Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib

20 Sentyabr 2019, 09:51 (GMT +4)

Bakı, 20 sentyabr, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SalamNews xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev dedi:

- Hörmətli cənab sədr, hörmətli qonaqlar, mən sizi Azərbaycanda salamlamaqdan şadam. Bizim ölkəyə xoş gəlmisiniz. Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfər uğurlu olacaq, ikitərəfli əlaqələrimizin daha da inkişafına və dərinləşməsinə xidmət edəcək. Çox şadıq ki, ölkələrimiz arasındakı dostluq münasibətləri uğurla inkişaf edir, getdikcə yeni sahələri əhatə edir və gələcək üçün çox yaxşı perspektivlərə malikdir.

Bildiyiniz kimi, mən sizin ölkənizə dəfələrlə dövlət, rəsmi və işgüzar səfərlər etmişəm. Sonuncu səfərim bu ilin aprelində “Bir kəmər, bir yol” konfransı çərçivəsində olub. Tədbir çərçivəsində mənim Sədr, hörmətli cənab Si Cipinlə görüşüm keçirilib. Bu görüşdə biz münasibətlərimizi müfəssəl müzakirə etdik və gələcək əməkdaşlıq üçün perspektivləri müəyyənləşdirdik. Siyasi münasibətlərin yüksək səviyyəsi digər sahələrdə də münasibətlərin inkişafına yaxşı zəmin yaradır. Biz ölkələrimiz arasında əmtəə dövriyyəsinin xeyli artmasına şadıq. Şadıq ki, yeni müqavilələr bağlanır. Sizin ölkənizə sonuncu səfərim zamanı 10 müqavilə bağlanıb. Şadıq ki, Çin şirkətləri Azərbaycanda investisiya layihələrinə maraq göstərir, eləcə də imzalanmış müqavilələr çərçivəsində müxtəlif sahələrdə çalışaraq layihələr həyata keçirirlər. Bizdə artıq energetika, nəqliyyat, humanitar sahələrdə yaxşı nəticələr var. Şadıq ki, Çin Xalq Respublikasından yüklər Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Həmçinin dediyim kimi, əmtəə dövriyyəsi artır, eləcə də Azərbaycandan sizin ölkənizə, sizdən isə bizə ixrac artır.

Onu da qeyd etmək istərdim ki, viza rejiminin sadələşdirilmiş sxemi üzrə Çin Xalq Respublikasından Azərbaycana gələn turistlərin sayının artmasından şadıq. Əlbəttə ki, nəqliyyat sahəsində əməkdaşlıqdan danışarkən qeyd etmək istərdim ki, biz Azərbaycanda böyük həcmdə yüklər nəql etməyə qadir olan müasir nəqliyyat infrastrukturu yaratmışıq. Bizim beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığımızı da qeyd etmək istərdim. Bizim ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək bütün istiqamətlər üzrə münasibətlərin inkişafına yaxşı şərait yaradır. Parlament diplomatiyası çərçivəsində münasibətləri xüsusi qeyd etmək istərdim. Ölkələrimizin parlamentlərarası əlaqələri böyük əhəmiyyət kəsb edir və sizin Azərbaycana səfəriniz bunu bir daha vurğulayır. Sizə ölkəmizdə vaxtınızı xoş keçirməyi arzulayıram və bir daha sizi Azərbaycanda salamlamaq istərdim.

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu dedi:

-İcazə verin hər şeydən əvvəl köhnə dostunuz Si Cinpinin səmimi salamını və ən yaxşı arzularını Sizə çatdırım. Son illərdə Sədr Si Cinpin Sizinlə ikitərəfli və çoxtərəfli müstəvidə xeyli görüş keçirib. Siz birlikdə Çin-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişaf etməsinə rəvac verirsiniz. Eyni zamanda, Siz öz aranızda çox yaxşı işgüzar münasibətlər və şəxsi möhkəm dostluq yaratmısınız. Düşünürəm ki, məhz Sizin uzaqgörənliyiniz, eləcə də strateji istiqamət sayəsində dövlətlərimiz tərəfindən Çin-Azərbaycan münasibətləri möhkəm, sağlam və sabit inkişaf edir. Bununla da bizim münasibətlərimiz nümunəvi dövlətlərarası münasibətə çevrilib. Bu ilin aprelində Sədr Si Cinpin Sizi ikinci “Bir kəmər, bir yol” sammitinə dəvət etmişdi. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Siz Cənubi Qafqazdan dəvət olunan yeganə dövlət başçısı idiniz. Sammit çərçivəsində Sizin Si Cinpinlə ənənəvi görüşünüz oldu. Siz birlikdə Çin-Azərbaycan münasibətlərinin gələcək inkişafının möhtəşəm planlarını müəyyənləşdirmisiniz. Birlikdə də ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsi üçün təməl yaratmısınız.

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müasir Azərbaycan dövlətçiliyinin əsasının qoyulduğunu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin hökm sürdüyünü qeyd etdi. O, ölkəmizdə sosial-iqtisadi sahədə əldə edilmiş böyük uğurlar münasibətilə təbriklərini ifadə etdi.

Görüşdə Azərbaycanın Çinin etibarlı tərəfdaşı olduğu və əməkdaşlığımızın bundan sonra da dinamik surətdə inkişaf edəcəyinə əminlik ifadə olundu. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artması, nəqliyyat, sənaye, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, elm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparıldı. Ölkələrimizin Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığına toxunuldu. Azərbaycanda böyük həcmdə yüklərin ötürülməsinə qadir olan müasir nəqliyyat infrastrukturunun yaradıldığı, Çin mallarının Azərbaycan vasitəsilə dünya bazarlarına daşınması nəqliyyat sahəsində əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirildi.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev: MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur

Prezidenti İlham Əliyev Aşqabad şəhərində keçirilən iclasda iştirak edib (FOTO)

Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Prezident İlham Əliyev Türkiyənin Təhsil nazirini qəbul edib

Prezident İlham Əliyev Gürcüstanın Baş Nazirini qəbul edib

Prezident İlham Əliyev İsveçrənin Kantonlar Şurasının sədrini qəbul edib

Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin açılışında iştirak edib

Sergey Markov: Prezident İlham Əliyev beynəlxalq aləmdə böyük hörmət qazanıb

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib

İlham Əliyev: Bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır

Prezident İlham Əliyev qrossmeyster Teymur Rəcəbovu təbrik edib

Prezident İlham Əliyev: Qarabağ Azərbaycandır və nida işarəsi» (VİDEO)

Prezident İlham Əliyev təhsil işçilərini təltif edib (SİYAHI)

Prezident İlham Əliyev Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibə verib

Prezident İlham Əliyev Koreya Respublikasının dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Almaniyanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Rusiyaya gedib

İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları siyahısına daxil olub

13 Oktyabr 2019, 23:25 (GMT +4)
Vasim Məmmədəliyev vəfat edib

13 Oktyabr 2019, 19:36 (GMT +4)
Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçilib

13 Oktyabr 2019, 11:00 (GMT +4)
Azərbaycanda dəmir yolu işçiləri peşə bayramını qeyd edirlər

12 Oktyabr 2019, 17:00 (GMT +4)
Gürcüstanın Azərbaycana 6,87 milyon dollar dövlət borcu var

12 Oktyabr 2019, 16:54 (GMT +4)
KİV: Türkiyədə "Al Arabiya"nın müxbiri saxlanılıb

12 Oktyabr 2019, 16:40 (GMT +4)
Livan Suriya hökumətinin Ərəb Liqasına qaytarılmasını tələb edib

12 Oktyabr 2019, 16:39 (GMT +4)
ASK ilə Monteneqro Ticarət Palatası arasında saziş imzalanıb

12 Oktyabr 2019, 16:32 (GMT +4)
Makron Trampla Türkiyənin Suriyadakı əməliyyatının dayandırılmasının vacibliyindən danışıb

12 Oktyabr 2019, 16:20 (GMT +4)
ADA Universitetində Lütfi Zadənin irsinə həsr edilən konfrans keçiriləcək

12 Oktyabr 2019, 15:59 (GMT +4)
Husilər ABŞ-ın Səudiyyəyə yeni qüvvə göndərməsinə münasibət bildirib: Vyetnamdan ibrət götürün

12 Oktyabr 2019, 15:52 (GMT +4)
Vladimir Putin: Rusiya İran ətrafındakı vəziyyətin həlli üçün əlindən gələni edəcək

12 Oktyabr 2019, 15:41 (GMT +4)
MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası oktyabrın sonunda Bakıda keçiriləcək

12 Oktyabr 2019, 15:32 (GMT +4)
Putin Ermənistanın baş naziri ilə telefon danışığı keçirib

12 Oktyabr 2019, 15:17 (GMT +4)
Kürd bölmələri minlərlə İŞİD üzvünü sərbəst buraxacaqları ilə bağlı xəbərdarlıq ediblər

12 Oktyabr 2019, 15:10 (GMT +4)
Xəzərdə balıqçının itkin düşməsi ilə əlaqədar Qazaxıstan, Türkmənistan və Rusiyaya müraciət olunub 

12 Oktyabr 2019, 14:58 (GMT +4)
"Barış Pınarı" əməliyyatının hədəfi terrorçulardır - TBMM sədri

12 Oktyabr 2019, 14:43 (GMT +4)
Vətəndaşı aldadaraq bank hesabından pul çıxaran şəxslər tutulublar

12 Oktyabr 2019, 14:27 (GMT +4)
Pompeo: ABŞ kürdlərə dəstək vermək niyyətindədir

12 Oktyabr 2019, 14:22 (GMT +4)
Dövlət Komitəsinin nümayəndə heyəti Polşada səfərdədir

12 Oktyabr 2019, 14:08 (GMT +4)
İranın ilk hərbi rəsmisi neft gəmisinə edilən hücuma münasibət bildirib: Cavabsız qalmayacaq

12 Oktyabr 2019, 14:07 (GMT +4)
İstirahət günü Bakıda 22 dərəcə isti gözlənilir

12 Oktyabr 2019, 13:58 (GMT +4)
Türkiyə ordusu Suriyanın Ras əl-Ayn şəhərini nəzarətə götürüb

12 Oktyabr 2019, 13:45 (GMT +4)
“Nar vadisi” aqroturu təşkil edilib (FOTOLAR)

12 Oktyabr 2019, 13:28 (GMT +4)
Türkiyənin əməliyyatı fonunda kürdlər Dəməşqə nümayəndə heyəti göndəriblər

12 Oktyabr 2019, 13:16 (GMT +4)
Yaponiyada "Hagibis" tayfunu nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb

12 Oktyabr 2019, 13:01 (GMT +4)
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

12 Oktyabr 2019, 12:46 (GMT +4)
Rusiyada qayıq batıb, ölən və itkin düşənlər var

12 Oktyabr 2019, 12:40 (GMT +4)
Müdafiə naziri: Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur

12 Oktyabr 2019, 12:31 (GMT +4)
Azərbaycan prezidenti və Ermənistan baş naziri gərginliyin azaldılması imkanlarını müzakirə edib

12 Oktyabr 2019, 12:24 (GMT +4)
Özbəkistanlı İŞİD-çilərin 64 uşağı İraqdan Daşkəndə gətirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66