Zaxarova: Rusiya ABŞ və Taliban arasında razılaşmanın zəmanətçisi kimi çıxış etməyə hazırdır04 Sentyabr 2019, 16:47 (GMT +4) Bakı, 4 sentyabr, SalamNews. ABŞ və Taliban arasında danışıqların doqquzuncu raundunun başa çatması tərəflərin yekun razılaşma əldə edib-etmədiyini göstərmir. SalamNews "RT"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.
Onun sözlərinə görə, Rusiya tərəfi hələ də ABŞ-Taliban sazişinin məzmunu ilə tanış ola bilməyib.
"Əgər tərəflərdən belə bir müraciət daxil olsa Rusiya tərəfi razılaşmanın yerinə yetirilməsinin zəmanətçisi kimi çıxış etməyə hazır olduğunu təsdiqləyir", Zaxarova bildirib.
|