Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

18 Sentyabr 2019, 12:47 (GMT +4)

Bakı, 18 sentyabr, SalamNews.Samux rayonunda Kənd Təsərrüfatı Nazirliyinin aqrar biznes sahəsində dəyər zəncirlərinin inkişafı məqsədi ilə dəstəklədiyi ilk dəyər zənciri layihələrinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, Samux rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev, nazirliyin müvafiq strukturlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

SalamNews KTN-ə istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə rayonun Çobanabdallı kəndində Tərəvəz Toxumu Emalı Müəssisəsinin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, Samuxda fəaliyyətə başlayan ilk aqrobiznes dəyər zənciri layihələrinin hər birində 20-dək fermerlə emalçının tərəfdaşlığı nəzərdə tutulub. Bu layihələr təkcə rayon fermerləri və onların məhsullarının istehlakçıları üçün deyil, ölkə üçün böyük əhəmiyyət daşıyır.

“Tarladan süfrəyə” prinsipi ilə qurulmuş, istehsalçı-emalçı-satıcı-istehlakçı əlaqələrinin fasiləsiz təmini məqsədi daşıyan dəyər zənciri layihələri nazirliyin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində maliyyələşdirilir.

Aqrar Kredit və İnkişaf Agentiyinin sədri Mirzə Əliyev bildirib ki, dəyər zənciri layihələri Azərbaycan dövlətinin aqrar biznesə investisiyasıdır. Layihənin dəyərinin tam yarısını dövlət maliyyələşdirib və bu vəsait dəyər zəncirinin zəif halqalarının qurulmasına və möhkəmləndirilməsinə yönəldilib. Layihə çərçivəsində fermerlərin kənd təsərrüfatı məhsullarının istehsalı üçün müasir və innovativ avadanlıqlar almasına, sahələrinin lazım olan su və aqrotexniki qulluq vasitələri ilə təmin olunmasına, emal etdikləri məhsulu qablaşdıraraq bazara çıxarmasına dəstək verilir.

“Samux rayonunda tərəvəz toxumçuluğunun inkişafı” layihəsi rayonun bir neçə kəndinin əhalisinin əsas məşğuliyyəti olan toxumçuluğun müasir tələblərə və standartlara uyğun təşkilini, ölkə fermerlərini yüksək keyfiyyətli yerli tərəvəz toxumları ilə təmin etməyi, “Made in Azerbaijan” nişanı ilə tərəvəz toxumlarının ixrac edilməsini nəzərdə tutrb. Çobanabdallı kəndində ən müasir avadanlıqlar əsasında qurulmuş tərəvəz toxumları emalı və qablaşdırılması müəssisəsi il ərzində 300 ton toxum emalını planlaşdırır.

Layihəyə cəlb olunan toxumçularla görüşən Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, məhsuldarlığı artırmaq üçün fermerləri keyfiyyətli toxum ilə təmin etmək ən vacib şərtlərdəndir. Bununla yanaşı, fermerlər də arqotexniki qaydalara düzgün riayət etməlidir: “Kənd Təsərrüfatının bütün sahələrində olduğu kimi toxumçuluğun inkişafına mühüm diqqət yetirilir. Fermerlərin keyfiyyətli toxumlarla təminatı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bildiyiniz kimi, Cənab Prezident İlham Əliyev tərəfindən yeni subsidiya qaydaları təsdiqlənib. Yeni subsidiya qaydalarında həm tərəvəz, həm də toxumçuluq sahəsi üzrə subsidiyalar nəzərdə tutulub”.

Samux rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev toxum emalı müəssisəsinin fəaliyyətə başlamasını iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addım adlandırıb. İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, yeni müəssisənin imkanlarından digər rayonlarda fəliyyət göstərən toxumçular da faydalana biləcək.

Toxumçu fermerlər bu sahənin inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər, onların təklifləri qeydə alınıb.

Daha sonra Kənd Təsərrüfatı naziri İnam Kərimov “Samux rayonunda meyvə qurusu istehsalı” müəssisəsinə baş çəkib. Bildirilib ki, bu layihənin yekun məhsulu olan kişmişin istehsalı həm idxalı əvəzləmək, həm də ixraca yönləndirmək məqsədi daşıyır. Yerli fermerlərin yetişdirdikləri kişmiş sortundan olan üzüm ən müasir üsullarla qurudularaq, qablaşdırılacaq və satışa yönləndiriləcək. Müəssisədə emal olunan kişmişin üstünlüyü onun ənənəvi üsullu qələvi və kükürdlə deyil, ozon üsulu ilə emal edilməsidir. Nəticədə həm yerli, həm də xarici istehlakçılar orqanik, sağlam məhsulla təmin ediləcək. Müəssisənin illik istehsal gücü 250 tondan artıqdır.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi 22 aqrobiznes dəyər zənciri yaratmağı nəzərdə tutur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KTN: Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

KTN: Payızlıq əkinlərin bəyanı ilə əlaqədar səyyar aqrar xidmət təşkil olunub

KTN: Ərzaq təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur

KTN 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

KTN Sabirabadda respublika müşavirəsi keçirib

KTN-nin nümayəndə heyəti Fransada səfərdə olub

KTN quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır

KTN Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb

KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

KTN süd məhsullarının dəyəri ilə bağlı beynəlxalq şirkətlə müqavilə bağlayıb 

KTN sahibkarları iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir

KTN Azərbaycandan ixrac olunmuş təzə kartofun Qazaxıstandan geri qaytarılması haqqında məlumat yayıb

“Aqrolizinq” ASC-nin Braziliyadan damazlıq heyvanlar alması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - KTN

Bakıya satış məqsədi ilə gətirilmiş yararsız at əti aşkar edilib - KTN

Havalar soyuq keçdiyindən, dərinə düşmüş toxumların cücərməsi ləngiyib - KTN

KTN ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub - KTN

KTN vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

KTN-də ictimai iştirakçılığın təmin olunması ilə bağlı “dəyirmi masa” keçirilib

Ötən gün 29 cinayət faktnın üstü “isti izlər”lə açılıb - DİN

05 Dekabr 2020, 17:03 (GMT +4)
"Bakı Telefon Rabitəsi" xalis mənfəətini 2 dəfə artırıb

05 Dekabr 2020, 16:52 (GMT +4)
Vəkillər Kollegiyası erməni vandalizmi ilə bağlı 230 beynəlxalq təşkilata müraciət edib

05 Dekabr 2020, 16:48 (GMT +4)
Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadılıb

05 Dekabr 2020, 16:40 (GMT +4)
Zərdabda koronavirus xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 16:35 (GMT +4)
Bakıda elektronik əşyalarının satıldığı mağazalardan oğurluqlar edən şəxs saxlanılıb (VIDEO)

05 Dekabr 2020, 16:19 (GMT +4)
AFFA Beynəlxalq Könüllülər Günü ilə bağlı konfrans keçirib

05 Dekabr 2020, 16:04 (GMT +4)
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

05 Dekabr 2020, 15:56 (GMT +4)
İranda Covid-19 virusundan ölənlərin sayı 50 mini ötüb

05 Dekabr 2020, 15:48 (GMT +4)
Müdafiə Nazirliyi: Qaynar telefon xətləri fasiləsiz fəaliyyət göstərir

05 Dekabr 2020, 15:39 (GMT +4)
Lənkəran sakini qohumunun evindən oğurluq edib

05 Dekabr 2020, 15:20 (GMT +4)
Baş Prokurorluq: Daha 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 15:08 (GMT +4)
“Qarabağ”ın daha 5 futbolçusu koronavirusa yoluxub

05 Dekabr 2020, 14:57 (GMT +4)
“ABB-İnvest İnvestisiya Şirkəti” aktiv fəaliyyətə keçib

05 Dekabr 2020, 14:40 (GMT +4)
Səfir Hulusi Kılıç: Prezident İlham Əliyevin Zəfər Gününün tarixi ilə bağlı qərarı olduqca təqdirəlayiqdir

05 Dekabr 2020, 14:36 (GMT +4)
Hizbuallah hərəkatı İsrailin hərbi qərargahlarını PUA-larla çəkərək yayımlayıb (VİDEO)

05 Dekabr 2020, 14:26 (GMT +4)
“Suqovuşan” elektrik stansiyalarından görüntülər yayımlanıb (VİDEO)

05 Dekabr 2020, 14:17 (GMT +4)
Bakıda sexdən 30 min manatlıq oğurluq edilib

05 Dekabr 2020, 14:03 (GMT +4)
Ötən həftə Azərbaycanda COVID-19-dan 10 min 427 nəfər sağalıb

05 Dekabr 2020, 13:59 (GMT +4)
“Qarabağ” - “Qəbələ” oyununun hakimləri açıqlanıb

05 Dekabr 2020, 13:44 (GMT +4)
Gəncədə koronavirusa qarşı mübarizə tədbirləri davam edir

05 Dekabr 2020, 13:25 (GMT +4)
AB və İngiltərə "Brexit"lə bağlı razılığa gələ bilməyib

05 Dekabr 2020, 13:22 (GMT +4)
Əfqanıstanda gözlənilən tarixi toplantı baş tutub

05 Dekabr 2020, 13:09 (GMT +4)
Bakıda mənzildən meyit tapılıb

05 Dekabr 2020, 13:00 (GMT +4)
Suqovuşanda elektrik stansiyaları gələn il istismara veriləcək 

05 Dekabr 2020, 12:50 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

05 Dekabr 2020, 12:43 (GMT +4)
Gürcüstanda daha 5450 nəfər koronavirusa yoluxub, 37 xəstə ölüb

05 Dekabr 2020, 12:39 (GMT +4)
Küveytdə Parlament seçkiləri keçirilir

05 Dekabr 2020, 12:30 (GMT +4)
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb

05 Dekabr 2020, 12:15 (GMT +4)
Bərdədə COVID-19 xəstəsinə cinayət işi başlanılıb

05 Dekabr 2020, 12:11 (GMT +4)
ABŞ qoşunları Somalini tərk edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66