Bakı məscidlərində Aşura günü ilə bağlı izdihamlı əzadarlıq mərasimləri keçirilib (FOTO)10 Sentyabr 2019, 12:16 (GMT +4) Bakı, 10 sentyabr, SalamNews, B.Samid. Bakı şəhərinin məscidlərində Məhərrəm ayının 10-u Aşura günü ilə bağlı izdihamlı əzadarlıq mərasimləri keçirilib.
SalamNews xəbər verir ki, bu gün Məhərrəm ayının 10-u Aşura günü ilə bağlı ölkənin əksər bölgələri o cümlədən Bakı izdihamlı Aşura mərasimlərinin şahidi olub.
Məscidlərdə İmam Hüseynin və onunla birgə şəhid olan 72 səhabəsinin şəninə xütbələr və mərsiyələr oxunub. Qanın qılınca qalib gəlidiyi gündə məscidlərdə və ətrafında ehsan süfrələri açılıb.
SalamNews hüznlü Aşura mərasimini əks etdirən bəzi görüntüləri təqdim edir.
|