Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür

15 Sentyabr 2019, 09:01 (GMT +4)

Bakı, 15 sentyabr, SalamNews. Sentyabrın 15-i Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündür.

SalamNews xatırladır ki, 101 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.

Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi.

Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.

Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verdi.

1918-ci il sentyabrın 15-i Bakının işğalçılardan azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.

Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də bu hadisəni qeyd edir, şəhid əsgərlərin xatirəsini anır.

Azərbaycan və türk əsgərlərinin Bakını düşmən işğalından azad edərək tariximizə yazdıqları bu şərəfli gün həm də Türkiyə- Azərbaycan qardaşlıq münasibətlərinin bariz bir nümunəsidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Netanyahu Osmanlı İmperiyasının süqutu haqda sevincli paylaşım edib

Xalq artisti İsmayıl Osmanlının doğum tarixidir

Xalq artisti İsmayıl Osmanlının doğum tarixidir

Ramil Osmanlı Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri seçilib

Roma Papası 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri “soyqırımı” adlandırıb

Türkiyə Osmanlı imperiyasını bərpa etməyi arzulayır, lakin onun taleyi barədə unudur - Mariya Zaxarova

Xalq artisti İsmayıl Osmanlının doğum günüdür

Osmanlı imperiyasında xristian azlıqlar məhv edilməyib - patriarx Kirill (VİDEO)

PKK terrorçuları Osmanlı dövründən qalmış məscidi yandırıblar

Bakıda “Osmanlı mədəniyyətində Kərbəla matəmi” adlı tədbir keçirilib

Türkiyədə "Osmanlı sənədlərində Azərbaycan" kitabı çapdan çıxıb

Osmanlı sultanının nəvəsi Türkiyə vətəndaşlığı alıb

Xalq artisti İsmayıl Osmanlının doğum günüdür

Avropa tarixi Osmanlı arxivləri olmadan öyrənilə bilməz - Türkiyənin baş naziri

İstəsələr də, istəməsələr də, bu ölkədə Osmanlı dövlətinin dili tədris ediləcək - Türkiyə prezidenti

13 Oktyabr 2019, 23:25 (GMT +4)
Vasim Məmmədəliyev vəfat edib

13 Oktyabr 2019, 19:36 (GMT +4)
Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçilib

13 Oktyabr 2019, 11:00 (GMT +4)
Azərbaycanda dəmir yolu işçiləri peşə bayramını qeyd edirlər

12 Oktyabr 2019, 17:00 (GMT +4)
Gürcüstanın Azərbaycana 6,87 milyon dollar dövlət borcu var

12 Oktyabr 2019, 16:54 (GMT +4)
KİV: Türkiyədə "Al Arabiya"nın müxbiri saxlanılıb

12 Oktyabr 2019, 16:40 (GMT +4)
Livan Suriya hökumətinin Ərəb Liqasına qaytarılmasını tələb edib

12 Oktyabr 2019, 16:39 (GMT +4)
ASK ilə Monteneqro Ticarət Palatası arasında saziş imzalanıb

12 Oktyabr 2019, 16:32 (GMT +4)
Makron Trampla Türkiyənin Suriyadakı əməliyyatının dayandırılmasının vacibliyindən danışıb

12 Oktyabr 2019, 16:20 (GMT +4)
ADA Universitetində Lütfi Zadənin irsinə həsr edilən konfrans keçiriləcək

12 Oktyabr 2019, 15:59 (GMT +4)
Husilər ABŞ-ın Səudiyyəyə yeni qüvvə göndərməsinə münasibət bildirib: Vyetnamdan ibrət götürün

12 Oktyabr 2019, 15:52 (GMT +4)
Vladimir Putin: Rusiya İran ətrafındakı vəziyyətin həlli üçün əlindən gələni edəcək

12 Oktyabr 2019, 15:41 (GMT +4)
MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası oktyabrın sonunda Bakıda keçiriləcək

12 Oktyabr 2019, 15:32 (GMT +4)
Putin Ermənistanın baş naziri ilə telefon danışığı keçirib

12 Oktyabr 2019, 15:17 (GMT +4)
Kürd bölmələri minlərlə İŞİD üzvünü sərbəst buraxacaqları ilə bağlı xəbərdarlıq ediblər

12 Oktyabr 2019, 15:10 (GMT +4)
Xəzərdə balıqçının itkin düşməsi ilə əlaqədar Qazaxıstan, Türkmənistan və Rusiyaya müraciət olunub 

12 Oktyabr 2019, 14:58 (GMT +4)
"Barış Pınarı" əməliyyatının hədəfi terrorçulardır - TBMM sədri

12 Oktyabr 2019, 14:43 (GMT +4)
Vətəndaşı aldadaraq bank hesabından pul çıxaran şəxslər tutulublar

12 Oktyabr 2019, 14:27 (GMT +4)
Pompeo: ABŞ kürdlərə dəstək vermək niyyətindədir

12 Oktyabr 2019, 14:22 (GMT +4)
Dövlət Komitəsinin nümayəndə heyəti Polşada səfərdədir

12 Oktyabr 2019, 14:08 (GMT +4)
İranın ilk hərbi rəsmisi neft gəmisinə edilən hücuma münasibət bildirib: Cavabsız qalmayacaq

12 Oktyabr 2019, 14:07 (GMT +4)
İstirahət günü Bakıda 22 dərəcə isti gözlənilir

12 Oktyabr 2019, 13:58 (GMT +4)
Türkiyə ordusu Suriyanın Ras əl-Ayn şəhərini nəzarətə götürüb

12 Oktyabr 2019, 13:45 (GMT +4)
“Nar vadisi” aqroturu təşkil edilib (FOTOLAR)

12 Oktyabr 2019, 13:28 (GMT +4)
Türkiyənin əməliyyatı fonunda kürdlər Dəməşqə nümayəndə heyəti göndəriblər

12 Oktyabr 2019, 13:16 (GMT +4)
Yaponiyada "Hagibis" tayfunu nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb

12 Oktyabr 2019, 13:01 (GMT +4)
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

12 Oktyabr 2019, 12:46 (GMT +4)
Rusiyada qayıq batıb, ölən və itkin düşənlər var

12 Oktyabr 2019, 12:40 (GMT +4)
Müdafiə naziri: Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur

12 Oktyabr 2019, 12:31 (GMT +4)
Azərbaycan prezidenti və Ermənistan baş naziri gərginliyin azaldılması imkanlarını müzakirə edib

12 Oktyabr 2019, 12:24 (GMT +4)
Özbəkistanlı İŞİD-çilərin 64 uşağı İraqdan Daşkəndə gətirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66