Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

"Qaçqınkom": Avropa Məhkəməsi Ermənistana qarşı təsirli tədbirlər görməlidir

10 Sentyabr 2019, 17:46 (GMT +4)

Bakı, 10 sentyabr, SalamNews. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov sentyabrın 10-da ölkəmizdə səfərdə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qərarlarının İcrası Departamentinin rəhbəri Veronika Kotek və onun müavini Klare Oveylə görüşüb.

Dövlət Komitəsindən SalamNews-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və mövcud vəziyyəti, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizdə yaranan qaçqın və məcburi köçkün problemi, bu problemin idarə edilməsi sahəsində əldə olunmuş təcrübə barədə qonağa ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İƏT-nın, Avropa Parlamentinin və digər qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğalçı qoşunların dərhal və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələri hələ də kağız üzərində qalır. Təcavüzkar Ermənistanın 1 milyondan çox azərbaycanlının beynəlxalq sənədlərdə təsbit edilmiş əsas hüquqlarını pozması faktına dünya ictimaiyyətinin laqeyd münasibəti təəccüb və təəssüf hissi doğurur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə qarşı törədilən cinayətlərə və hüquqpozmalara görə Ermənistana qarşı təsirli tədbirlər görməlidir. Görüşdə bu məhkəmənin Ermənistanın silahlı təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpasına çağıran “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərar qəbul etdiyi xatırladılıb.

Qeyd olunub ki, Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini prioritet məsələ elan edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə geniş miqyaslı tədbirlər həyata keçirilir. Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi istiqamətində dövlət proqramı icra olunur. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığına uyğun olaraq, hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkünlər yeni mənzillərlə birinci növbədə təmin olunurlar. İndiyədək 300 minə yaxın qaçqınlar və məcburi köçkün üçün müasir tipli və bütün zəruri infrastrukturla təchiz olunmuş 105 qəsəbə salınıb, bu məqsədlə yeni yaşayaş komplekslərinin inşası davam etdirilir.

Səmimi görüşə görə öz təşəkkürlərini bildirən qonaqlar münaqişənin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndiriblər.

Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Qaçqınkom”un iki sektor müdiri cəzalandırılıb

"Qaçqınkom"da Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

"Qaçqınkom" sosial şəbəkədə yayılanlara rəsmi aydınlıq gətirib

"Qaçqınkom" bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

"Qaçqınkom"un sədri məcburi köçkünləri qəbul edib

"Qaçqınkom" Cocuq Mərcanlıda şagirdlərə məktəbli forması paylayıb

Polis “Qaçqınkom”un qarşısında yolu kəsmək istəyən şəxsi saxlayıb

"Qaçqınkom"da məcburi köçkünlərin qəbulu keçirilib

"Qaçqınkom"da məcburi köçkünlərin qəbulu keçirilib

"Qaçqınkom"da Şuşanın işğalının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib

"Qaçqınkom"un yeni sədri kollektivə təqdim olunub

Rövşən Rzayev “Qaçqınkom”a sədr təyin olunub

18 Yanvar 2020, 17:36 (GMT +4)
Caspian European Club biznes-tur təşkil edib

18 Yanvar 2020, 17:09 (GMT +4)
Səudiyyə kralı regionda vəziyyətlə bağlı İraq baş nazirinə məktub göndərib

18 Yanvar 2020, 17:03 (GMT +4)
“Gənclərin ictimai fəallığa təşviqi” layihəsinin icrasına start verilib

18 Yanvar 2020, 16:51 (GMT +4)
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Banqkokda BMT-nin iclasında təqdim edilib

18 Yanvar 2020, 16:46 (GMT +4)
Somalidəki hücumun hədəfində türklər olub - Türkiyə MN

18 Yanvar 2020, 16:38 (GMT +4)
Koreyanın səfiri “ASAN xidmət”də olub

18 Yanvar 2020, 16:29 (GMT +4)
Fransa Səudiyyənin şərqində böyük radar sistemləri quraşdırıb

18 Yanvar 2020, 16:25 (GMT +4)
Ermənistan "Qazprom"la qazın qiyməti barədə danışıqlar aparır

18 Yanvar 2020, 16:10 (GMT +4)
Nazir müavini: Ötən il 31 icra və probasiya məmuru cəzalandırılıb

18 Yanvar 2020, 16:05 (GMT +4)
DGKA-da 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

18 Yanvar 2020, 15:53 (GMT +4)
ABŞ hərbi kontingentini İraqdan çıxarmağı planlaşdırmır

18 Yanvar 2020, 15:49 (GMT +4)
Somalidə türkiyəli mühəndislərin olduğu obyektdə partlayış törədilib, ölənlər var

18 Yanvar 2020, 15:35 (GMT +4)
Sabunçuda “Nazlı” ləqəbli qadın narkotacir saxlanılıb

18 Yanvar 2020, 15:32 (GMT +4)
Konqoda naməlum xəstəlik səbəbindən 5 nəfər ölüb

18 Yanvar 2020, 15:17 (GMT +4)
AQTİ laboratoriyalarında sahibkarlar üçün infotur keçirilib

18 Yanvar 2020, 14:58 (GMT +4)
Regiondakı gərginliyin səbəbi ABŞ-ın nüvə sazişindən çıxmasıdır - İraq XİN

18 Yanvar 2020, 14:50 (GMT +4)
Liviyanı hərbi diktatorun hakimiyyətinə tərk etmək tarixi səhv olardı - Ərdoğan

18 Yanvar 2020, 14:35 (GMT +4)
Bakıda yetkinlik yaşına çatmayanlardan ibarət soyğunçu dəstə saxlanılıb

18 Yanvar 2020, 14:10 (GMT +4)
Ukrayna prezidenti Qonçaruku Baş nazir vəzifəsində saxlayıb 

18 Yanvar 2020, 14:10 (GMT +4)
“Standard Insurance” şirkəti Şamaxıda yeni nümayəndəlik açıb

18 Yanvar 2020, 13:53 (GMT +4)
ASCO-da 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

18 Yanvar 2020, 13:39 (GMT +4)
ABŞ qüvvələrinin çıxması Kürdüstan muxtariyyətinə də şamil ediləcək - İraq

18 Yanvar 2020, 13:36 (GMT +4)
Avstraliya sahillərində leysan yağışları daşqınlara səbəb olub 

18 Yanvar 2020, 13:26 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

18 Yanvar 2020, 13:08 (GMT +4)
Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin qurbanları anılıb

18 Yanvar 2020, 12:57 (GMT +4)
Azərbaycan məhsulları Berlində keçirilən sərgidə təqdim olunur

18 Yanvar 2020, 12:42 (GMT +4)
ABŞ Rusiya hökumətində dəyişikliyə münasibət biıdirib 

18 Yanvar 2020, 12:33 (GMT +4)
Suriya Ordusu radikal qruplaşmaların hücumu nəticəsində 12 əsgərini itirib

18 Yanvar 2020, 12:19 (GMT +4)
Kapital Bank-ın aktivləri 4,2 milyard manata çatıb

18 Yanvar 2020, 12:00 (GMT +4)
İŞİD «müfti»sinin qardaşı da ələ keçib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66