Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DSX və "ASAN Xidmət"in birgə təşkilatçılığ ilə “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsi açılıb

18 Sentyabr 2019, 12:10 (GMT +4)

Bakı, 18 sentyabr, SalamNews. "Dövlət Sərhəd Xidmətinin fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi mühüm yer tutur və bu istiqamətdə müntəzəm olaraq müxtəlif tədbirlər həyata keçirilir".

SalamNews xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenan Azad Ələkbərov “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin açılışı zamanı çıxışı zamanı bildirib. Rəis müavini düşərgə iştirakçılarını Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin adından salamlayıb. O qeyd edib ki, builki düşərgə Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümü qeyd edilən ərəfəyə təsadüf edir.

A.Ələkbərov qeyd edib ki, vətənpərvərlik tədbirləri sırasında sərhədyanı rayonların şagirdləri arasında keçirilən “Sərhəd” hərbi-idman oyunlarını, minlərlə məktəblinin iştirakı ilə müxtəlif nominasiyalar üzrə yaradıcılıq müsabiqələrini qeyd etmək olar: "Dövlət Sərhəd Xidməti Vətənimizin sərhədlərinin toxunulmazlığını təmin etməklə, ümummilli və ümumdövlət maraqlarına daim sədaqətlə xidmət göstərməklə yanaşı, istirahət və təhsil problemlərinə biganə qalmır, ölkəmizdə sosial inkişaf proqramlarının, müxtəlif layihələrin uğurla həyata keçirilməsində iştirak edir. Hazırda açılış mərasiminə toplaşdığımız layihənin də əsas məqsədi gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların istirahətinin mənalı təşkil edilməsidir".

Azad Ələkbərov bildirib ki, ölkə Prezidenti İlham Əliyevin ideyası ilə yaranan "ASAN Xidmət" artıq ölkəmizin brendinə çevrilib və çoxsaylı uğurlu nəticələrə nail olub: "Qürurverici haldır ki, dünyanın bir çox qabaqcıl ölkələri ASAN Xidmətin təcrübəsinə maraq göstərir, onu öz ölkələrində tətbiq edir. ASAN Xidmətin əldə etdiyi bu nailiyyətlərdə könüllülərin xidməti, rolu danılmazdır. Əvvəllər də Dövlət Sərhəd Xidməti ilə ASAN Xidmət Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə “Hərbiyyə” vətənpərvərlik düşərgələri təşkil olunub. Builki “Hərbiyyə” vətənpərvərlik düşərgəsi əvvəlkindən fərqli olaraq ölkəmizin dəniz sərhədlərinin mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bazasında təşkil olunub. “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin fəaliyyət göstərdiyi iki gün ərzində gənclər Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa olunaraq döyüş sıralarına daxil edilən mürəkkəb şəraitdə sürətli üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raket və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri ilə təchiz olunmuş “Tufan” və “Şahdağ” sərhəd gözətçi gəmiləri ilə tanış olacaq, hərbi hazırlıq üzrə müxtəlif tapşırıqları icra edəcək, Sahil Mühafizəsinin bazası, dənizçi sərhədçilərin xidmət və məişət şəraiti ilə yaxından tanış olacaqlar. Bunun üçün hər cür şərait yaradılıb. Düşərgənin fəaliyyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin diqqət mərkəzindədir".

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev isə bildirib ki, sərhədçi olmaq həqiqətən qürurverici və şərəflidir: "Sərhədçi olmaq hərbi xidmətin ən romantik hissəsidir. Çünki burada vətənin təbiətini, suyunu, daşını, torpağını daha gözəl hiss edə bilirsən və bu səndə köklü bir məhəbbət yaradır".

Ü. Mehdiyev qeyd edib ki, könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçirilib. O layihələrdən biri də "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin təşkil olunmasıdır: "Bugünkü artıq beşinci düşərgədir. Düşərgələrdən üçü bu il ərzində təşkil olunub. Builki düşərgələr Prezident İlham Əliyevin dəstəyi və könüllülərin müraciəti əsasında baş tutub. Artıq hər mövsümlə əlaqədar bu düşərgələr təşkil olunacaq".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DSX-ya BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edilib

Prezident DSX rəisini Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib

DSX: Sərhəd pozucuları saxlanılıb

DSX-nin Xüsusi Məktəbinə keçirilən imtahanın nəticələri açıqlanıb

DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək

DSX İranla sərhəddə narkotik bağlaması aşkarlayıb

DSX rəisi Elçin Quliyev Tovuz döyüşlərindən danışıb

Prezident İlham Əliyev DSX-nin hərbi qulluqçularını təltif edib

DSX-nin əsgəri ehtiyatsızlıqdan vəfat edib

DİN DSX-nin polkovnikinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

DSX: Narkotik və psixo­trop maddələrin sərhəddən keçirilməsinin qarşısı alınıb

DSX: “Keşikçidağ” ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

DSX və Hərbi Prokurorluğun generalları Ermənistanla sərhəddə olublar

DSX: “Keşikçidağ”da təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub

DTX: DSX-nin rəis müavini və digər yüksək rütbəli hərbçiləri saxlanılıb 

DTX və Baş Prokurorluq DSX-də əməliyyat keçirib

DSX: Narkotik qaçaqmalçıları sərhəd naryadına xəsarət yetirib

DSX: Ölkəyə narkotik və silah keçirməyə çalışan şəxslər yaxalanıb

DSX-nin hərbi qulluqçusu yanğın zamanı fədakarlıq göstərib

DSX: Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb

25 Noyabr 2020, 18:05 (GMT +4)
Çempionlar Liqasında 1/8 finala ilk 4 vəsiqənin sahibi bilinib

25 Noyabr 2020, 18:05 (GMT +4)
Cavid Qurbanov Kəlbəcər rayonunun azad olunması münasibətilə kəlbəcərliləri təbrik edib

25 Noyabr 2020, 18:03 (GMT +4)
ƏƏSMN müharibədə yaralanmış Elçin Səmədovun ailəsinə ev tikilməsini öhdəsinə götürüb

25 Noyabr 2020, 17:53 (GMT +4)
BNA: Paytaxtda bəzi yerlərdə parklanmanın pulsuz olması tıxaca səbəb olur

25 Noyabr 2020, 17:43 (GMT +4)
Azərbaycanın 4 idmançısı dopinqə görə cəzalandırılıb

25 Noyabr 2020, 17:25 (GMT +4)
Azərbaycanın azad edilmiş ərazilərindəki aeroportlar ICAO reyestrinə daxil ediləcək

25 Noyabr 2020, 17:09 (GMT +4)
Vəkillər Kollegiyasının onlarla əməkdaşı koronavirusa yoluxub

25 Noyabr 2020, 16:55 (GMT +4)
Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Zəngilan və Şuşada qələbə tədbirləri keçirilib

25 Noyabr 2020, 16:48 (GMT +4)
BƏƏ Türkiyə və İran da daxil olmaqla 13 ölkənin vətəndaşlarına viza verməyi dayandırıb

25 Noyabr 2020, 16:40 (GMT +4)
Astarada çayda batan şəxsin meyiti tapılıb

25 Noyabr 2020, 16:25 (GMT +4)
Qubada postda saxlanılan şəxsdən narkotik götürülüb

25 Noyabr 2020, 16:17 (GMT +4)
Qubada karantin rejimini pozaraq fəaliyyət avtomobil təmiri sexləri aşkarlanıb

25 Noyabr 2020, 15:57 (GMT +4)
Bölmələrimizin Kəlbəcər rayonuna daxil olmasının növbəti görüntüləri yayılıb (VIDEO)

25 Noyabr 2020, 15:47 (GMT +4)
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırlanıb

25 Noyabr 2020, 15:40 (GMT +4)
Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

25 Noyabr 2020, 15:24 (GMT +4)
Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək

25 Noyabr 2020, 15:24 (GMT +4)
İranda koronavirusa yoluxmada rekord rəqəm qeydə alınıb

25 Noyabr 2020, 15:11 (GMT +4)
Türkiyə istehsalı koronavirus peyvəndi aprel ayında istifadəyə verilə bilər

25 Noyabr 2020, 14:50 (GMT +4)
“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib

25 Noyabr 2020, 14:30 (GMT +4)
Sabah yağış yağacaq

25 Noyabr 2020, 14:11 (GMT +4)
Mehriban Əliyeva Kəlbəcərin azad olunması münasibətilə xalqı təbrik edib

25 Noyabr 2020, 14:01 (GMT +4)
İran ABŞ-ın növbəti hökumətinə nikbin deyil – Mahmud Vaizi

25 Noyabr 2020, 13:58 (GMT +4)
Ərdoğan: “Kəlbəcər də işğaldan azad edilib, artıq Qarabağda Azərbaycan bayrağı dalğalanır”

25 Noyabr 2020, 13:43 (GMT +4)
Naxçıvanda yeni bank hesablarının sayı 30 % artıb

25 Noyabr 2020, 13:28 (GMT +4)
İlham Əliyev: Şuşaya gedən yol Xocavənd rayonunun bir hissəsindən keçəcək

25 Noyabr 2020, 13:16 (GMT +4)
XİN başçısı: Evlərimizə qayıdacaq, dağılan yurdumuzun hər qarışını dirçəldəcəyik

25 Noyabr 2020, 13:13 (GMT +4)
Azərbaycan millisinin daha 2 güləşçisi koronavirusa yoluxub

25 Noyabr 2020, 13:00 (GMT +4)
“AzerGold” indiyədək ölkə iqtisadiyyatına 527 milyon manat vəsait cəlb edib

25 Noyabr 2020, 12:57 (GMT +4)
Fransada koronavirusdan ölənlərin sayı 50 mini keçib

25 Noyabr 2020, 12:50 (GMT +4)
İlham Əliyev: Paşinyana dedim ki, sənin 7 şərtini zibil yeşiyinə atıram

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66