Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Ziraat Bank  “Beynəlxalq Caspian Energy Forum Baku”nun sponsoru olub

16 Sentyabr 2019, 16:35 (GMT +4)

Bakı, 16 sentyabr, SalamNews. “Ziraat Bank Azərbaycan” ASC Sentyabrın 19-da Azərbaycanın paytaxtında keçiriləcək 9-cu Beynəlxalq “Caspian Energy Forum Baku 2019” proqramına sponsor olaraq qatılacaqdır. Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev doqquzuncu “Beynəlxalq Caspian Energy Forumu”-nun “Əsrin müqaviləsi” nin imzalanmasının 25 illik və “Caspian Energy” jurnalının 20 illik yubileyinə həsr olunması barəsində məlumat vermişdir.

 “Ziraat Bank Azərbaycan” ASC, “Beynəlxalq Caspian Energy Forum Baku”-nun çoxillik, ənənəvi sponsorudur. Bankın İdarə Heyətinin Sədri Avni Demirci “Caspian European Club”-un İdarə heyətinin üzvü olmaqla birlikdə bankinq və maliyyə üzrə işçi qrupuna rəhbərlik edir. “Caspian European Club” Avni Demircinin yüksək peşəkarlığı sayəsində uğurla fəaliyyət göstərir və bütün mövcud problemləri operativ şəkildə həll etməkdədir. Həmçinin Telman Əliyev, Avni Dəmircinin İdarə Heyəti Sədrliyini etdiyi “ Ziraat Bank Azərbaycan” ASC hakkındaki çıxışında, sıx və səmərəli partnyorluqlarının davam  etməsinin tərəfdarı olduqlarını və “Ziraat Bank Azərbaycan” ASC-nin uğurlarına daim sevindiklərini bildirmişdir.

“Ziraat Bank Azərbaycan”ASC nin İdarə Heyətinin Sədri Avni Demirci Sentyabrın 19-na nəzərdə tutulmuş doqquzuncu “Beynəlxalq Caspian Energy Forumu”-nun yüksək səviyyədə təşkili məqsədilə bankın “Caspian Europan Club” ilə əməkdaşlığından məmnun olduğunu ifadə edib. “Ziraat Bank Azərbaycan” ASC-nin məqsədi yerli istehsalatın həcminin artırılması və bunun nəticəsində yeni iş yerlərinin açılması, iqtisadiyyatın real sektorunun dəstəklənməsi, sahibkarlığa, həmçinin iri istehsalçıların fəaliyyətinə maliyyə dəstəyinin göstərilməsidir. Avni Demirci bu məqsədlərə nail olmaq üçün biz gələcəkdə, həmçinin beynəlxalq Caspian Energy forumları çərçivəsində də Klub ilə fəal əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirmişdir.  

Caspian Energy Forum Baku – 2019-un işində dünyanın 50 ölkəsindən 1500-dən artıq nümayəndə iştirak edəcək. Onların arasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, eyni zamanda Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb.

Caspian Energy Forum Baku – 2019 üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsi mövzusuna həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək. Kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.

9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyorları sırasında  “Azpetrol ltd” ASC, “AzərTelecom ASC, “AzeriCard” ASC, “İCODS Hilmer GMBH”, “Hellmann Worlwide Logistics”, “Nərimanfilm”, “Vien Group”, “NABUCCO A&C”, “Azprint” və “Transbroker” şirkətləri var.

Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var. Caspian European Club-un ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA ilə "Ziraat Bank Azərbaycan" arasında Protokol imzalanıb

“Ziraat Bank Azərbaycan” yeni lisenziya alıb

“Ziraat Bankası”nın “Azər-Türk Bank”dakı payını satması barədə bizə məlumat daxil olub - nazir

20 Oktyabr 2019, 11:01 (GMT +4)
Yanvar-avqust aylarında Azərbaycandan 110 ölkəyə məhsul ixrac olunub

20 Oktyabr 2019, 10:52 (GMT +4)
Gürcüstanda Ərbəin mərasimi təşkil edilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:45 (GMT +4)
Alpaqut üzrə Azərbaycan kubokunun açılış mərasimi olub

20 Oktyabr 2019, 10:35 (GMT +4)
Məşədi Dadaş məscidində Ərbəin mərasimi keçirilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:08 (GMT +4)
"Qarabağın işğaldan azad olunmasında İmam Hüseyn məktəbinin rolu” adlı tədbir keçirilib

20 Oktyabr 2019, 10:01 (GMT +4)
Azərbaycanda Energetiklər Günü qeyd olunur

20 Oktyabr 2019, 09:30 (GMT +4)
Hakan Mengüçün Bakıda seminarı və imza günü keçirilib (FOTOLAR)

20 Oktyabr 2019, 09:05 (GMT +4)
Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub

19 Oktyabr 2019, 17:40 (GMT +4)
Ölkədə istehsal edilən metanolun həcmi açıqlanıb

19 Oktyabr 2019, 17:35 (GMT +4)
Özünüməşğulluq proqramı çərçivəsində gələn il 130 min nəfər işlə təmin olunacaq

19 Oktyabr 2019, 16:20 (GMT +4)
İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

19 Oktyabr 2019, 16:05 (GMT +4)
Milyonlarla zəvvarın qatıldığı Ərbəin yürüşü tam təhlükəsiz vəziyyətdə başa çatıb

19 Oktyabr 2019, 14:07 (GMT +4)
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

19 Oktyabr 2019, 14:02 (GMT +4)
Çili prezidenti paytaxtda fövqəladə vəziyyət elan edib

19 Oktyabr 2019, 13:52 (GMT +4)
Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

19 Oktyabr 2019, 13:50 (GMT +4)
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar aparıb

19 Oktyabr 2019, 13:42 (GMT +4)
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

19 Oktyabr 2019, 13:22 (GMT +4)
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

19 Oktyabr 2019, 13:17 (GMT +4)
Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

19 Oktyabr 2019, 12:53 (GMT +4)
Hindistanda kişi dəfn mərasimində ayılıb 

19 Oktyabr 2019, 12:50 (GMT +4)
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

19 Oktyabr 2019, 12:31 (GMT +4)
Kərbəlaya gedən milyonlarla xarici zəvvar o cümlədən azrbaycanlılar geri dönməyə başlayıblar

19 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyaları nəticəsində 89 nəfər xəsarət alıb

19 Oktyabr 2019, 12:07 (GMT +4)
SOCAR neft istehsalını 2,8 faiz, təbii qaz hasilatını isə 11,4 faiz artırıb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Rusiyada su bəndinin uçması nəticəsində 11 nəfər ölüb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Tehranda "İran-Azərbaycan sammiti" keçirilib (FOTOLAR)

19 Oktyabr 2019, 11:50 (GMT +4)
Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub

19 Oktyabr 2019, 11:32 (GMT +4)
Rusiya XİN ABŞ-a etiraz notası göndərib

19 Oktyabr 2019, 11:27 (GMT +4)
Səkkiz ayda ölkədən 9,7 milyard dollarlıq xam neft ixrac edilib

19 Oktyabr 2019, 11:16 (GMT +4)
Livanda etiraz aksiyaları və iğtişaşlar zamanı iki nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66