Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“İrəli” İB-nin SAY layihəsi gəncləri birləşdirir, komanda yaradır

10 Sentyabr 2019, 16:42 (GMT +4)

Bakı, 10 sentyabr, SalamNews.“İrəli” İctimai Birliyi tərəfindən uzun müddətdir davam edən SAY hərəkatının növbəti "SAY:Unity" layihəsi baş tutub.

SalamNews xəbər verir ki, açıq hava şəraitində qurulan yaşayış çadırlarında qalan iştirakçılar gənclərlə iş üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə ediblər. Ümumilikdə layihə çərçivəsində gənclərə vahid komanda halında işləmək, komanda quruculuğu, komanda əhval-ruhiyəsinin artırılmasıistiqamətləri üzrə təlimlər keçirilib. Komanda quruculuğu haqqında danışılarkən “Effektiv komandanın səciyyəvi xüsusiyyətləri, Komandanın inkişafı və birliyi, Konstruktiv Kommunikasiya” haqqında ətraflı olaraq layihə iştirakçılarına məlumatlar verilib.

“İrəli” gənclərinin təşəbbüsü nəticəsində baş tutan “SAY: Unity” layihəsi “İrəli” İctimai Birliyinin SAY hərəkatı adı altında keçirdiyi sayca 8-ci layihədir. Azərbaycanın Quba rayonunda baş tutanlayihədə 50-ə yaxın gənc iştirak edib.

Layihə çərçivəsində Azərbaycanın atributlarını özündə əks etdirən 6 komanda (“Alov”, “Muğam”, “Kəpəz”, “Nar”, “Qobustan” və “Xarı Bülbül”) müxtəlif fəaliyyətlər üzrə bir-biri ilə mübarizə aparıblar.

Maarifləndirici əhəmiyyət daşıyan bu layihənin produktiv olması əsas məqsəd olub və çərçivəsində praktiki sessiya: komanda təqdimatları baş tutub və bir neçə fərqli istiqamətlər üzrə komandalar yarışıblar. Layihənin növbəti günlərində Hiking və həmrəylik oyunları keçirilib. Eyni zamanda ip dartma, Voleybol və futbol yarışı keçirilib, praktiki sessiyada komandalar hazırladıqları rəqsləri təqdim ediblər.

Düşərgə müddətində “İrəli” İctimai Birliyin sədri MirHəsən Seyidov gənclərlə birlikdə olub və öz çıxışında komanda halında işləməyin, birlik olmağın vacibliyini vurğulayaraq gənclərlə müxtəlif müzakirələrdə iştirak edib.“Ölkə başçısı hər zaman gəncləri qətiyyətlə dəstəkləyir. Dövlət siyasətinin əsasında gənclərin milli ruhda, vətənpərvər, təhsilli və sağlam gənc kimi yetişməsi ana məqsəddir. Gənc kadrların yüksək vəzifələrə təyin olunması, istedadlı gənclərimizin ölkəmizdə və xaricdə qazandıqları nailiyyətlər, Azərbaycanı uğurla təmsil etməsi məhz uğurlu dövlət gənclər siyasətinin bariz nümunəsidir”-deyə, sədr bildirib.

Qeyd edək ki, “İrəli” İctimai Birliyi bundan öncə də hər il "SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında “SAY:Könüllülük Akademiyası”, “SAY: Green”, "SAY:Multikulturalizm”, “SAY:Volunteering Festival”, "SAY:Solidarity”, “SAY:All Star” və “SAY:Cümhuriyyət” kimi böyük layihələri həyata keçirib və 500-ə yaxın gənci öz ətrafında toplayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“İrəli” İctimai Birliyi “Gənclik Veloyürüşü” keçirəcək

“İrəli” İctimai Birliyinin IX hesabat konfransı keçirilib

“İrəli” İctimai Birliyi üzvləri ilə fərdi qaydada görüş təşkil edir

“İrəli” İctimai Birliyi “SAY: All Star” layihəsini həyata keçirib

“İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi istiqamətində silsilə tədbirlər keçirir

“İRƏLİ” İctimai Birliyi "Gənclər Kuboku" təsis edib

“İRƏLİ” İctimai Birliyin sədri Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri ilə görüşüb

“İrəli” İctimai Birliyi tərəfindən “Gənc Əkinçi” Akademiyası yenidən başlayıb

“İrəli” İctimai Birliyi 2017-ci il üçün fəaliyyət istiqamətlərini açıqlayıb

18 Yanvar 2020, 17:36 (GMT +4)
Caspian European Club biznes-tur təşkil edib

18 Yanvar 2020, 17:09 (GMT +4)
Səudiyyə kralı regionda vəziyyətlə bağlı İraq baş nazirinə məktub göndərib

18 Yanvar 2020, 17:03 (GMT +4)
“Gənclərin ictimai fəallığa təşviqi” layihəsinin icrasına start verilib

18 Yanvar 2020, 16:51 (GMT +4)
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Banqkokda BMT-nin iclasında təqdim edilib

18 Yanvar 2020, 16:46 (GMT +4)
Somalidəki hücumun hədəfində türklər olub - Türkiyə MN

18 Yanvar 2020, 16:38 (GMT +4)
Koreyanın səfiri “ASAN xidmət”də olub

18 Yanvar 2020, 16:29 (GMT +4)
Fransa Səudiyyənin şərqində böyük radar sistemləri quraşdırıb

18 Yanvar 2020, 16:25 (GMT +4)
Ermənistan "Qazprom"la qazın qiyməti barədə danışıqlar aparır

18 Yanvar 2020, 16:10 (GMT +4)
Nazir müavini: Ötən il 31 icra və probasiya məmuru cəzalandırılıb

18 Yanvar 2020, 16:05 (GMT +4)
DGKA-da 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

18 Yanvar 2020, 15:53 (GMT +4)
ABŞ hərbi kontingentini İraqdan çıxarmağı planlaşdırmır

18 Yanvar 2020, 15:49 (GMT +4)
Somalidə türkiyəli mühəndislərin olduğu obyektdə partlayış törədilib, ölənlər var

18 Yanvar 2020, 15:35 (GMT +4)
Sabunçuda “Nazlı” ləqəbli qadın narkotacir saxlanılıb

18 Yanvar 2020, 15:32 (GMT +4)
Konqoda naməlum xəstəlik səbəbindən 5 nəfər ölüb

18 Yanvar 2020, 15:17 (GMT +4)
AQTİ laboratoriyalarında sahibkarlar üçün infotur keçirilib

18 Yanvar 2020, 14:58 (GMT +4)
Regiondakı gərginliyin səbəbi ABŞ-ın nüvə sazişindən çıxmasıdır - İraq XİN

18 Yanvar 2020, 14:50 (GMT +4)
Liviyanı hərbi diktatorun hakimiyyətinə tərk etmək tarixi səhv olardı - Ərdoğan

18 Yanvar 2020, 14:35 (GMT +4)
Bakıda yetkinlik yaşına çatmayanlardan ibarət soyğunçu dəstə saxlanılıb

18 Yanvar 2020, 14:10 (GMT +4)
Ukrayna prezidenti Qonçaruku Baş nazir vəzifəsində saxlayıb 

18 Yanvar 2020, 14:10 (GMT +4)
“Standard Insurance” şirkəti Şamaxıda yeni nümayəndəlik açıb

18 Yanvar 2020, 13:53 (GMT +4)
ASCO-da 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

18 Yanvar 2020, 13:39 (GMT +4)
ABŞ qüvvələrinin çıxması Kürdüstan muxtariyyətinə də şamil ediləcək - İraq

18 Yanvar 2020, 13:36 (GMT +4)
Avstraliya sahillərində leysan yağışları daşqınlara səbəb olub 

18 Yanvar 2020, 13:26 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

18 Yanvar 2020, 13:08 (GMT +4)
Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin qurbanları anılıb

18 Yanvar 2020, 12:57 (GMT +4)
Azərbaycan məhsulları Berlində keçirilən sərgidə təqdim olunur

18 Yanvar 2020, 12:42 (GMT +4)
ABŞ Rusiya hökumətində dəyişikliyə münasibət biıdirib 

18 Yanvar 2020, 12:33 (GMT +4)
Suriya Ordusu radikal qruplaşmaların hücumu nəticəsində 12 əsgərini itirib

18 Yanvar 2020, 12:19 (GMT +4)
Kapital Bank-ın aktivləri 4,2 milyard manata çatıb

18 Yanvar 2020, 12:00 (GMT +4)
İŞİD «müfti»sinin qardaşı da ələ keçib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66