Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb

19 Sentyabr 2019, 14:04 (GMT +4)

Bakı, 19 sentyabr, SalamNews. Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2019/2020-ci tədris ilinin tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərmiş və Prezident təqaüdünə layiq görülmüş Hüquq fakültəsinin tələbələri ilə görüşüb. Universitetin 100 illiyinin tamamında onun bir üzvünə çevrilməyin şərəfindən danışan rektor Prezident təqaüdçülərini təbrik edib, təhsil və tədrisdə uğurlar arzulayıb.

Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə və elmə göstərdikləri diqqət və qayğıdan danışan rektor Elçin Babayev təqaüdçü tələbələrin savadlı, elmli, bacarıqlı bir mütəxəssis kimi yetişəcəklərinə, fəaliyyətlərində vətənpərvərlik, dövlətçilik prinsiplərini əsas tutacaqlarına, eyni zamanda, Bakı Dövlət Universitetinin adına hər zaman şərəf və şöhrət gətirəcəklərinə inandığını söyləyib.

E.Babayev universitetin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, təhsil, tədqiqat, innovasiya, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsinin əsas hədəf kimi müəyyənləşdirildiyini diqqətə çatdırıb. Bildirib ki, elm və təhsilin inteqrasiyası, elmi potensialın gəncləşdirilməsi, gənc nəslin hələ tələbəlik illərindən tədqiqata yönləndirilməsi məqsədi ilə yüksək bal toplayaraq universitetə qəbul olunmuş və araşdırmaya xüsusi maraq göstərən tələbələrin, o cümlədən Prezident təqaüdçülərinin elmi fəaliyyətə cəlb edilməsi istiqamətində bir sıra islahatlar və intensiv işlər aparılır.

Bu tədris ilində universitetin bir çox yeniliklər etdiyini vurğulayan rektor təhsilin forma və məzmununda dəyişikliklər aparıldığını, bir çox fənlərin proqramlarının dövlətin elm və təhsil sahəsində siyasətinə və əmək bazarının tələbatına uyğun olaraq yenidən işləndiyini, elm və təhsilin əlaqəsini daha da artırmaq məqsədilə elmi tədqiqat institutları, mərkəzlər və laboratoriyaların əməkdaşlarının tədris prosesinə cəlb edildiyini bildirib. Rektorun sözlərindən o da aydın olub ki, tələbələrin tədris təcrübələrinin müvafiq elmi mərkəzlərdə təşkili, elmi tədqiqatların və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra laboratoriyaların və auditoriyaların əsaslı təmiri, müasir cihaz və avadanlıqlarla təchiz edilməsi istiqamətində də müvafiq işlər görülüb. Rektor yataqxana binasının yenidən qurulduğunu, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeməkxana kompleksinin müasir standartlara cavab verən vəziyyətə gətirildiyini və keyfiyyətli qida ilə təmin edildiyini də diqqətə çatdırıb.

Tələbələrə imtahan sessiyası, onun təşkili və keçirilmə formaları haqqında məlumat verən Elçin Babayev bildirib ki, istək və arzuları, təklif və problemləri olacağı təqdirdə Əsas tədris binasında qoyulmuş xüsusi qutu və universitetin rəsmi bsu.edu.az saytının “Tələbədən rektora” bölməsi vasitəsilə yazılı müraciət edə bilərlər.

Sonra Elm və innovasiyalar üzrə prorektor Aydın Kazımzadə, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva, Rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Ağamirzəyev çıxış edərək tələbələri təbrik edib, uğurlar arzulayıblar.

Tələbələr adından çıxış edən Prezident təqaüdçüsü Seyidbəyim Hüseynova görüş və səsləndirilən dəyərli fikirlər üçün təşəkkürünü bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir

Vasim Məmmədəliyevlə vida mərasimi BDU-da keçiriləcək

BDU-ya yeni prorektorlar təyin edilib

BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib

BDU ilə MDU arasında əməkdaşlıq haqqında Protokol imzalanıb

Baş nazir Abdullah rəsmi açıqlama olmadan özünü Əfqanıstan seçkilərinin qalibi elan edib

Bakcell BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

Misirdə prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb (VİDEO)

Ceyhun Bayramov Əbdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb

Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Ural Federal Universitetinin rektoru BDU-da olub

Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək

Prezidentin mükafatı Kamal Abdullaya təqdim edilib

BDU-ya qəbul olan tələbələrin qeydiyyatı başa çatıb

BDU-nun 100 illiyi münasibətilə Beynəlxalq Avrasiya Konfransı keçiriləcək

BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

BDU-nun 100 illik yubileyinə həsr olunmuş tədqiqat əsəri nəşr edilib

Abdulla Gül Türkiyə prezidentliyinə namizədliyini irəli sürəcək

24 Oktyabr 2019, 09:55 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

24 Oktyabr 2019, 09:40 (GMT +4)
Beni Qansa İsrail hökumətinin qurulması həvalə edilib

24 Oktyabr 2019, 09:37 (GMT +4)
Elmar Məmmədyarov: Fələstin xalqının yanındayıq

24 Oktyabr 2019, 09:24 (GMT +4)
DİN: Ötən gün baş verən yol qəzalarında 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb

24 Oktyabr 2019, 09:15 (GMT +4)
Tramp Türkiyə əleyhinə sanksiyaları ləğv edib

24 Oktyabr 2019, 09:05 (GMT +4)
Azərbaycana qanunsuz narkotik vasitə keçirməyə cəhd edən şəxs saxlanılıb

23 Oktyabr 2019, 18:00 (GMT +4)
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

23 Oktyabr 2019, 17:58 (GMT +4)
Tramp: ABŞ və Türkiyə uğurla Suriyada təhlükəsizlik zonası yaratdılar

23 Oktyabr 2019, 17:53 (GMT +4)
Azərbaycanda tikdiyi binadan dövlətə pay verənlərə vergi güzəşti ediləcək

23 Oktyabr 2019, 17:46 (GMT +4)
Prezident İlham Əliyev: Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin

23 Oktyabr 2019, 17:40 (GMT +4)
Dövlət Məşğulluq Xidməti bu il 1418 nəfəri peşə hazırlığına cəlb edib

23 Oktyabr 2019, 17:38 (GMT +4)
Rusiya ilə Türkiyə arasında Suriya ilə bağlı razılaşmaların yerinə yetirilməsinə dair xəritə dərc edilib

23 Oktyabr 2019, 17:38 (GMT +4)
Prezident: İndi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar (VİDEO)

23 Oktyabr 2019, 17:32 (GMT +4)
Daha beş gənc meşəçilik ixtisası üzrə xaricdə təhsil alacaq (FOTO)

23 Oktyabr 2019, 17:23 (GMT +4)
Azərbaycanda aksizli mallar üzrə vergi dərəcələri dəyişdirilir

23 Oktyabr 2019, 17:15 (GMT +4)
Ramiz Mehdiyev AMEA-nın prezidenti təyin edilib (SƏRƏNCAM)

23 Oktyabr 2019, 17:08 (GMT +4)
Bakıda «HR Summit Baku 2019» beynəlxalq tədbiri keçiriləcək

23 Oktyabr 2019, 17:05 (GMT +4)
Moskva YPG/PKK terrorçularına xəbərdarlıq edib

23 Oktyabr 2019, 17:00 (GMT +4)
Akif Əli Zadə “Əmək” ordeni ilə təltif edilib

23 Oktyabr 2019, 16:55 (GMT +4)
Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb

23 Oktyabr 2019, 16:46 (GMT +4)
Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib (FOTOLAR)

23 Oktyabr 2019, 16:41 (GMT +4)
“Hər bir autizmli uşağın bilməyinizi istədiyi on fakt” kitabının təqdimatı olub

23 Oktyabr 2019, 16:37 (GMT +4)
Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olunacaq

23 Oktyabr 2019, 16:30 (GMT +4)
Ramiz Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib

23 Oktyabr 2019, 16:27 (GMT +4)
Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul edib

23 Oktyabr 2019, 16:24 (GMT +4)
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib

23 Oktyabr 2019, 16:15 (GMT +4)
Ramiz Mehdiyev vəzifəsindən azad edilib

23 Oktyabr 2019, 16:07 (GMT +4)
Suriya Ordusu kürdlərin çıxdığı sərhəd zolağında 15 nəzarət məntəqəsi və postu inşa edəcək

23 Oktyabr 2019, 16:06 (GMT +4)
MİDA oktyabrın 16-da keçirilən mənzil seçiminin nəticələrini açıqlayıb

23 Oktyabr 2019, 16:02 (GMT +4)
Rusiya XİN Suriyadakı neft yataqlarının Dəməşqin nəzarətinə qaytarılmasına çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66