qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısını alıb

26 Sentyabr 2020, 12:51 (GMT +4)
Sobyanin evdə qalan moskvalılar üçün dəstək tədbirlərini bərpa etdirib

26 Sentyabr 2020, 12:46 (GMT +4)
Baş Prokuror və Hərbi Prokuror hərbi hissələrdə olublar (FOTOLAR)

26 Sentyabr 2020, 12:45 (GMT +4)
Livanda siyasi böhran davam edir, ölkədə hökumətin formalaşdırılması yenə alınmayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66