Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

"Yenicag.az" 12 yaşını qeyd edir

05 Sentyabr 2019, 11:59 (GMT +4)

Bakı, 5 sentyabr, SalamNews. Azərbaycan mediasında özünə məxsus yeri olan "Yenicag.az" bu gün 12 yaşını qeyd edir.

SalamNews-un məlumatına görə, 1 fevral 2006-cı-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi olan "Yenicag.az" 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.

"Yenicag.az" Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən maraqlı xəbərləri də operativ qaydada oxuculara çatdırır.

Ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatını geniş işıqlandıran "Yeniçag.az"da müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıq üzü görür.

Öz fəaliyyətində tərəfsizliyi və obyektivliyi hər zaman rəhbər tutan "Yenicag.az" mövcud siyasi və sosial qrupların heç birinə qarşı ayrıseçkilik etmir, tam obyektiv və müstəqil informasiya siyasətini həyata keçirir.

2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən "Yenicag.az"ın türk və rus dili versiyaları da fəaliyyətə başlayıb.

2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan "Yenicag.az" ölkədə həyata keçirilən ümummilli media layihələrində yaxından iştirak edir.

"Yenicag.az" Azərbaycan həqiqətlərinin xarici ölkələrdə, ilk növbədə Türkiyədə tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərməkdədir. Saytın rəhbəri Aqil Ələsgərin təşəbbüsü ilə Türkiyədə hər il Xocalı soyqırımına həsr olunan silsilə tədbirlər keçirilir, yayım materialları hazırlanır, müxtəlif aksiyalar təşkil olunur. "Yenicag.az" rəhbərinin təşəbbüsü və dəstəyi ilə Xocalı soyqırımının canlı şahidlərindən olan Dürdanə Ağayevanın “Erməni zindanında 8 gün” kitabı nəşr olunub.

Türkiyədəki 15 iyul çevriliş cəhdindən əvvəl bu cəhdi həyata keçirən şəbəkənin ifşasında yorulmadan fəaliyyət göstərən Aqil Ələsgər həmin təşkilatın Azərbaycanda və Türkiyədə həyata keçirdiyi pozuculuq fəaliyyətinə həsr olunmuş “Terrorun Gülən üzü” və “Səssiz işğal” kitablarını çap etdirib.

"Yenicag.az" bu gün də Azərbaycan və Türkiyənin milli təhlükəsizliyinə yönələn bütün cəhdlərə qarşı yüksək həssaslıq nümayiş etdirir və bu məsələləri daim diqqət mərkəzində saxlayır. 10 illik yubileyini qeyd edən "Yenicag.az" öz oxucularının mənafelərini hər zaman əsas götürərək, onların maraqla qarşılayacaqları yeni və aktual layihələri həyata keçirmək istiqamətində addımlayır.

Bu gün “Yeni Çağ Azərbaycan” Media Qrupuna "Yenicag.az" (Azərbaycan), "Yenicag.ru" (rus) və "Yenicag.info" (türk) domenləri daxildir. Beynəlxalq reytinq şəbəkələrində qabaqcıl yerləri tutan "Yenicag.az" ayda 2 milyona yaxın internet istifadəçisi tərəfindən ziyarət edilir. Saytın aylıq səhifələnməsi 3-4 milyon arasındadır.

SalamNews İnformasiya Agentliyinin redaksiyası həmkarlarını təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Yenicag.az" 11 yaşını qeyd edir

"Yenicag.az" saytı 10 yaşını qeyd edir

"Yenicag.az" saytı 9 yaşını qeyd edir

Bu gün "Yenicag.az" saytının 8 yaşı olub

08 Avqust 2020, 17:00 (GMT +4)
Nazirlik: Beynəlxalq sertifikatlı mütəxəssis hazırlanacaq

08 Avqust 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

08 Avqust 2020, 16:43 (GMT +4)
Azərbaycanda sahilboyu ərazilərin tullantılardan təmizlənməsinə başlanılıb

08 Avqust 2020, 16:32 (GMT +4)
Əfqanıstanın Ağsaqqallar Şurası Talibanın 400 təhlükəli üzvünün sərbəst buraxılmasına razılıq verib

08 Avqust 2020, 16:31 (GMT +4)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir

08 Avqust 2020, 16:15 (GMT +4)
Zərdabda karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edənlər saxlanılıb

08 Avqust 2020, 16:01 (GMT +4)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

08 Avqust 2020, 15:51 (GMT +4)
Bakı-Sumqayıt yolunun kənarında yanğın baş verib

08 Avqust 2020, 15:48 (GMT +4)
BMT TŞ ABŞ-ın İrana qarşı silah enbarqosu layihəsini rədd edəcək – Mənbə

08 Avqust 2020, 15:40 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 105-ə qədər azalıb, 360 nəfər isə sağalıb

08 Avqust 2020, 15:30 (GMT +4)
Qubada avtomobil oğrusu saxlanılıb 

08 Avqust 2020, 15:15 (GMT +4)
İqtisadiyyat Nazirliyi: 97 obyektdə sanitar-epidemioloji tələblər pozulub

08 Avqust 2020, 15:00 (GMT +4)
Şahbaz Muradov Prezidentin fəxri diplomu ilə təltif edilib

08 Avqust 2020, 14:51 (GMT +4)
Somali paytaxtında hərbi qərargahda şiddətli partlayış törədilib, ölənlər var

08 Avqust 2020, 14:45 (GMT +4)
Tovuzda top mərmisi aşkarlanıb

08 Avqust 2020, 14:30 (GMT +4)
Mingəçevirdən Bakıya sərnişin daşımağa cəhd edən sürücü həbs olunub

08 Avqust 2020, 14:15 (GMT +4)
Həyətində narkotik becərən Xızı sakini saxlanılıb

08 Avqust 2020, 14:08 (GMT +4)
İranda son sutkada 132 nəfər koronavirusdan vəfat edib

08 Avqust 2020, 14:00 (GMT +4)
Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb 

08 Avqust 2020, 13:45 (GMT +4)
Səbaildə qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb

08 Avqust 2020, 13:33 (GMT +4)
Livana yardım məqsədilə donorların beynəlxalq toplantısı keçirilir

08 Avqust 2020, 13:30 (GMT +4)
Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb

08 Avqust 2020, 13:16 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 Avqust 2020, 13:00 (GMT +4)
“GələcəyimİZ Gənclərdir” adlı onlayn festival keçiriləcək

08 Avqust 2020, 12:50 (GMT +4)
TƏBİB: Təcili tibbi yardımda çalışanlar arasında koronavirusdan ölüm halları çox olub

08 Avqust 2020, 12:44 (GMT +4)
Türkiyə prezidentinin yardımçısı Beyruta gedib

08 Avqust 2020, 12:40 (GMT +4)
Operativ Qərargah: Metro hələlik açılmayacaq

08 Avqust 2020, 12:32 (GMT +4)
Prezidentin köməkçisi: Məscidlərin açılması müzakirə olunmur

08 Avqust 2020, 12:30 (GMT +4)
Təhsil naziri rektorlarla videogörüş keçirib

08 Avqust 2020, 12:21 (GMT +4)
İraqın yeni baş naziri İrandan sonra ABŞ-a gedir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66