Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilir

19 Sentyabr 2019, 12:03 (GMT +4)

Bakı, 19 sentyabr, SalamNews. “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 70-ə çatdırılıb.

Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” layihəsi üzrə hazırda 300 nəfər əməkdaş çalışır.

Bakı şəhərində “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 64-ə çatıb. Onlardan 58-i Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisəsi, 2 gimnaziya, 2 internat, 2 idman məktəbidir. Eləcə də Sumqayıtda 4, Abşeronda 2 məktəbdə “Məktəblinin dostu” fəaliyyət göstərir.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayından fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.

“Məktəblinin dostu” layihəsi çərçivəsində "Fövqəladə hallarda davranış qaydaları", “Gələcəyini qur: Məktəblərdə Karyeranın planlaşdırılması və İnkişafı", "Sosial şəbəkələrdən faydalı istifadə", “Məktəb, ailə, cəmiyyət arasında səmərəli əməkdaşlıq”, “Valideyndən öyrənək”, “Pirotexniki vasitələr və onların zərərləri”, “Özünümüdafiə və şəxsi təhlükəsizlik” kimi müxtəlif mövzularda təlimlər təşkil olunur. Bundan başqa, istedadlı şagirdləri üzə çıxarmaq, şagirdlərin asudə vaxtlarının səmərəli təşkil etmək məqsədilə bilik yarışları, intellektual oyunlar, viktorinalar, “Dəyirmi masa”lar, rəsm müsabiqələri, ekskursiyalar, “Açıq qapı” günləri, fotomüsabiqə və videomüsabiqələr keçirilir. Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə "Yay məktəbi" də təşkil edilir.

Layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması nəzərədə tutulur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Husilər ABŞ-ın Səudiyyəyə yeni qüvvə göndərməsinə münasibət bildirib: Vyetnamdan ibrət götürün

Kreml Tramp və Zelenskinin arasındakı söhbətin mətninin açıqlanmasına münasibət bildirib

KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

Rusiyalı ekspert: Siyasi iradə olmadığı üçün BMT-nin Qarabağla bağlı qətnamələri icra edilmir

Prezident İlham Əliyev Vyetnam və Slovakiyanın dövlət başçılarını təbrik edib

KTN 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

Vyetnamda daşqınlar nəticəsində bir nəfər ölüb, 13 nəfər itkin düşüb

NRYTN "Bakı-2019"la bağlı gücləndirilmiş iş rejiminə keçib

ABŞ Nümayəndələr Palatası Tramp Administrasiyasının Səudiyyəyə silah satışına qarşı qətnamə çıxarıb

İsrail Qüdsün əhalisinin etnik tərkibini dəyişdirməyə çalışır - Çavuşoğlu

Tramp ona qarşı qəbul edilən qətnaməyə münasibət bildirib 

ABŞ Konqresi Trampın "irqi-ayrıseçkilik" edən açıqlamasını pisləyən qətnamə qəbul edib

Azpetrol Caspian Energy Forum Baku – 2019-un partnyoru olub

KTN Sabirabadda respublika müşavirəsi keçirib

KTN-nin nümayəndə heyəti Fransada səfərdə olub

Lavrov ölkə liderlərini etniklərarası dialoqa dair konfransa dəvət edib

Bakcell şirkətinin “Ulduzum” proqramının partnyor sayı 300-ü keçib

NRYTN rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib

NRYTN-in İnnovasiyalar Agentliyinin layihəsi “İlin İT hadisəsi” olub

Azərbaycanda “Startap şəhadətnamələri”nin verilməsinə başlanılacaq

13 Oktyabr 2019, 23:25 (GMT +4)
Vasim Məmmədəliyev vəfat edib

13 Oktyabr 2019, 19:36 (GMT +4)
Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçilib

13 Oktyabr 2019, 11:00 (GMT +4)
Azərbaycanda dəmir yolu işçiləri peşə bayramını qeyd edirlər

12 Oktyabr 2019, 17:00 (GMT +4)
Gürcüstanın Azərbaycana 6,87 milyon dollar dövlət borcu var

12 Oktyabr 2019, 16:54 (GMT +4)
KİV: Türkiyədə "Al Arabiya"nın müxbiri saxlanılıb

12 Oktyabr 2019, 16:40 (GMT +4)
Livan Suriya hökumətinin Ərəb Liqasına qaytarılmasını tələb edib

12 Oktyabr 2019, 16:39 (GMT +4)
ASK ilə Monteneqro Ticarət Palatası arasında saziş imzalanıb

12 Oktyabr 2019, 16:32 (GMT +4)
Makron Trampla Türkiyənin Suriyadakı əməliyyatının dayandırılmasının vacibliyindən danışıb

12 Oktyabr 2019, 16:20 (GMT +4)
ADA Universitetində Lütfi Zadənin irsinə həsr edilən konfrans keçiriləcək

12 Oktyabr 2019, 15:59 (GMT +4)
Husilər ABŞ-ın Səudiyyəyə yeni qüvvə göndərməsinə münasibət bildirib: Vyetnamdan ibrət götürün

12 Oktyabr 2019, 15:52 (GMT +4)
Vladimir Putin: Rusiya İran ətrafındakı vəziyyətin həlli üçün əlindən gələni edəcək

12 Oktyabr 2019, 15:41 (GMT +4)
MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası oktyabrın sonunda Bakıda keçiriləcək

12 Oktyabr 2019, 15:32 (GMT +4)
Putin Ermənistanın baş naziri ilə telefon danışığı keçirib

12 Oktyabr 2019, 15:17 (GMT +4)
Kürd bölmələri minlərlə İŞİD üzvünü sərbəst buraxacaqları ilə bağlı xəbərdarlıq ediblər

12 Oktyabr 2019, 15:10 (GMT +4)
Xəzərdə balıqçının itkin düşməsi ilə əlaqədar Qazaxıstan, Türkmənistan və Rusiyaya müraciət olunub 

12 Oktyabr 2019, 14:58 (GMT +4)
"Barış Pınarı" əməliyyatının hədəfi terrorçulardır - TBMM sədri

12 Oktyabr 2019, 14:43 (GMT +4)
Vətəndaşı aldadaraq bank hesabından pul çıxaran şəxslər tutulublar

12 Oktyabr 2019, 14:27 (GMT +4)
Pompeo: ABŞ kürdlərə dəstək vermək niyyətindədir

12 Oktyabr 2019, 14:22 (GMT +4)
Dövlət Komitəsinin nümayəndə heyəti Polşada səfərdədir

12 Oktyabr 2019, 14:08 (GMT +4)
İranın ilk hərbi rəsmisi neft gəmisinə edilən hücuma münasibət bildirib: Cavabsız qalmayacaq

12 Oktyabr 2019, 14:07 (GMT +4)
İstirahət günü Bakıda 22 dərəcə isti gözlənilir

12 Oktyabr 2019, 13:58 (GMT +4)
Türkiyə ordusu Suriyanın Ras əl-Ayn şəhərini nəzarətə götürüb

12 Oktyabr 2019, 13:45 (GMT +4)
“Nar vadisi” aqroturu təşkil edilib (FOTOLAR)

12 Oktyabr 2019, 13:28 (GMT +4)
Türkiyənin əməliyyatı fonunda kürdlər Dəməşqə nümayəndə heyəti göndəriblər

12 Oktyabr 2019, 13:16 (GMT +4)
Yaponiyada "Hagibis" tayfunu nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb

12 Oktyabr 2019, 13:01 (GMT +4)
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

12 Oktyabr 2019, 12:46 (GMT +4)
Rusiyada qayıq batıb, ölən və itkin düşənlər var

12 Oktyabr 2019, 12:40 (GMT +4)
Müdafiə naziri: Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur

12 Oktyabr 2019, 12:31 (GMT +4)
Azərbaycan prezidenti və Ermənistan baş naziri gərginliyin azaldılması imkanlarını müzakirə edib

12 Oktyabr 2019, 12:24 (GMT +4)
Özbəkistanlı İŞİD-çilərin 64 uşağı İraqdan Daşkəndə gətirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66