Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gömrük Hospitalında skolioz xəstəliyinin yeni metodla müalicəsi həyata keçirilir

09 Sentyabr 2019, 17:10 (GMT +4)

Bakı, 9 sentyabr, SalamNews. 8 sentyabr Dünya Fizioterapiya Günü Dünya Fiziki Terapiya Konfederasiyası tərəfindən 1996-cı ildə təsis edilmişdir. Beynəlxalq Fizioterapiya Gününün bütün dünyada qeyd edilməsinin əsas məqsədi sağlamlığın qorunması barədə insanların maarifləndirilməsdir. Mərkəzi Gömrük Hospitalının Fizioterapiya və Tibbi Reabilitasiya şöbəsində çalışan fizioterapevt-reabilitoloqlar Səidə Kərimova, Afət Çəndirli və Turanə Dünyamalıyeva dünyanın bir sıra aparıcı ölkələrində tibbi təhsil almış, müntəzəm olaraq xarici ölkələrdə ixtisasartırma kurslarında iştirak edir və xəstəliklərin müalicəsində qabaqcıl beynəlxalq təcrübəni istifadə edirlər.

Bu barədə SalamNews-a PR mütəxəssis Dilara Zamanova məlumat verib.

Fizioterapiya və Tibbi Reabilitasiya şöbəsində xəstəliklərin müasir üsullarla müalicəsinə və yüksək səviyyəli tibbi xidmətlərin göstərilməsinə xüsusi diqqət yetirilir. Son vaxtlar Avropada, ABŞ-da, İsrail və digər ölkələrdə skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsi geniş istifadə olunur və Azərbaycanda bu müalicə üsulu ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında tətbiq olunur.

Hazırda Mərkəzi Gömrük Hospitalında skolioz xəstəliyinin müasir Schroth metodu ilə müalicəsində 3D idman hərəkətlərindən, xüsusi tənəffüs texnikasından istifadə edilərək istənilən yaşda olan pasiyentlərdə skoliozun dərəcəsinin azaldılması, normal duruşun bərpası və yeni metodla müalicəsi həyata keçirilir.

Azhərəkətli həyat tərzinin keçirilməsi və bir yerdə oturub işləmək əzələləri gün ərzində gərginlikdə saxlamağa məcbur edir. Vaxt keçdikcə narahatlıq və kəskin ağrılar baş verir. Fizioterapevtlər bu gərginliyi aradan qaldırmağa və orqanizmi xəstəliklərdən qorumağa qadirdirlər. Buna görə də, hazırda bu peşə sahibləri tibbdə əvəzolunmazdırlar. Onlar insanların düz qamət problemlərini həll etməyə, xəstəliklərin bəzi fəsadlarını aradan qaldırmağa, zədələnmiş və ya gərilmiş əzələləri tədricən bərpa etməyə, baş və oynaq ağrılarının qarşısını almağa kömək edirlər.
Hospitalda fizioterapiya həm ayrıca olaraq, həm də digər müalicə metodları ilə birlikdə tətbiq edilir. Həkim bu müalicə metodunu tətbiq edərkən xəstəyə zərər yetirməmək üçün bu və ya digər fiziki faktorun təsir mexanizmini yaxşı bilir və xəstəliyin ağrıqlıq dərəcəsindən asılı olaraq hər bir xəstəyə fərdi yanaşaraq müalicə təyin edir.

Fizioterapevtin əsas işi idman və digər zədələrin sağaldılması ilə əlaqədardır. Lakin, bu müalicə üsulu əməliyyat, bədbəxt hadisələr və qəzalardan sonra reabilitasiya dövrü, xroniki ağrılar, nevroloji və tənəffüs pozğunluqları kimi vəziyyətlərdə də kömək edir. Bundan əlavə fizioterapiya üsulları ürək-damar, şəkərli diabet və insult kimi bir sıra xəstəliklər və piylənmənin profilaktikası olaraq da tətbiq edilir.

Mərkəzi Gömrük Hospitalının Fizioterapiya və Tibbi Reabilitasiya şöbəsinin həkimləri pasiyenti kompleks müayinə edir, onun səhhəti haqqında tam və dolğun informasiya əldə etdikdən sonra müalicə sxemi təyin edir. Peşəkar həkimlərin məqsədi pasiyentləri müalicə edərkən onları yalnız ağrılardan və naraharlıqlardan azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də müəyyən edib aradan qaldırmaqdır.

Hospitalın təcrübəli həkimləri ən mürəkkəb hallarda və ən müxtəlif patologiyaların müalicəsində böyük təcrübə qazanmışlar. Hospitalda ultrasəs, kombinə elektroterapiyası, endopress, elektrostimulyasiya, qısa dalğa, lazer, traksiya, hot pack,cold pack, maqnitoterapiya, balneoterapiya, tibbi masaj, manual terapiya, detoksikasiya, biopunktura, biorezonans, zərbə dalğa terapiyası kimi müalicə üsulları təqdim olunur.

Son 10 il ərzində Mərkəzi Gömrük Hospitalına müraciət edən pasiyentlərə yüksək ixtissalı mütəxəssislər tərəfindən 60000-dən artıq fizioterapevtik xidmət
göstərilmişdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 9% azalıb

DGK sədri ÜGT-yə üzv dövlətlərin gömrük xidməti rəhbərlərinə müraciət edib

İrandan Ermənistana hərbi avadanlığın keçməsinə imkan vermərik – İran Gömrük Xidməti

Könüllü gömrükçülər onlayn rejimdə fəaliyyət göstərirlər

Gömrükçülər siqaret müsadirə edib

Gömrük modernləşdirilməsi - məsləhətləşmə layihəsi ilə bağlı onlayn iclas keçirilib

Gömrükçülər dərman, mobil telefon və kosmetik vasitələr müsadirə edib

Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman preparatı aşkarlanıb 

Gömrük Akademiyasına tələbə qəbulu üçün plan yeri artırılıb

Avqustda Gömrük Komitəsinə 5915 müraciət daxil olub

Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb

"Könüllü gömrükçü" dəstəsinin əhatəsi getdikcə genişlənir

Gömrük Komitəsində iri kuryer və poçt daşımaları şirkətləri ilə görüş keçirilib

Gömrük nəzarətindən gizlədilən külli miqdarda siqaret aşkarlanıb (FOTO)

Gömrükçülər külli miqdarda siqaretin dövriyyəsinin qarşısını alıb

Dövlət Gömrük Komitəsi risk qiymətləndirməsini tam avtomatlaşdıracaq

Gömrük Əməkdaşlıq Şurasının videokonfrans formatında iclası keçirilib

Gömrükçülər külli miqdarda siqaretin ölkəyə keçirilməsinin qarşısını alıb

Gömrük Akademiyasının məzunlarına diplomları təqdim olunub

İxrac malların gömrük proseduru ilə bağlı onlayn təlim keçiriləcək

21 Oktyabr 2020, 20:39 (GMT +4)
Prezident: Zəngilanın daha 14 yaşayış məntəqəsi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:33 (GMT +4)
Ali Baş Komandan: Cəbrayılın daha 5 kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:29 (GMT +4)
Prezident: Füzulinin daha üç kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 19:30 (GMT +4)
MN: Düşmənin 6 PUA-sı məhv edilib

21 Oktyabr 2020, 17:59 (GMT +4)
Azərbaycan kərə yağı idxalını 29% artırıb

21 Oktyabr 2020, 17:50 (GMT +4)
Neft daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb

21 Oktyabr 2020, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

21 Oktyabr 2020, 17:36 (GMT +4)
“Yəmən hökuməti” paytaxt limanının açılması üçün Səudiyyə Ərəbistanına təzyiqlərin gösərilməsini istəyib  

21 Oktyabr 2020, 17:23 (GMT +4)
Ordubadda qədim abidələr aşkarlanıb

21 Oktyabr 2020, 17:12 (GMT +4)
İspaniyanın “La Vanguardia” qəzeti Zəngilan şəhərinin azad edilməsindən yazıb

21 Oktyabr 2020, 16:53 (GMT +4)
Lənkəranın 99 yaşlı sakini bir aylıq təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb

21 Oktyabr 2020, 16:35 (GMT +4)
Parisdə Eyfel qülləsi yanında iki müsəlman qadın bıçaqlanıb

21 Oktyabr 2020, 16:34 (GMT +4)
Ermənistana məxsus daha 3 PUA məhv edilib

21 Oktyabr 2020, 16:30 (GMT +4)
DİN əhaliyə xəbərdarlıq edib

21 Oktyabr 2020, 16:20 (GMT +4)
Rusiyada "Su-34" qırıcısı qəzaya uğrayıb

21 Oktyabr 2020, 16:11 (GMT +4)
Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

21 Oktyabr 2020, 16:07 (GMT +4)
Təhsil Nazirliyi “Qarabağın məşhur müəllimləri” layihəsinə başlayır

21 Oktyabr 2020, 15:54 (GMT +4)
Direktorların işə qəbulu üzrə imtahan proqramı açıqlanıb

21 Oktyabr 2020, 15:45 (GMT +4)
“Azəriqaz”: Əhali abunəçilərinin cəmi 8,3%-i güzəştli limit həddini keçib

21 Oktyabr 2020, 15:31 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 31 mini ötüb

21 Oktyabr 2020, 15:30 (GMT +4)
Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub

21 Oktyabr 2020, 15:10 (GMT +4)
Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub

21 Oktyabr 2020, 14:58 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

21 Oktyabr 2020, 14:51 (GMT +4)
Düşmənin döyüş meydanında atıb qaçdığı növbəti texnikalar (VIDEO)

21 Oktyabr 2020, 14:46 (GMT +4)
Türkiyə Suriyanın şimalında doqquz PKK üzvünün zərərsizləşdirildiyini bildirib

21 Oktyabr 2020, 14:35 (GMT +4)
TBMM sədri: Qardaş Azərbaycanın haqlı davasını bütün dünyaya çatdıracağıq

21 Oktyabr 2020, 14:28 (GMT +4)
Azərbaycan ət idxalını 10%-dən çox azaldıb

21 Oktyabr 2020, 14:11 (GMT +4)
Kanadada koronavirusa yoluxanların sayı 203 mini keçib

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Liviyada münaqişə tərəfləri quru və hava yollarının açılmasında razılığa gəliblər

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Azərbaycan nefti 42 dollara qədər ucuzlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66