Türkiyə birgə fəaliyyət planını həyata keçirməyə hazırdır - İbrahim Kalın05 Sentyabr 2019, 10:58 (GMT +4) Bakı, 5 sentyabr, SalamNews. Türkiyə Suriya ilə bağlı birgə fəaliyyət planının dərhal yerinə yetirilməsi üçün hazırlıqlarını tamamlayıb. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla telefon danışığı zamanı bildirib.
Telefon danışığında Kalın və Bolton Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması istiqamətində atılan addımların sürətləndirilməsi, İdlib Memorandumuna əməl edilməsi və Suriya Konstitusiya Komitəsinin yaradılması prosesinin yekunlaşdırılması ilə bağlı məsələləri müzakirə ediblər.
|