Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ƏƏSMN-də İsveçrə səfiri ilə görüş olub

06 Sentyabr 2019, 18:11 (GMT +4)

Bakı, 6 sentyabr, SalamNews.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre və İsveçrə Əməkdaşlıq Ofisinin rəhbəri Simone Haeberli ilə görüş olub.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu-sosial iqtisadi siyasətinin nailiyyətləri barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkəmizdə sosial sahədə mühüm irəliləyişlərin əldə olunduğunu bildirib. Nazir diqqətə çatdırıb ki, cari ildə minimum əmək haqqı və maaşların, müavinət və təqaüdlərin, minimum pensiyanın artırılması, vətəndaşların problemli kreditlərlə bağlı çətinliyinin aradan qaldırılması ümumilikdə, bu ilki sosial islahatlar birbaşa olaraq 4,2 milyon insanın yaşayışına mühüm dəstək olub. S. Babayev əmək, məşğulluq, sosial müdafiə sistemlərinin müasir iş prinsipləri üzərində təkmilləşdirilməsi, DOST layihəsi ilə əhaliyə dövlət sosial xidmətlərinin bir pəncərə prinsipi üzrə təşkili, elektron sistemlərin tətbiqinin genişləndirilməsi sahəsində aparılan islahatlar barədə məlumat verib.

Daha sonra nazir S.Babayev Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi çərçivəsində İsveçrə Əməkdaşlıq Ofisi və İsveçrə İqtisadi İşlər üzrə Dövlət Katibliyi (SECO) ilə uğurlu əməkdaşlığın davam etdirildiyinin bildirib. O da vurğulanıb ki, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, DƏMX-in potensialının artırılması məqsədilə risk əsaslı yoxlamaların aparılması üçün müasir metodologiyalar və prosedurların işlənməsi, risklərin təhlili və qiymətləndirilməsi sahəsində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Nazirliyə göstərdiyi texniki dəstək SECO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

M.Peneveyre ölkəmizdə sosial sahədə aparılan islahatları maraqla izlədiyini, iki ölkə arasında müvafiq sahələr üzrə əməkdaşlıq əlaqələrinin, təcrübə və məlumat mübadilələrinin bundan sonra da genişləndirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında sosial xidmətlərin vahid pəncərə prinsipi əsasında təşkil olunması, əlilliyi olan şəxslərin reabilitasiyası, Nazirliyin əməkdaşları üçün müxtəlif təlimlərin təşkil olunması və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN-də xüsusi monitorinq qrupu yaradılacaq

ƏƏSMN: Ötən il 30 mindən çox vətəndaş fərdi qaydada qəbul edilib

ƏƏSMN-nin tabeliyində yeni agentliklər və fond yaradılıb

Övladlığagötürmə sahəsində ƏƏSMN-ə yeni səlahiyyətlər verilib

ƏƏSMN: Bu il 107,7 min vətəndaşa peşəyönümü məsləhət xidməti göstərilib

ƏƏSMN 6 yeni “e-arayış” xidmətini təqdim edib

ƏƏSMN: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

ƏƏSMN daha bir yenilik edib

ƏƏSMN daha 50 avtomobili müharibə əlilliyi olan vətəndaşlara təqdim edib (FOTO)

ƏƏSMN bu həftədən etibarən canlı yayıma başlayır

ƏƏSMN-də Dünya Bankının missiyası ilə görüş olub

ƏƏSMN: 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

ƏƏSMN-də Nazirliyində Kollegiya iclası keçirilib

ƏƏSMN elektron məlumat mübadiləsinə başlayır

ƏƏSMN: Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilib

ƏƏSMN Özünüməşğulluq Proqramı çərçivəsində inək və qoyun aldığı eyni şirkətlə müqavilə bağlayıb

ƏƏSMN: 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib

Beynəlxalq konfransda ƏƏSMN-nin fəaliyyətində ictimai iştirakçılıqla bağlı təqdimat olub (FOTO)

ƏƏSMN bu il 838 nəfəri peşə hazırlığına cəlb edib

ƏƏSMN işəgötürənlərə müraciət edib

18 Fevral 2020, 18:04 (GMT +4)
Şamaxıda zəlzələ olub

18 Fevral 2020, 17:57 (GMT +4)
UFAZ ActInSpace beynəlxalq müsabiqəsinə ev sahibliyi edəcək

18 Fevral 2020, 17:51 (GMT +4)
Almaniyada Ümumavropa Qarabağ mitinqi keçiriləcək

18 Fevral 2020, 17:48 (GMT +4)
Seçkilərdən 5 ay sonra Əfqanıstanda prezident seçkilərinin qalibi məlum edilib

18 Fevral 2020, 17:47 (GMT +4)
KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

18 Fevral 2020, 17:42 (GMT +4)
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub

18 Fevral 2020, 17:31 (GMT +4)
Gədəbəydə yeni körpülərin tikintisinin başa çatdırılmasına 2,7 milyon manat ayrılıb

18 Fevral 2020, 17:27 (GMT +4)
Aİİ rektoru tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb

18 Fevral 2020, 17:25 (GMT +4)
Çavuşoğlu Ərdoğanla Putinin İdlibi müzakirə edəcəyini istisna etməyib

18 Fevral 2020, 17:15 (GMT +4)
Azercell Azərbaycan kino industriyasının inkişafına dəstək verir

18 Fevral 2020, 17:06 (GMT +4)
Suriya paytaxtında partlayış törədilib, ölən və yaralananlar var

18 Fevral 2020, 16:58 (GMT +4)
Bloomberg: Maykl Blumberq ABŞ prezident seçkilərinə qatılır

18 Fevral 2020, 16:34 (GMT +4)
Xaricdə yaşayan azərbaycanlı zərgərlərin vətənə qaytarılması təklif edilib

18 Fevral 2020, 16:27 (GMT +4)
Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib

18 Fevral 2020, 16:20 (GMT +4)
Kreml Donbassdakı vəziyyətin gərginləşməsi ilə bağlı xəbərlərə münasibət bildirib

18 Fevral 2020, 16:10 (GMT +4)
Azərbaycan ilə Gürcüstan arasında daha bir protokol imzalanıb

18 Fevral 2020, 16:10 (GMT +4)
“CinemaPlus” sərfəli aksiya keçirir 

18 Fevral 2020, 16:00 (GMT +4)
Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq

18 Fevral 2020, 15:49 (GMT +4)
Yəməndən gələn çəyirtkə hücumu Səudiyyədə ciddi fəsadlar törədib (VİDEO)

18 Fevral 2020, 15:44 (GMT +4)
MDB ölkələri Xəzərdə antiterror təlimləri keçirəcək

18 Fevral 2020, 15:30 (GMT +4)
Ötən ay Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 12 müraciət daxil olub

18 Fevral 2020, 15:17 (GMT +4)
Magistraturaya qəbul üçün buraxılış vərəqələrinin çapına başlanılıb

18 Fevral 2020, 14:56 (GMT +4)
Azərbaycan 3 il ərzində qızıl və gümüş satışından 400 mln. manata yaxın vəsait cəlb edib

18 Fevral 2020, 14:39 (GMT +4)
ETSN restoranlara və şadlıq saraylarına xəbərdarlıq edib

18 Fevral 2020, 14:23 (GMT +4)
Ankara Afinanın etnik türklərə qarşı münasibətini tənqid edib

18 Fevral 2020, 14:18 (GMT +4)
Ayətullah Xamenei təbrizlilərlə görüşdə ölkə xalqını seçkilərdə aktiv olmağa çağırıb

18 Fevral 2020, 14:13 (GMT +4)
"Aqrolizinq"də aparılan yoxlamalara rəsmi aydınlıq gətirilib

18 Fevral 2020, 14:07 (GMT +4)
Xəzər könüllülük məktəbinin iclası keçirilib (FOTOLAR)

18 Fevral 2020, 13:58 (GMT +4)
Sinqapurda ev karantinini pozanlar cəzalandırılacaq

18 Fevral 2020, 13:35 (GMT +4)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66