Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

DANX: Sərnişin və yük daşımalarında qaydalar dəyişdirilir

05 Sentyabr 2019, 13:55 (GMT +4)

Bakı, 5 sentyabr, SalamNews."Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərə uyğun olaraq hüquqi normativ aktlarda dəyişikliklər edilməsi barədə layihələr hazırlayıb, aidiyyəti üzrə təsdiq olunması üçün təqdim edib və aktlar qəbul edib".

Bu barədə SalamNews-a DANX-nin mətbuat katibi Nuridə Allahyarova bildirib.

O xatırladıb ki, Prezident İlham Əliyev avqust ayının 28-də “Avtomobil Nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsinə dair tarixi fərman imzalayıb: “1998-ci il noyabrın 27-də imzalanmış müvafiq qanunla Azərbaycan “Avropa Nəqliyyat Nazirləri Konfransı haqqında Protokol”a qoşulub. Azərbaycanın da həqiqi üzv oduğu Beynəlxalq Nəqliyyat Forumunun hazırda 57 üzvü var. BNF-nin üzvü olmaq Azərbaycan daşıyıcılarının müəyyən edilmiş sayda BNF-nin təsis etdiyi çoxtərəfli “İcazə”lərlə təmin olunması deməkdir. Bu “İcazə”lərlə Azərbaycan daşıyıcıları üzv dövlətlərin ərazisinə/ərazisindən ikitərəfli daşımalar, tranzit keçid və 3-cü ölkədən/ölkəyə daşımaları heç bir maneə ilə rastlaşmadan həyata keçirə bilirlər.

Beynəlxalq Nəqliyyat Forumu üzv ölkələrinin daşıyıcılarına onların ərazilərində beynəlxalq avtomobil daşımalarının effektiv və səmərəli həyata keçirilməsi üçün müxtəlif tədbirlər və layihələr hazırlayaraq təsdiq edir.

Bu qəbildən olan növbəti layihə 2015-ci ilin may ayının 26-da BNF-nin Almaniyada keçirilən nəqliyyat nazirlərinin Sammitində üzv ölkələrin beynəlxalq nəqliyyat daşımalarına vahid tələblərin tətbiq edilməsini nəzərdə tutan Keyfiyyət Xartiyasıdır”.

O vurğulayıb ki, eyni zamanda Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 157 nömrəli qərarı ilə “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram” təsdiq edilib: “Keyfiyyət Xartiyasının tələblərinə görə BNF-nin üzv ölkələrində beynəlxalq avtomobil daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə riayət edilməsi, nəqliyyat müəssisələrinin sürücülərinin və məsul mütəxəssislərinin bilik səviyyəsinin və peşə hazırlığının yüksəldilməsi, hüquqi və fiziki şəxslərin, onların məsul mütəxəssislərinin beynəlxalq daşımalara buraxılması qaydalarının təkmilləşdirilməsi, sürücülərin ixtisasının artırılması üzrə nümunəvi peşəkar tədris proqramının və əlavə tədris proqramının təsdiq edilməsi, avtomobil daşıylcılarına peşəkarlıq Şəhadətnamələrinin verilməsi üçün ixtisas imtahanın keçirilməsi Qaydaları üzrə hüquqi normativ aktlar təsdiq olunmalıdır”.

“Yeni qəbul olunmuş sənədlərə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətini həyata keçirən operatorların işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlarının və fəaliyyəti faktiki icra edən sürücülərin zəruri hazırlıq və yenidən hazırlıq keçmələri və nəticədə əldə edəcəkləri müvafiq təsdiqedici sənədin Keyfiyyət Xartiyasının tələblərinə uyğunlaşdırılması barədə göstəriş verilib. Qeyd olunanlardan əlavə Azərbaycan avtodaşıyıcılarının mənafelərinin qorunması, rəqabətlilik qabiliyyətlərinin artırılması, Azərbaycan avtonəqliyyat xidmətləri bazarında xarici nəqliyyat vasitələrinin xüsusi çəkilərinin kvotadan artıq olmasına yol verilməməsi üçün kvota-icazə sisteminin təkmilləşdirilməsi üzrə qanunvericilikdə dəyişikliklərin edilməsi barədə bir sıra layihələr tərəfimizdən işlənilib və təsdiq olunması üçün aidiyyəti üzrə təqdim edilib.Bununla əlaqədar təqdim edilmiş layihələrin təsdiq edilməsi sahibkarlığın inkişafına, daşıycıların maddi vəziyyətlərinin artırılmasına, yeni nəqliyyat vasitələrinin alınmasına stimul yaradacaq.Hazırda beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 2000 ədədə yaxındır. Hədəfimiz bu sayı 10000 ədədə çatdırmaqdır. Bu isə görüləcək tədbirlər nəticəsində 30000 yeni iş yerinin yaranmasına səbəb olacaq”, - deyə o, əlavə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DANX İrana gedən avtobuslarla bağlı məlumat yayıb

DANX monitorinqlərə başlayıb

DANX: Daşıyıcı şirkətlər sabahdan qış rejiminə keçəcək

DANX Bakı-Sumqayıt yolunda baş vermiş qəza ilə bağlı açıqlama yayıb

DANX nümayəndələri Avropa İttifaqı təcrübəsi ilə tanış olacaqlar

DANX sürücülər üçün ekstremal şəraitdə sürmə təlimi təşkil edir

DANX gücləndirilmiş iş rejiminin vaxtını uzadıb

DANX: Yeni tariflər vətəndaşlara daha yüksək və keyfiyyətli xidmət göstərilməsinə gətirib çıxaracaq

DANX yükdaşımaları yerinə yetirən şəxslərə ciddi xəbərdarlıq edib

Son 3 gündə Avtovağzaldan 49044 sərnişin daşınıb - DANX

Ramazan bayramı günlərində xəttə əlavə 200 avtobus buraxılacaq - DANX

25 Fevral 2020, 18:25 (GMT +4)
DYP-də anım mərasimi keçirilib

25 Fevral 2020, 18:15 (GMT +4)
Məcburi köçkünlər “Xocalı - bu olub” tamaşasına baxıblar

25 Fevral 2020, 18:01 (GMT +4)
Pakistanın Lahor Universitetində Xocalı qurbanları amılıb

25 Fevral 2020, 17:50 (GMT +4)
Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb

25 Fevral 2020, 17:41 (GMT +4)
Rusiya və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

25 Fevral 2020, 17:35 (GMT +4)
Çin lideri Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib

25 Fevral 2020, 17:29 (GMT +4)
Bəhreyn ölkədə koronavirusa yoluxanların sayının 17-ə çatdığını bildirib

25 Fevral 2020, 17:24 (GMT +4)
Taylandda bomba partlayışı nəticəsində azı 10 nəfər yaralanıb

25 Fevral 2020, 17:17 (GMT +4)
Azercell fakturasız xətt abunəçilərinə xüsusi endirimlər təklif edir

25 Fevral 2020, 17:06 (GMT +4)
Yaqut Əliyeva: Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib

25 Fevral 2020, 17:00 (GMT +4)
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib 

25 Fevral 2020, 16:59 (GMT +4)
Qazaxıstanda qeyri-qanuni mitinqlər zamanı 53 nəfəri saxlanılıb

25 Fevral 2020, 16:49 (GMT +4)
Bakıda 7 marşrut xəttinin yolu dəyişdiriləcək

25 Fevral 2020, 16:25 (GMT +4)
Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyası davam edir

25 Fevral 2020, 16:17 (GMT +4)
Kreml martın 5-də Putinlə Ərdoğan arasındakı görüş ehtimalını şərh edib

25 Fevral 2020, 16:15 (GMT +4)
İranın səhiyyə nazirinin müavini də koronavirusa yoluxub (VİDEO)

25 Fevral 2020, 15:40 (GMT +4)
Çindən kənarda koronavirusa yoluxanların sayı iki min nəfəri keçib

25 Fevral 2020, 15:38 (GMT +4)
AzMİU-da “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub

25 Fevral 2020, 15:35 (GMT +4)
Kiyevdə silahlı münaqişələrdə dinc əhalinin qorunması ilə bağlı beynəlxalq konfrans keçirilib

25 Fevral 2020, 15:17 (GMT +4)
İstanbulda Xocalı soyqırımına həsr olunmuş fotosərgi keçirilib

25 Fevral 2020, 15:05 (GMT +4)
Misirin sabiq prezidenti Hüsni Mübarək vəfat edib

25 Fevral 2020, 15:02 (GMT +4)
Tovuzda top mərmisi tapılıb

25 Fevral 2020, 14:57 (GMT +4)
Türkiyə Parlamenti Xocalı ilə bağlı dünyaya səslənib

25 Fevral 2020, 14:40 (GMT +4)
Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

25 Fevral 2020, 14:30 (GMT +4)
DGK sədrinin sərəncamı ilə gömrük postlarına əlavə həkim briqadası cəlb edilib

25 Fevral 2020, 14:20 (GMT +4)
Türkiyə Prezidenti Azərbaycana gəlib

25 Fevral 2020, 14:18 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 95-ə çatıb

25 Fevral 2020, 14:10 (GMT +4)
Gənc PR mütəxəssisləri üçün uzunmüddətli təlim proqramı təşkil olunub

25 Fevral 2020, 14:00 (GMT +4)
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib

25 Fevral 2020, 13:54 (GMT +4)
AzTU beynəlxalq əlaqələrini daha da genişləndirir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66