Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

16 Sentyabr 2019, 16:20 (GMT +4)

Bakı, 16 sentyabr, SalamNews. Bakı Dövlət Universitetində (BDU) Bilik Günü keçirilib.

SalamNews xəbər verir ki, hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri rektor Elçin Babayev açaraq Azərbaycan ali təhsil ocaqlarının flaqmanı olan 100 yaşlı Bakı Dövlət Universitetinin birinci kurs tələbələrini və onun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinə qəbul olan şagirdləri təbrik edib. “Siz həyatınızın mühüm bir mərhələsinə qədəm qoyursunuz. Universitetin 100 yaşının tamam olduğu ildə onun bir üzvünə çevrilirsiniz. Bunu sonralar dəyərləndirəcək, xatirələrinizdə yaşadacaqsınız”, - deyən rektor yüzüncü ilin birincilərinə universitetdə onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etmələrini tövsiyə edib. Rektor tələbələrin təhsilə başladıqları bu gündən etibarən sa¬vad¬lı, bilikli, elmli, bacarıqlı bir mütəxəssis kimi yetişəcəklərinə, ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına, fəaliyyətlərində vətənpərvərlik və dövlətçilik prinsiplərini əsas tutacaqlarına, Bakı Dövlət Universitetinin adına hər zaman şərəf və şöhrət gətirəcəklərinə əminliyini ifadə edib. Universitetin respublikamız və əksər dünya dövlətləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırladığını vurğulayaraq həmin məzunlar arasında dünya elminə, mədəniyyətinə, siyasətinə təsir göstərmək qüdrətinə malik yüzlərlə tarixi şəxsiyyətlər arasında ümummilli lider Heydər Əliyev xüsusi yer tutduğunu diqqətə çatdırıb.

Noyabr ayında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd ediləcəyini bildirən rektor yubiley tədbirlərinin indiyədək UNESCO-nun Parisdəki Baş qərargahında və Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində qeyd edildiyini, çoxsaylı elmi, mədəni, kütləvi tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu da fikirlərinə əlavə edib.
Bu il ölkə üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarından danışan rektor ən çox tələbə qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü, Qazax filialı da daxil olmaqla ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə BDU-ya qəbul olunanların ümumi sayının 6462 nəfər təşkil etdiyini bildirib. Məlum olub ki, həmin tələbələrdən 5127 nəfər bakalavriat səviyyəsinə, 550 nəfər Qazax filialına, 785 nəfər tələbə isə magistraturaya qəbul olunub. Qəbul imtahanı verən abituriyentlərdən 500-dən çox bal toplayan 1563 nəfəri Bakı Dövlət Universitetini seçib.

“Gənc istedadlar” liseyi haqqında məlumat verən rektor Elçin Babayevin sözlərinə görə bu il liseyi bitirən 48 məzundan 16 nəfəri 600-dən yuxarı bal toplayıb, 3 nəfər Prezident təqaüdünə, 6 nəfər qızıl, 1 nəfər gümüş medala, 6 nəfər fərqlənmə attestatına layiq görülüb.
Tədbirdə BDU-nun professor-müəllim heyəti adından professor Ülviyyə Həsənova, tələbələr adından isə Tarix fakültəsinin tələbəsi Jalə Vəliyeva çıxış ediblər.
Sonra hər fakültədən ən yüksək bal toplamış 2 tələbəyə tələbə vəsiqəsi və korporativ elektron poçt ünvanı, 660 baldan yuxarı nəticə göstərmiş 33 tələbəyə isə YAP Yasamal rayon Təşkilatının hədiyyəsi təqdim edilib.

Bilik günü rektorun birinci kurs tələbələri ilə BDU-nun həyətində çiçəklərin əkilməsi mərasimiylə başa çatıb.

Tədbir boyunca hərbi orkestr mahnılar ifa edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vasim Məmmədəliyevlə vida mərasimi BDU-da keçiriləcək

BDU-ya yeni prorektorlar təyin edilib

BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib

BDU ilə MDU arasında əməkdaşlıq haqqında Protokol imzalanıb

Baş nazir Abdullah rəsmi açıqlama olmadan özünü Əfqanıstan seçkilərinin qalibi elan edib

Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

Misirdə prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb (VİDEO)

Ceyhun Bayramov Əbdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb

BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb

Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Ural Federal Universitetinin rektoru BDU-da olub

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

Prezidentin mükafatı Kamal Abdullaya təqdim edilib

BDU-ya qəbul olan tələbələrin qeydiyyatı başa çatıb

BDU-nun 100 illiyi münasibətilə Beynəlxalq Avrasiya Konfransı keçiriləcək

BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

BDU-nun 100 illik yubileyinə həsr olunmuş tədqiqat əsəri nəşr edilib

Abdulla Gül Türkiyə prezidentliyinə namizədliyini irəli sürəcək

20 Oktyabr 2019, 11:01 (GMT +4)
Yanvar-avqust aylarında Azərbaycandan 110 ölkəyə məhsul ixrac olunub

20 Oktyabr 2019, 10:52 (GMT +4)
Gürcüstanda Ərbəin mərasimi təşkil edilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:45 (GMT +4)
Alpaqut üzrə Azərbaycan kubokunun açılış mərasimi olub

20 Oktyabr 2019, 10:35 (GMT +4)
Məşədi Dadaş məscidində Ərbəin mərasimi keçirilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:08 (GMT +4)
"Qarabağın işğaldan azad olunmasında İmam Hüseyn məktəbinin rolu” adlı tədbir keçirilib

20 Oktyabr 2019, 10:01 (GMT +4)
Azərbaycanda Energetiklər Günü qeyd olunur

20 Oktyabr 2019, 09:30 (GMT +4)
Hakan Mengüçün Bakıda seminarı və imza günü keçirilib (FOTOLAR)

20 Oktyabr 2019, 09:05 (GMT +4)
Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub

19 Oktyabr 2019, 17:40 (GMT +4)
Ölkədə istehsal edilən metanolun həcmi açıqlanıb

19 Oktyabr 2019, 17:35 (GMT +4)
Özünüməşğulluq proqramı çərçivəsində gələn il 130 min nəfər işlə təmin olunacaq

19 Oktyabr 2019, 16:20 (GMT +4)
İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

19 Oktyabr 2019, 16:05 (GMT +4)
Milyonlarla zəvvarın qatıldığı Ərbəin yürüşü tam təhlükəsiz vəziyyətdə başa çatıb

19 Oktyabr 2019, 14:07 (GMT +4)
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

19 Oktyabr 2019, 14:02 (GMT +4)
Çili prezidenti paytaxtda fövqəladə vəziyyət elan edib

19 Oktyabr 2019, 13:52 (GMT +4)
Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

19 Oktyabr 2019, 13:50 (GMT +4)
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar aparıb

19 Oktyabr 2019, 13:42 (GMT +4)
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

19 Oktyabr 2019, 13:22 (GMT +4)
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

19 Oktyabr 2019, 13:17 (GMT +4)
Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

19 Oktyabr 2019, 12:53 (GMT +4)
Hindistanda kişi dəfn mərasimində ayılıb 

19 Oktyabr 2019, 12:50 (GMT +4)
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

19 Oktyabr 2019, 12:31 (GMT +4)
Kərbəlaya gedən milyonlarla xarici zəvvar o cümlədən azrbaycanlılar geri dönməyə başlayıblar

19 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyaları nəticəsində 89 nəfər xəsarət alıb

19 Oktyabr 2019, 12:07 (GMT +4)
SOCAR neft istehsalını 2,8 faiz, təbii qaz hasilatını isə 11,4 faiz artırıb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Rusiyada su bəndinin uçması nəticəsində 11 nəfər ölüb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Tehranda "İran-Azərbaycan sammiti" keçirilib (FOTOLAR)

19 Oktyabr 2019, 11:50 (GMT +4)
Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub

19 Oktyabr 2019, 11:32 (GMT +4)
Rusiya XİN ABŞ-a etiraz notası göndərib

19 Oktyabr 2019, 11:27 (GMT +4)
Səkkiz ayda ölkədən 9,7 milyard dollarlıq xam neft ixrac edilib

19 Oktyabr 2019, 11:16 (GMT +4)
Livanda etiraz aksiyaları və iğtişaşlar zamanı iki nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66