Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Turizmə dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə edilib

12 Sentyabr 2019, 18:01 (GMT +4)

Bakı, 12 sentyabr, SalamNews.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” müzakirə olunub.

Mərkəzin mətbuat xidmətindən SalamNews-a bildirilib ki, tədbirdə proqram idarəetməsinə uyğun olaraq icra, monitorinq, qiymətləndirmə, koordinasiya və kommunikasiya məsələləri müzakirə edilib.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 4 strateji hədəf və 16 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflər xarici turistləri daha çox cəlb etməklə Bakı şəhərinin turizm potensialının tam gerçəkləşdirilməsi, turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılması, yerli və regional turistlər üçün regional turizm növlərinin inkişaf etdirilməsi, turistlərin məmnunluğunun artırılması məqsədilə milli turizm keyfiyyət sisteminin yaradılması istiqamətlərində tədbirlərdən ibarət olub. Əlavə edib ki, hazırda Prezident İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsi olaraq turizm sektoru dinamik inkişaf meyli nümayiş etdirir: “Bu ilin yanvar-avqust aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8,3 faiz artaraq 2,1 milyona çatıb. Gələn əcnəbilərin yarısından çoxu, daha dəqiq desək, 53 faizi Rusiya (653 min) və Gürcüstanın (472 min) payına düşür. Xüsusilə qeyd etmək lazımdır ki, Gürcüstandan gələn əcnəbi qonaqların sayında 22,8 faiz və ya 87 min artım müşahidə edilib. Mərkəzi və Cənubi Asiya ölkələrindən gələnlərin sayı 40,4 faiz və 38,1 faiz artaraq müvafiq olaraq 83 min və 72 minə çatıb. Cənubi Asiya regionundan gələn qonaqların əksəriyyətini Hindistan (39 min - 68 faiz artım) və Pakistan (29 min – 12,9 faiz artım) vətəndaşları, Mərkəzi Asiyadan gələnlərin böyük hissəsini isə Türkmənistan (32 min – 82,9 faiz artım) və Qazaxıstan vətəndaşları (31 min – 21,2 faiz artım) təşkil edib. Türkiyədən gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 203 min nəfər olub. Yaxın Şərq və İrandan gələnlərin sayı 23 min və 22 min azalaraq müvafiq olaraq 264 min və 164 min nəfərə enib. Qeyd etmək lazımdır ki, ötən ilin dekabrında Çin, Hindistan, Almaniya, Rusiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Turizm Bürosunun nümayəndəlikləri fəaliyyətə başlayıb. Cari ilin yanvar-avqust aylarında bu ölkələrdən gələnlərin sayı keçən illə müqayisədə 35 min və ya 17 faiz artaraq 237 min nəfərə çatıb. Eyni zamanda, turizm xidmətləri üzrə tədiyə balansının müsbət saldosu qorunub saxlanılıb”.

Müzakirələrdə qeyd edilib ki, ölkədə turizm sahəsində strateji yol xəritələrinin icrası çərçivəsində görülən işlərin nəticələri beynəlxalq mötəbər reytinq agentlikləri tərəfindən də təsdiq edilməkdədir. Belə ki, Dünya İqtisadi Forumunun "Turizm və səyahətin rəqabət qabiliyyəti" adlı hesabatın əsas indikator qruplarından sayılan biznes mühiti üzrə Azərbaycan 7 maksimum xaldan 5,1 xal əldə edib ki, bu da ölkəyə müvafiq indikator üzrə 57-ci yerdən 28-ci pilləyə qədər irəliləməyə imkan verib, əldə olunan nailiyyətə əsasən ölkə müvafiq indikator üzrə “ən inkişaf etmiş” ölkə statusunda qiymətləndirilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mülki Aviasiya Administrasiyası, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şahdağ Turizm Mərkəzi ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

Nazir: Turizm baxımından "Formula 1" üzrə Azərbaycan Qran-prisinin faydaları var

Azərbaycanda quşların müşahidəsi turizminin inkişafına diqqət artırılır

ABAD” “food truck”-ı Şahdağ Qış-Yay Turizm Kompleksində fəaliyyətə başlayıb

Prezident İlham Əliyev və Mehriban Əliyeva “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar

İraqda dini turizm və ziyarət turlarının sayı yarıya enib

Azərbaycan beynəlxalq turizm təşkilatına üzv qəbul edilib

“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

"Şahdağ" Turizm Mərkəzində SOCAR-ın yanacaqdoldurma məntəqəsi tikilir

“Turizm Könüllüləri” Təşkilatı geniş ictimaiyyətə təqdim edilib

Qobustanda palçıq vulkanları ilə bağlı turizm kompleksi yaradılacaq

Azərbaycanla Rusiya arasında turizm əlaqələri genişləndirilir

Türkiyədə 2020-ci ildən turizm vergisi qüvvəyə minəcək

Vyanada Azərbaycan turizminin təqdimatı keçirilib

Azərbaycan Özbəkistanla birgə turizm məhsulları yaradacaq

Turizm biznesinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib

ATAA-nın Ümumdünya Turizm Təşkilatına assosiativ üzvlüyə namizədliyi qəbul edilib

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Ekspertlər Şurası yaradıb

Rusiyanın 250 turizm şirkəti üçün Azərbaycan turizminin təqdimatı keçirilib

İstanbulda "Visit Chechnya" turizm məlumat mərkəzi açılıb

21 Fevral 2020, 18:00 (GMT +4)
Kapital Bank-ın dəstəyi ilə yerli məhsul və xidmətlər sərgisi keçirilib

21 Fevral 2020, 17:57 (GMT +4)
Husilər Səudiyyənin strateji obyektlərinə edilən son ballistik hücumun detallarını açıqlayıblar

21 Fevral 2020, 17:52 (GMT +4)
Türkiyə səfiri: Ərdoğanın Azərbaycan səfərində bir sıra sənədlərin imzalanması gözlənilir

21 Fevral 2020, 17:44 (GMT +4)
Moskvada 20-dən çox çinli turist həkimlərdən qaçıb

21 Fevral 2020, 17:42 (GMT +4)
İcra başçısı başda olmaqla 6 nəfər DTX tərəfindən saxlanılıb (RƏSMİ)

21 Fevral 2020, 17:39 (GMT +4)
DİM kolleclərə tələbə qəbulu elan edib

21 Fevral 2020, 17:32 (GMT +4)
Təhsil naziri Hacıqabul şəhərindəki məktəb-liseydə olub

21 Fevral 2020, 17:25 (GMT +4)
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib

21 Fevral 2020, 17:20 (GMT +4)
İtaliyanın XİN rəhbəri: İtaliya və Azərbaycan dost ölkələrdir

21 Fevral 2020, 17:16 (GMT +4)
Vüqar Əhmədov Şamaxı və Qobustan sakinlərinin müraciətlərini dinləyib

21 Fevral 2020, 17:12 (GMT +4)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi builki planlarını açıqlayıb

21 Fevral 2020, 17:12 (GMT +4)
ABŞ-Taliban sülh sazişinin imzalanacağı gün açıqlanıb

21 Fevral 2020, 17:05 (GMT +4)
Məktəblilər arası Avropa Pul Viktorinasına qeydiyyat başlanıb

21 Fevral 2020, 16:59 (GMT +4)
Ərdoğan bu gün Putinlə İdlibi müzakirə edəcək

21 Fevral 2020, 16:50 (GMT +4)
Azərbaycanda I siniflərə qəbul elektron qaydada aparılacaq

21 Fevral 2020, 16:45 (GMT +4)
Kreml Rusiyanın ABŞ seçkilərinə "müdaxiləsi" ilə bağlı açıqlamalara münasibət bildirib

21 Fevral 2020, 16:43 (GMT +4)
Gündüz İsmayılov: Radikalizmi doğuran əsas səbəblərdən biri dini biliklərin az olmasıdır

21 Fevral 2020, 16:30 (GMT +4)
Bakının Baş Planın yekun layihəsi ilin sonunadək hökumətə təqdim ediləcək

21 Fevral 2020, 16:13 (GMT +4)
İsrail koronavirusa ilk yoluxma halının qeydə alındığını bildirib

21 Fevral 2020, 16:12 (GMT +4)
Ərdoğan, Makron və Merkel Suriya və Liviyanı müzakirə edib

21 Fevral 2020, 16:00 (GMT +4)
Abşeron yarımadasının Xəzər sahili ərazilərində növbəti monitorinq keçirilib

21 Fevral 2020, 15:50 (GMT +4)
Mirsalam Qəmbərov: Nazirlik olaraq ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır

21 Fevral 2020, 15:46 (GMT +4)
Boliviyada məhkəmə Evo Moralesin senatorluğa namizədliyini qeydə almaqdan imtina edib 

21 Fevral 2020, 15:38 (GMT +4)
DİM buraxılış imtahanının nəticələrini elan edib

21 Fevral 2020, 15:35 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 4, yoluxanların sayı isə 18-ə çatıb

21 Fevral 2020, 15:26 (GMT +4)
ETSN: Bakıda yaşıllıq sahələrinin artırılması istiqamətində davamlı işlər aparılır

21 Fevral 2020, 15:21 (GMT +4)
“Bakı Metropoliteni"ndə koronavirusa qarşı görüləcək tədbirlər açıqlanıb

21 Fevral 2020, 15:12 (GMT +4)
Azercell ölkə ərazisində 1600-dan çox baza stansiyası qurub

21 Fevral 2020, 15:04 (GMT +4)
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 156 nəfərə çatıb

21 Fevral 2020, 15:00 (GMT +4)
SOCAR büdcə ödənişlərini artırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66