Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib (FOTO)

17 Sentyabr 2019, 12:51 (GMT +4)

Bakı, 17 sentyabr, SalamNews.Sentyabrın 16-da Dövlət Gömrük Komitəsi (DGK) rəhbərliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşü keçirilib.

Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və komitənin müvafiq qurumlarının əməkdaşları, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, palatada təmsil olunan iş adamları və səfirliyin nümayəndələri iştirak ediblər.

DGK-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən SalamNews-a bildirilib ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann görüşün təşkilində göstərilən dəstəyə görə Dövlət Gömrük Komitəsinə təşəkkürünü bildirib və tədbirin məqsədi, müzakirə olunacaq məsələlər barədə məlumat verib.

Görüşdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Gömrük islahatları prosesində innovativ həllər" mövzusunda çıxış edərək, gömrük sistemində aparılan islahatların mahiyyəti, bu islahatların kontekstində həyata keçirilən innovativ layihələr barədə iştirakçıları məlumatlandırıb.

Komitə sədri Alman-Azərbaycan Xarici Ticarət Palatasının İmpuls tədbirinin gömrük-biznes əməkdaşlığında əlverişli mühitin yaranmasına, gömrük sisteminin təkmilləşdirilməsi ilə bağlı bütün maraqlı tərəflərin ehtiyaclarının öyrənilməsinə, problemli məqamların müəyyən edilməsinə və dayanıqlı həllərin işlənib hazırlanmasına xidmət göstərəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev tərəfindən iqtisadi təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatların gömrük orqanlarının da dinamik və çevik inkişafına şərait yaratdığını bildirən DGK sədri gömrük orqanları tərəfindən sahibkarlıq mühitinin yaxşılaşdırıldığını, gömrük prosedurlarının, malların sərhədkeçmə prosesinin sadələşdirildiyini, sürətli ticarətin təmin edildiyini vurğulayıb və bütün bu nailiyyətlərin, eyni zamanda informasiya texnologiyalarının tətbiqi ilə əldə olunduğunu diqqətə çatdırıb: “Bu gün biz fəxr hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın gömrük sistemi artıq Avropanın ən qabaqcıl dövlətləri ilə müqayisə olunacaq informasiya və texnologiyalar mərkəzi formalaşdırıb”.

Xüsusilə, son illərdə dövlət başçısı tərəfindən gömrük sahəsində aparılan islahatlara toxunan Komitə sədri qısa idxal bəyannamələrinin, risk analizlərinin və "Yaşıl Dəhliz" buraxılış sisteminin tətbiqinin mallar və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sürətləndirilməsinə şərait yaratdığını qeyd edib.

Səfər Mehdiyev vurğulayıb ki, informasiya proqramı təminatları ilə risklərin idarəedilməsi mərkəzi daha da təkmiləşdiriləcək və bu sahədə fəaliyyətimizi genişləndirəcəyik. Həyata keçirdiyimiz konsepsiyalar ticarətin sürətlənməsinə, asanlaşmasına, həmçinin əlavə maliyyə itkilərinin qarşısının alınmasına gətirib çıxaracaq.

"Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqindən bəhs edən Komitə sədri, bu tətbiqin vaxt itkisinin aradan qaldırılmasına, idxal-ixrac əməliyyatlarının maneəsiz və asan şəkildə həyata keçirilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə şərait yaratdığını diqqətə çatdırıb və bildirib ki, idxal-ixrac əməliyyatlarının orta hesabla 25-30faizə qədəri artıq "Yaşıl Dəhliz" iştirakçıları tərəfindən həyata keçirilir.

İnformasiya texnologiyaları sahəsində tətbiq edilən layihələrdən birinin də elektron məlumatların qabaqcadan alınması olduğunu deyən DGK sədri bu sahədə görülən işlər nəticəsində 10-a yaxın dövlətlə qarşılıqlı ilkin məlumat mübadiləsi həyata keçirildiyini vurğulayıb.

Səfər Mehdiyev onu da qeyd edib ki, artıq sürətli ticarətin tam təmin olunması üçün bütün sərhəd-keçid məntəqələrində yeni rentgen avadanlıqlarının alınaraq quraşdırılması nəzərdə tutulur və yaxın iki il ərzində bu iş tamamlanacaq, beləliklə bütün nəqliyyat vasitələrinə fiziki yoxlama həyata keçirilmədən ölkə ərazisinə girişi təmin ediləcək.

Daha sonra tədbirdə iştirak edən sahibkarların fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tədbirin sonunda "My Broker" şirkətinin icraçı direktoru İlqar Vahabov təqdimatla çıxış edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DMX rəisi Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşüb

Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

20 Oktyabr 2019, 11:01 (GMT +4)
Yanvar-avqust aylarında Azərbaycandan 110 ölkəyə məhsul ixrac olunub

20 Oktyabr 2019, 10:52 (GMT +4)
Gürcüstanda Ərbəin mərasimi təşkil edilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:45 (GMT +4)
Alpaqut üzrə Azərbaycan kubokunun açılış mərasimi olub

20 Oktyabr 2019, 10:35 (GMT +4)
Məşədi Dadaş məscidində Ərbəin mərasimi keçirilib (FOTOLAR)

20 Oktyabr 2019, 10:08 (GMT +4)
"Qarabağın işğaldan azad olunmasında İmam Hüseyn məktəbinin rolu” adlı tədbir keçirilib

20 Oktyabr 2019, 10:01 (GMT +4)
Azərbaycanda Energetiklər Günü qeyd olunur

20 Oktyabr 2019, 09:30 (GMT +4)
Hakan Mengüçün Bakıda seminarı və imza günü keçirilib (FOTOLAR)

20 Oktyabr 2019, 09:05 (GMT +4)
Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub

19 Oktyabr 2019, 17:40 (GMT +4)
Ölkədə istehsal edilən metanolun həcmi açıqlanıb

19 Oktyabr 2019, 17:35 (GMT +4)
Özünüməşğulluq proqramı çərçivəsində gələn il 130 min nəfər işlə təmin olunacaq

19 Oktyabr 2019, 16:20 (GMT +4)
İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

19 Oktyabr 2019, 16:05 (GMT +4)
Milyonlarla zəvvarın qatıldığı Ərbəin yürüşü tam təhlükəsiz vəziyyətdə başa çatıb

19 Oktyabr 2019, 14:07 (GMT +4)
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

19 Oktyabr 2019, 14:02 (GMT +4)
Çili prezidenti paytaxtda fövqəladə vəziyyət elan edib

19 Oktyabr 2019, 13:52 (GMT +4)
Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

19 Oktyabr 2019, 13:50 (GMT +4)
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar aparıb

19 Oktyabr 2019, 13:42 (GMT +4)
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

19 Oktyabr 2019, 13:22 (GMT +4)
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

19 Oktyabr 2019, 13:17 (GMT +4)
Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

19 Oktyabr 2019, 12:53 (GMT +4)
Hindistanda kişi dəfn mərasimində ayılıb 

19 Oktyabr 2019, 12:50 (GMT +4)
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

19 Oktyabr 2019, 12:31 (GMT +4)
Kərbəlaya gedən milyonlarla xarici zəvvar o cümlədən azrbaycanlılar geri dönməyə başlayıblar

19 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyaları nəticəsində 89 nəfər xəsarət alıb

19 Oktyabr 2019, 12:07 (GMT +4)
SOCAR neft istehsalını 2,8 faiz, təbii qaz hasilatını isə 11,4 faiz artırıb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Rusiyada su bəndinin uçması nəticəsində 11 nəfər ölüb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Tehranda "İran-Azərbaycan sammiti" keçirilib (FOTOLAR)

19 Oktyabr 2019, 11:50 (GMT +4)
Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub

19 Oktyabr 2019, 11:32 (GMT +4)
Rusiya XİN ABŞ-a etiraz notası göndərib

19 Oktyabr 2019, 11:27 (GMT +4)
Səkkiz ayda ölkədən 9,7 milyard dollarlıq xam neft ixrac edilib

19 Oktyabr 2019, 11:16 (GMT +4)
Livanda etiraz aksiyaları və iğtişaşlar zamanı iki nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66