Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Təhsil naziri Qubanın Alekseyevka kənd tam orta məktəbinin açılışında iştirak edib

16 Sentyabr 2019, 17:21 (GMT +4)

Bakı, 16 sentyabr, SalamNews. Sentyabrın 16-da Təhsil naziri Ceyhun Bayramov Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin açılış mərasimində iştirak edib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, məktəb kollektivi və yerli sakinlər də iştirak ediblər.

Əvvəlcə Təhsil naziri Ceyhun Bayramov və Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Təhsil naziri Ceyhun Bayramov tədris ilinin başlanması və yeni məktəb binasının açılışı münasibətilə iştirakçıları təbrik edib.

Təhsil infrastrukturunun, təlim şəraitinin yaxşılaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqət və qayğıdan danışan Ceyhun Bayramov bu il ərzində Azərbaycanın müxtəlif bölgələrində 84 məktəb binasının inşasının planlaşdırıldığını, onlardan 43-nün bu gün istifadəyə verildiyini, digər 41 məktəbin isə ilin sonunadək təhvil verilməsinin nəzərdə tutulduğunu bildirib.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində görülmüş işlərə və bununla bağlı təhsildə müşahidə edilən müsbət irəliləyişlərə diqqət çəkən Təhsil naziri müəllim peşəsinin nüfuzunun, bu sahəyə marağın artırılması istiqamətində atılan addımlardan danışıb. Ceyhun Bayramov ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, 1 sentyabr 2019-cu il tarixdən növbəti dəfə müəllimlərin əməkhaqqının artırıldığını diqqətə çatdırıb. Bu münasibətlə öz adı və 150 min müəllim adından ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür edən Təhsil naziri müəllimlərin öz vəzifələrini layiqincə yerinə yetirəcəklərinə əminliyini bildirib.

Təhsil naziri çıxışının sonunda məktəbliləri onlar üçün yaradılan şəaritdən maksimum faydalanmağa, layiqli vətəndaş olmağa çağıraraq bir daha onlara yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb.

Çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev də öz növbəsində rayonun təhsil uğurlarından söz açıb və yeni tədris ilində hər kəsə uğurlar arzulayıb.

Daha sonra Təhsil naziri Ceyhun Bayramov məktəbdə yaradılmış şəraitilə tanış olub, şagird və müəllimlərlə görüşüb, onlarla səmimi söhbət aparıb.

Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Quba rayonu Alekseyevka kəndində yeni tikilən məktəb 960 şagird yerlikdir. 3 mərtəbədən ibarət olan məktəb binasının birinci mərtəbəsində qarderob, 10 sinif otağı, müəllimlər otağı, 2 fizika laboratoriyası,120 nəfərlik yeməkxana, 540 m2-lik idman zalı, tibb otağı, 2 əmək təlimi otağı, ikinci mərtəbəsində 13 sinif otağı, kitabxana və oxu zalı, 2 kimya laboratoriyası, 450 yerlik akt zalı, informatika və hesablanma texnikası kabineti, linqafon otağı, üçüncü mərtəbədə isə 15 sinif otağı, arxiv, 2 biologiya laboratoriyası və hərbi hazırlıq otaqları yerləşir.

Məktəb binasında videomüşahidə, yanğın əlehinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri payız semestrinin imtahan sessiyasının təşkili barədə əmr imzalayıb

Təhsil naziri İordaniyanın yeni səfiri ilə görüşüb

Təhsil naziri Yevlaxda vətəndaşları qəbul edib

Təhsil naziri Türkiyənin Ali Təhsil Şurası sədri ilə görüşüb

Təhsil naziri BDU-nun əməkdaşlarını təltif edib

Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb (FOTO)

Təhsil naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Ceyhun Bayramov Fransada səfərdədir

Təhsil naziri yüksək nəticə göstərən idmançılarla görüşüb

Təhsil naziri müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılması haqqında əmr imzalayıb

Təhsil naziri Sabirabadda gənc müəllimlərlə görüşüb

Prezident Təhsil nazirinə yeni səlahiyyət verib

Təhsil naziri dünya çempionu olan məktəbli ilə görüşüb

Təhsil naziri Litvanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Prezident İlham Əliyev Türkiyənin Təhsil nazirini qəbul edib

Təhsil naziri müəllimləri təbrik edib

Təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edib

Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb

Təhsil naziri Dünya Bankının nümayəndələri ilə görüşüb

13 Dekabr 2019, 18:20 (GMT +4)
“Nar” abunəçilərinə xəbərdarlıq edib

13 Dekabr 2019, 18:13 (GMT +4)
ASCO-da Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib

13 Dekabr 2019, 18:06 (GMT +4)
Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş keçirilib

13 Dekabr 2019, 18:00 (GMT +4)
“Bizim supermarket”də kərə yağı adı altında satılan spred yağı aşkarlanıb

13 Dekabr 2019, 17:53 (GMT +4)
Moskvada terror aktı hazırlayan İŞİD terrorçuları saxlanılıb 

13 Dekabr 2019, 17:36 (GMT +4)
AB sammitində Merkel və Makron arasında mübahisə düşüb

13 Dekabr 2019, 17:36 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozunu yeniləyib

13 Dekabr 2019, 17:34 (GMT +4)
Milli KSM Mükafatı müsabiqəsi layihə qəbulu elan edib

13 Dekabr 2019, 17:24 (GMT +4)
Husilər Yəmənin şimalında Səudiyyənin bir PUA-sını vurublar

13 Dekabr 2019, 17:20 (GMT +4)
“Azəriqaz” rəhbərliyi Caspian European Club-un üzv şirkətlərinin menecerləri ilə görüşüb

13 Dekabr 2019, 17:17 (GMT +4)
Peskov Zelenskiyə Krımı xatırlatmadan Putinin əlini sıxmağı məsləhət görüb

13 Dekabr 2019, 17:10 (GMT +4)
Qara və Xəzər Dənizi Ölkələri Hüquqşünasları Assosiasyası Moskvada elmi konfrans keçirib

13 Dekabr 2019, 16:56 (GMT +4)
Prezident "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

13 Dekabr 2019, 16:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-ninsədr müavinləri vətəndaşlarla görüşüblər

13 Dekabr 2019, 16:50 (GMT +4)
"Scale Up"akselerator proqramının açılış mərasimi baş tutub

13 Dekabr 2019, 16:40 (GMT +4)
Moskvada parça anbarında güclü yanğın başlayıb, xəsarət alanlar var

13 Dekabr 2019, 16:35 (GMT +4)
Nazir müavini Abşeronda gənc müəllimlərlə görüşüb (FOTOLAR)

13 Dekabr 2019, 16:27 (GMT +4)
Nazir müavini: "Fermerlər payızlıq əkin sahələrinin bəyan edilməsində fəal iştirak etməlidir"

13 Dekabr 2019, 16:26 (GMT +4)
İran qonşumuzdur, mühasirəyə alınmasını istəmirik - Küveyt

13 Dekabr 2019, 16:12 (GMT +4)
"ASAN xidmət"ə gəlib belə "mədəniyyət" göstərənlər (VİDEO)

13 Dekabr 2019, 16:01 (GMT +4)
Böyük Britaniya AB-ni 31 yanvar 2020-ci ildə tərk edəcək - Boris Conson

13 Dekabr 2019, 15:53 (GMT +4)
Gömrük Hospitalının təşkilatçılığı ilə keçiriləcək elmi konfrans canlı yayımlanacaq

13 Dekabr 2019, 15:43 (GMT +4)
Əlcəzairin yeni prezidenti məlum olub

13 Dekabr 2019, 15:31 (GMT +4)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

13 Dekabr 2019, 15:25 (GMT +4)
Türkiyənin həkimləri Gömrük Hospitalında uşaqları müayinə edəcəklər

13 Dekabr 2019, 15:21 (GMT +4)
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub (FOTO)

13 Dekabr 2019, 15:13 (GMT +4)
Almaniyada yaşayış binasında baş verən partlayışda 25 nəfər yaralanıb

13 Dekabr 2019, 15:10 (GMT +4)
Biznes inkubatorlara iştirakçıların seçilməsinə başlanılıb

13 Dekabr 2019, 15:04 (GMT +4)
Bakıda yeni Kiçik Su Elektrik Stansiyası istismara verilib

13 Dekabr 2019, 15:02 (GMT +4)
Suriyanın cənubunda terrorçuların quraşdırdığı mina partlayıb, 4 uşaq həlak olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66