Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlət Gömrük Komitəsi Çin şirkəti ilə əməkdaşlığa başlayır

12 Sentyabr 2019, 15:30 (GMT +4)

Bakı, 12 sentyabr, SalamNews.Bu gün Dövlət Gömrük Komitəsi (DGK) və "Huawei Tech. Azerbaijan" MMC arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Bu barədə SalamNews-a DGK-dan məlumat verilib.

Məlumata görə, imzalanma mərasimində Komitə sədrinin I müavini İsmayıl Hüseynov, digər müavin İqbal Babayev, müvafiq strukturların rəhbərləri, Çinin Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan və "Huawei" şirkətinin təmsilçiləri iştirak ediblər.

Niyyət protokolunun imzalanmasında məqsəd DGK və "Huawei Tech. Azerbaijan" arasında informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya, şəbəkə avadanlıqları və texnoloji innovasiyaların tətbiqi sahəsində qarşılıqlı dəstək və birgə layihələrin icra edilməsidir.

Mərasimdə çıxış edən İ.Hüseynov bildirib ki, Azərbaycan və Çin arasında qarşılıqlı əməkdaşlıq, o cümlədən iqtisadi əlaqələr inkişaf edir. İki ölkə arasındakı mövcud dostluq münasibətlərinə söykənən əməkdaşlıqdan danışan sədr müavini Çin ilə Azərbaycan arasında uğurlu iqtisadi əlaqələrin bariz nümunəsi olaraq ticarət dövriyyəsinin ildən-ilə artdığını qeyd edib.

Komitə sədrinin birinci müavini vurğulayıb ki, gömrük xidmətinin əsas istiqamətlərindən biri də sərhəd-gömrük buraxılış məntəqələrindən keçən mallara, nəqliyyat vasitələrinə və vətəndaşlara gömrük nəzarətini tətbiq etməklə sərhəd keçidini sürətləndirməkdir. Məhz bu balansı tənzimləmək üçün həm vətəndaşın rahatlığının, həm də ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni innovasiya yönümlü layihələrə böyük üstünlüklər veririk-deyə sözünə davam edən İ.Hüseynov İT texnologiyaları vasitəsilə gömrük prosedurlarının həyata keçirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.

Qarşılıqlı iqtisadi-ticari əlaqələrin prioritet istiqamətlərindən birinin nəqliyyat-tranzit sahəsi olduğunu qeyd edən Komitə sədrinin birinci müavini bu əlaqələrin daha da genişləndirilməsində DGK-nın maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Gömrük Xidməti gömrük hüquqpozmaları, eləcə də qaçaqmalçılıq hallarına qarşı tədbirlərin effektiv şəkildə aparılması üçün bu sahədə də hər zaman ən müasir informasiya texnologiyalarının tətbiqinə çalışır.

İ.Babayev Azərbaycan gömrük sistemində aparılan son islahatlar, xüsusilə informasiya texnologiyaların tətbiqi ilə bağlı məlumat verib. Bildirilib ki, Azərbaycan gömrük xidməti müasir texnologiyalar, gömrük nəzarəti prosesində tətbiq edilən ən yeni texniki vasitələrdən istifadə edir. İqbal Babayev qeyd edib ki, DGK müxtəlif texnologiyaları və innovativ həlləri mütəmadi qaydada araşdırır və onları müxtəlif dövlət proqramları çərçivəsində digər dövlət qurumları, biznes ictimaiyyəti, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərində tətbiq edir. Sədr müavini Azərbaycan gömrük sahəsində son illər innovasiya texnologiyalarının tətbiqi və gömrük xidmətinin müasirləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. "Huawei" şirkəti ilə imzalanan niyyət protokolunun gələcəkdə İT texnologiyalarının gömrük sahəsindəki tətbiqinə mühüm şərait yaradacağına ümidvar olduğunu da qeyd edib.

V.Çunqan isə iki ölkə arasındakı iqtisadi münasibətlərdən bəhs edərək Azərbaycanın Çinin ənənəvi dostu və tərəfdaşı, mühüm nəqliyyat dəhlizi üzərində yerləşən strateji ölkə olduğunu bildirib. Vurğulanıb ki, son illər Azərbaycan və Çin arasında münasibətlər sağlam və sabit şəkildə inkişaf edir, iqtisadiyyat, ticarət, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq günü-gündən dərinləşir. Diplomat Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda fəal investisiya mühitinin formalaşdığını, xarici investisiyaların cəlb edilməsi istiqamətində atılan mühüm addımları yüksək qiymətləndirib.

"Huawei" şirkətinin Avropa və Asiya üzrə nümayəndəliyinin rəhbəri Janq Jijian təmsil etdiyi təşkilat haqqında ətraflı məlumat verərək şirkətinin hədəfləri, gələcək məqsədləri barədə danışıb. Yeni texnologiyaların tətbiqi ilə bağlı şirkətin gördüyü işlər haqqında məlumat verən Janq Jijian Azərbaycan gömrük xidməti ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib. Şirkət nümayəndəsi DGK-nın İT sahəsində əldə etdiyi nailiyyətləri də yüksək qiymətləndirib.

Sonda tərəflər niyyət protokolunu imzalayıblar. Sənədə İ.Hüseynov və "Huawei Tech. Azerbaijan"ın rəhbəri Lu Canlin imza atıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGK sədri: Biz dövlət olaraq sahibkarın qanuni ticarətlə məşğul olmasını təşviq etməliyik

DGK avqustda büdcəyə ödənişlərini 20%-ə yaxın artırıb

DGK ölkədən xarici valyuta və zərgərlik məmulatının qanunsuz çıxarılmasının qarşısını alıb

DGK külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısını alıb

DGK vətəndaş qəbulu prosesi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

DGK ölkəyə qanunsuz ehtiyat hissələri və siqaret gətirilməsinin qarşısını alıb (FOTO)

DGK maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlayıb (FOTO)

Yeddi ayda DGK büdcəyə 2,4 milyard manatdan çox vəsait köçürüb

DGK iyulda büdcəyə ödənişlərini 28%-dən çox artırıb

DGK “Mazımçay” gömrük postunda yaranan sıxlığa aydınlıq gətirib

DGK maşının yanacaq çənində xeyli sayda pirotexniki vasitə aşkarlayıb

DGK: Avtomobildə gizlədilən müxtəlif markalı ətirlər aşkarlanıb

DGK-nın sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

DGK mobil telefonlarla bağlı yayılmış məlumatlara aydınlıq gətirib

DGK sədri: Media islahatların reallaşdırılması prosesində gömrük xidmətinə xüsusi dəstək göstərib

DGK-da görüş keçirilib

DGK-nın Akademiyası “Məzun Günü” keçirib

DGK: Siqaret, mobil telefonlar və aksesuarlar aşkar edilib

DGK: Sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır

DGK, DMX, DSX, DİN və FHN əməkdaşlarının maaşı artırılıb

17 Sentyabr 2019, 17:12 (GMT +4)
Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

17 Sentyabr 2019, 17:05 (GMT +4)
Bakı Uşaq Teatrı yeni mövsümə start verir

17 Sentyabr 2019, 16:59 (GMT +4)
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub

17 Sentyabr 2019, 16:52 (GMT +4)
42 ümumi təhsil müəssisəsində STEAM layihəsinin tətbiqinə başlanılıb

17 Sentyabr 2019, 16:45 (GMT +4)
Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblar

17 Sentyabr 2019, 16:25 (GMT +4)
Səudiyyə kralı ölkə neft təsisatlarına hücum edən qüvvələrə xəbərdarlıq edib

17 Sentyabr 2019, 16:25 (GMT +4)
“İrəli” Azərbaycanı beynəlxalq layihədə təmsil edib

17 Sentyabr 2019, 16:19 (GMT +4)
"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

17 Sentyabr 2019, 16:13 (GMT +4)
“Bakı Səyahətlər Bazarı” 20 ölkənin nümayəndələrini bir araya gətirib

17 Sentyabr 2019, 15:59 (GMT +4)
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib

17 Sentyabr 2019, 15:57 (GMT +4)
Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizi üzrə məsləhətləşmələr keçirilib

17 Sentyabr 2019, 15:36 (GMT +4)
Mosulun «Mona Lizası»nın iki il sonra yeni fotoları yayımlanıb (FOTO)

17 Sentyabr 2019, 15:32 (GMT +4)
Azərbaycan Parisdə “Çay şəhərciyi”ndə təmsil olunacaq

17 Sentyabr 2019, 15:16 (GMT +4)
AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

17 Sentyabr 2019, 15:07 (GMT +4)
Talibanın nümayəndə heyəti danışıqlar məqsədilə Tehrana gedib

17 Sentyabr 2019, 14:57 (GMT +4)
Azərbaycanda iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılır

17 Sentyabr 2019, 14:48 (GMT +4)
Böyük Britaniya Azərbaycana yeni hərbi attaşe təyin edib

17 Sentyabr 2019, 14:26 (GMT +4)
Bakı Marionet teatrı Beynəlxalq Festivalda səhnə alacaq

17 Sentyabr 2019, 14:02 (GMT +4)
Çempionlar Liqasında qrup mərhələsi start götürür

17 Sentyabr 2019, 13:50 (GMT +4)
Əfqanıstanda seçki kompaniyası toplantısı zamanı partlayış törədilib - Azı 25 ölü var

17 Sentyabr 2019, 13:49 (GMT +4)
Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub

17 Sentyabr 2019, 13:38 (GMT +4)
Yeddi ay ərzində Azərbaycanda 80 minə yaxın körpə doğulub

17 Sentyabr 2019, 13:20 (GMT +4)
Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib

17 Sentyabr 2019, 13:13 (GMT +4)
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?

17 Sentyabr 2019, 13:04 (GMT +4)
"Bakı Metropoliteni" əhaliyə müraciət edib

17 Sentyabr 2019, 12:59 (GMT +4)
Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

17 Sentyabr 2019, 12:51 (GMT +4)
Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib (FOTO)

17 Sentyabr 2019, 12:40 (GMT +4)
Səfər Mehdiyev “Caspian Energy Forum Baku – 2019” forumunda iştirak edəcək

17 Sentyabr 2019, 12:35 (GMT +4)
Heç bir müstəvidə ABŞ-la danışıq olmayacaq - Ayətullah Xamenei

17 Sentyabr 2019, 12:24 (GMT +4)
Yeni təhsil ilində ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək verilir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66