Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Elçin Əsgərov: Qarabağla bağlı aparılan təbliğatın ən effektivi Aşura mərasimləridir

13 Sentyabr 2019, 14:45 (GMT +4)

Bakı, 13 sentyabr, SalamNews.İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov "Aşura, yoxsa Qarabağ?" adlı bir yazı paylaşıb.

SalamNews həmin yazını təqdim edir.

Aşura gününün qeyd olunmasının məqsədəuyğunluğu, son bir neçə ildə olduğu kimi, bu il də ciddi ictimai müzakirələrə səbəb oldu.

Bu günün əleyhinə çıxaraq onu “bidət”, “şirk”, “günah” ünvanı ilə “baltayan” vəhabiləri kənara qoyuram, əsas məqsədim bu günü “gerilik”, “cahillik” adlandıranlar və ən əsası da ciddi-cəhlə Aşuranı, Aşura şəhidlərini Qarabağ və Qarabağ şəhidləri ilə qarşı-qarşıya qoymaq istəyənlərdir.

“Aşura şəhidlərini bu cür geniş xatırlamaqdansa Qarabağ şəhidlərini yad edib ağlasınlar” ifadəsi, Aşuraya qarşı kampaniyanın əsas trendlərindən biridir. Amma bu ifadə həqiqəti əks etdirirmi və ümumən, səmimidrmi?

Əvvəla, Aşuranın qeyd olunması tarix boyu qəhrəmanlığa, barışmazlığa, dönməzliyə çağırış, haqsız zülm ounana dəstək və təslimçiliyə qarşı barışmazlıq ifadə edib və şüarı da bu olub.

Qarabağla bağlı dövlətin mərkəzi və yerli icra orqanlarına, təhsil müəssisələrinə, hərbi hissələrə, dövlət KİV-lərinə yazılı plan şəklində göstərişlər göndərərək, milyonlar xərcləyərək hərbi-vətənpərvərlik təbliğatının aparması haqda çağırış və təlimatlarının başqa məqsədi varmı?? Məqsəd elə yeniyetmələr, gənclər və cəmiyyətin bütün təbəqələri arasında torpaqlarımızı işğal etmiş və hələ də işğalda saxlayan düşmənlərə qarşı barışmazlıq, bu torpaqları azad etmək iradəsində dönməzlik, bu yolda qəhrəmanlıq hissi aşılamaq, haqsız qətl və zülm olunmuş həmvətənlərimizin intiqamının hələ də alınmamasını yada salmaq, təslimliçik ruhuna yol verməmək deyilmi? Əgər bütün bunlar elə yüz minlərlə, milyonlarla insanın iştirak etdiyi Aşura günü mərasimlərində, demək olar, bütün məscid və məclislərdə dəfələrlə xatırlanır və yada salınırsa, bu elə Qarabağla bağlı aparılan hərbi-vətənpərvərlik təbliğatının bir parçası, hətta, deyərdim, onların arasında ən effektivi deyilmi?

Bu il dini icmalarımızdan biri həm Kərbəlaya səfər zamanı şəhidlərimizin xatırlanması və yada salınması üzrə unikal aksiya keçirdi və bunu sosial şəbəkələrdə yüz minlərlə adam müşahidə edə bildi, həm də məscidin bir guşəsini ümumən şəhidlərə həsr olunmuş stendlə bəzədi. Bunu da, güman edirəm, kifayət qədər adam gördü. Amma iş tək bir icma ilə məhdudlaşmır, tam əminliklə deyirəm, istər Aşura günü, istərsə də Məhərrəmliyin ilk günündən keçirilən digər mərasimlərdə Qarabağ, Qarabağ şəhidləri və torpaqlarımızın azad edilməsi zərurəti dini inancın bir tələbi kimi xatırlanmayan heç bir məclis olmayıb. Buna görə həm QMİ rəhbərliyinə, həm də o məclisləri idarə edən bütün din xadimlərinə təşəkkür borcumuz var. Əgər Qarabağ mövzusunda səmimiyiksə..

İkincisi, gələk bu təbliğatın əməli hissəsinə. Dəfələrlə təkrar olunmuş mövzu olsa da deməyə məcburam. Son illərdə qəhrəmanlıq, dönməzlik və Qarabağın işğalı ilə barışmazlıq simvolu kimi qəbul etdiyimiz Milli Qəhrəman, şəhid Mübariz İbrahimov. Onun məktubunu oxumayan adam, yəqin ki, qalmayıb. Ailəsinin müsahibələrini görməyən də. Bütün bunları oxuyub, görüb, sonra yenə Aşuranı Qarabağla üzbəüz qoymağa cəhd edən adamın səmimiyyətinə heç cür inana bilmərəm. O, artıq, qərəzdir. Şəhidliyə gedən yolunu son məktubu ilə izah edən bu ADAM həmin məktubda motivini açıq göstərib.

Digər tərəfdən, Aşuranı Qarabağla üzbəüz qoymazdan əvvəl sosial şəbəkələrdə azacıq axtarış aparsaz, nə qəqər şəhidimizin əvvəllər məhz Aşura məclislərində iştirak etdiyini də görə bilərsiz. Bu, onlara Qarabağda şəhid olmağa nəinki mane olmadı, hətta bəlkə stimul da verdi. İddia etmirəm ki, bütün şəhidlər bu təbliğatdan ruhlanıblar. Xeyir. Vətənpərvər olmaq, Vətən namusu və qeyrətinə sahib olmaq üçün mütləq Aşura təbliğatına məruz qalmağa ehtiyac yoxdur. Düzgün ailə, mühit, cəmiyyət tərbiyəsi də kifayət edir. Amma düzgün dini inanc və Aşura mərasimləri bu işə heç bir vəchlə mane olmur axı, əksinə daha çox dəstək verir.

Və sonda Məhərrəmliyi “gerilik” kimi təqdim edənlərə bir daha klassiklərimizi, maarifçilərimizi, ilk respublika ideoloqlarımızı Fizuli, Nəsimi, Xətaidən tutmuş Natavan, Sabir, Şirvani, Bakıxanov, Rəsulzadəyədək bir daha vərəqləməyə, Cənubi Azərbaycanda Pişəvərinin başçılığı altında mövcud olmuş digər respublikamızın sənədlərinə baxmağa dəvət edirəm. Məhərrəmliyə sayğı, onun dəyərlərinə bağlılıq bu şəxslərin dünyagörüşünün tərkib hissələrindən olub və bu dünyagörüş bizim milləti geriyə yox, irəliyə aparıb, bizə dəyər verdirib, adımızı tarixə yazdırıb.

Məhərrəmlik və Aşura ilə mübarizə isə bizə Stalin dövrü 30-cu illər NKVD-sinin və “İslamın saflığı uğrunda” mübarizə aparan müasir “İŞİD” və “Əl-Qaedə”çilərin ərməğanıdır.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Tbilisidə Aşura mövzusunda konfrans keçirilib

İraqlı etirazçılar Aşura günündə müsiqi və rəqs yayımlayan telekanalı yandırıblar (VİDEO)

İraqda Aşura mərasimi heç bir təhlükəsizlik problemi olmadan keçirilib

Aşura gününün axşamı Şami-Qəriban ayini qeyd edilib

İranın Məşhəd və Qum şəhərlərində Aşura mərasimi keçirilib (FOTO)

Aşura günü Şəhidlər Xiyabanı COVİD-19 qaydalarına uyğun ziyarət edilib (FOTO)

Amerika və Avropanın müxtəlif ölkələrində Aşura mərasimləri keçirilib (VİDEO)

Türkiyədə Aşura mərasimi keçirilir (FOTO)

Bu Aşura Azərbaycanda hər ev bir məsciddir (FOTO)

"Xanım Fatimeyi-Zəhra" məscidində Aşura mərasimi keçirilir (VİDEO)

Kərbəlada hüznlü Aşura mərasimi başlayıb (VİDEO)

Bu gün məhərrəm ayının 10-u Aşura günüdür

Tasua və Aşura mərasimləri İnterAz televiziyasının efirində canlı yayımlanacaq

Aşura günü 33 yerdə qanvermə aksiyası keçiriləcək

İctimai Birliyin sədri: “Hər bir inanclı Aşura günü öz evini məscid halına gətirə bilər”

Kərbəlada Aşura mərasiminə görə 30 min təhlükəsizlik qüvvəsi işə cəlb ediləcək

TƏBİB: Aşura günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək

DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib

Bakı məscidlərində Aşura gününün Şami-Qəriban ayini keçirilib (FOTO)

Kərbəlada Aşura mərasimində izdiham zamanı 17 zəvvar həyatını itirib

06 Mart 2021, 17:00 (GMT +4)
Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşıb

06 Mart 2021, 16:54 (GMT +4)
Ərdoğan: Güclü donanma müasir dövrün tələbatıdır

06 Mart 2021, 16:48 (GMT +4)
DİM: Üç əcnəbi Azərbaycan dili üzrə imtahanda minimal bal toplayıb, ikisi imtahandan çıxarılıb

06 Mart 2021, 16:38 (GMT +4)
Gəncədə sayğac oğrusu saxlanılıb

06 Mart 2021, 16:27 (GMT +4)
ABŞ Suriyada zəbt etdiyi neft quyuları ətrafında havadan müdafiə sistemləri yerləşdirir

06 Mart 2021, 16:18 (GMT +4)
İqtisadi Şura maliyyə sabitliyinin təmin olunmasıyla bağlı yeni qərarlar qəbul edib

06 Mart 2021, 16:08 (GMT +4)
İrəvanda Paşinyanın müxalifələrinin mitinqi başlayıb

06 Mart 2021, 15:57 (GMT +4)
Azərbaycanda ötən gün törədilmiş 53 cinayətin üstü "isti izlər"lə açılıb

06 Mart 2021, 15:41 (GMT +4)
Bakıda avtomobillə vurulan piyada ölüb

06 Mart 2021, 15:30 (GMT +4)
Dalay Lama koronavirusa qarşı peyvənd vurdurub

06 Mart 2021, 15:23 (GMT +4)
İran-Əfqanıstan sərhədində yerləşən gömrük keçidində şiddətli yanğın baş verib

06 Mart 2021, 15:20 (GMT +4)
Azərbaycan və Özbəkistan XİN başçıları arasında telefon danışığı olub

06 Mart 2021, 15:10 (GMT +4)
Dövlət proqramlarına dair əsas tələblər müəyyənləşib

06 Mart 2021, 14:58 (GMT +4)
Çavuşoğlu: Azərbaycan, Türkiyə və Türkmənistan rəhbərlərinin görüşü planlaşdırılır

06 Mart 2021, 14:50 (GMT +4)
Qusar sakinlərindən qanunsuz silah götürülüb

06 Mart 2021, 14:35 (GMT +4)
Prezident dövlət proqramlarının qiymətləndirilməsi ilə bağlı fərman imzalayıb

06 Mart 2021, 14:27 (GMT +4)
Les Echos: Rusiya və Fransa gizli şəkildə diplomatları ölkədən qovub

06 Mart 2021, 14:21 (GMT +4)
Avropa nüvə sazişilə bağlı İrana nümayəndə göndərir

06 Mart 2021, 14:20 (GMT +4)
ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısının ilk beşliyinə düşüb

06 Mart 2021, 14:05 (GMT +4)
Əfv Komissiyasında baxılan müraciətlərin sayı 750-ni ötüb

06 Mart 2021, 13:52 (GMT +4)
DİN: Türkiyədə fevral ayında 78 terrorçu zərərsizləşdirilib

06 Mart 2021, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

06 Mart 2021, 13:33 (GMT +4)
Sabirabadda qanunsuz ov edən şəxslər saxlanılıb

06 Mart 2021, 13:20 (GMT +4)
Masallıda ikimərtəbəli evdə yanğın olub

06 Mart 2021, 13:18 (GMT +4)
Rusiyada son sutkada 11 mindən çox koronavirusa yoluxma halı aşkar edilib

06 Mart 2021, 13:09 (GMT +4)
Ayətullah Sistaninin dəftərxanası Roma Papası ilə baş tutmuş görüş haqda bəyanat verib

06 Mart 2021, 13:06 (GMT +4)
Gömrük Akademiyası "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq sertifikata layiq görülüb

06 Mart 2021, 12:54 (GMT +4)
Zakir Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

06 Mart 2021, 12:43 (GMT +4)
MN Zəngilan rayonunun Qaradərə kəndindən görüntülər yayıb (VİDEO)

06 Mart 2021, 12:32 (GMT +4)
Bir qrup qadına fəxri adlar verilib (Siyahı)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66