Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi

20 Sentyabr 2019, 15:45 (GMT +4)

Bakı, 20 sentyabr, SalamNews. Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar “Twitter” səhifəsində paylaşım edib.

SalamNews xəbər verir ki, Baş Nazirin paylaşımında deyilir: “Əsrin müqaviləsi” müstəqilliyini yenicə qazanan gənc Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin əbədiliyinə, sabitliyinə, respublikamızın davamlı inkişafına, beynəlxalq əməkdaşlığa, qlobal və regional təhlükəsizliyə verdiyi böyük töhfə və zəmanətdir.

İyirmi beş il əvvəl müstəqil Azərbaycan Respublikası ilə dünyanın tanınmış neft şirkətləri arasında imzalanmış müqavilə məhz öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb.

Bu tarixi hadisənin baş tutmasında ulu öndər Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı, böyük rəhbər və insan kimi güclü iradəsi həlledici rol oynadı. O, müstəqil Azərbaycanın strateji əməkdaşlığa hazır olduğuna dünyanı inandıra bildi. Eyni zamanda, bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq ölkə iqtisadiyyatının gələcək inkişafını təmin etmək üçün gənc ölkəmizə böyük imkanlar qazandırdı. Bu müqavilə ilə müstəqil dövlətimizin neft strategiyasının əsası qoyuldu.

Hesab edirəm ki, bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bir daha bütün dünyaya göstərdi, dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. Müqavilənin təşəbbüskarı olan müstəqil Azərbaycan beynəlxalq əməkdaşlıq və regional təhlükəsizliyə də öz töhfəsini vermiş oldu.

İyirmi beş illik uğurlu əməkdaşlıq bir daha onu göstərdi ki, 100 il əvvəl Şərqdə ilk demokratik cümhuriyyəti quran, qadınlara ilk dəfə səsvermə hüququ verən, təkrarolunmaz mədəniyyət nümunələri yaradan Azərbaycan xalqı etibarlı tərəfdaşdır və qlobal əhəmiyyətli bu layihənin tərəfdaşlarla birgə icrasını davam etdirmək zəruridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmizə misilsiz uğur qazandıran bu müqavilənin müddəti XXI əsrin ortalarına qədər uzadıldı.

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən 25 ildə Azərbaycan Respublikası və onun neft-qaz sənayesi əsrə bərabər bir inkişaf yolu keçib. Əminəm ki, müstəqil ölkəmiz bu yolda şərəflə addımlamağa davam edəcək”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Əsrin sazişi" Fələstin xalqının varlığına son qoyacaq - Ərdoğan

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

“Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü qeyd olunur

“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir (FOTOLAR)

Moskvanın mərkəzində XX əsrin əvvəllərinə aid binada yanğın baş verib (VİDEO)

KİV: Kuşner "əsrin sazişi"ni müzakirə etmək üçün İsrail və Ərəb ölkələrinə səfər edəcək

Türkiyə XİN "Vaşinqton Post" nəşrini tənqid edib

Rus ekspert: ABŞ-ın "əsrin müqaviləsi" uğursuzluğa düçar olacaq

Fələstin hərəkatları ərəb dövlətlərini ABŞ-ın "əsrin sazişi" planına qarşı çıxmağa çağırıblar

ABŞ-ın Fələstinlə bağlı əsrin sazişi planının yeni detalları açıqlanıb

Netanyahu “Əsrin sazişi” planının yeni detallarını açıqlayıb

Bakıda "XX əsrin faciəsi - Xocalı soyqırımı" adlı tədbir keçirilib

"Əsrin müqaviləsi" Fələstin-İsrail məsələsində bu günə qədərki işləri məhv edəcək - Lavrov

Mahmud Abbas ABŞ-ın hazırladığı “əsrin sazişi” planını qəbul etməyəcəyini bildirib

İyirmi birinci əsrin əvvəlindən ABŞ-ın bütün strategiyaları iflasa uğrayıb –Vilayəti

Hikmət Hacıyev Azərbaycan həqiqətlərinin təhrif olunduğu ABŞ nəşrində cavab məqaləsi ilə çıxış edib

İstiqlal Muzeyində “Əsrin sınağı” adlı sərgi açılacaq

Onkoloji xəstəliklər əsrin bəlasına çevrilib

Milli Məclis Yeni Əsrin müqaviləsini təstiqləyib

Ermənistan büdcə kəsrini ödəmək üçün borc götürəcək

14 Oktyabr 2019, 18:00 (GMT +4)
Nazirlik: 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib

14 Oktyabr 2019, 17:54 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşəcəklər

14 Oktyabr 2019, 17:46 (GMT +4)
UEFA Fransa-Türkiyə matçı ilə bağlı qərarını açıqlayıb

14 Oktyabr 2019, 17:45 (GMT +4)
Azərbaycan və Litva arasında olan dostluq əlaqələri müzakirə edilib

14 Oktyabr 2019, 17:38 (GMT +4)
Azərbaycan hökuməti elektron ticarətlə bağlı platformaları inkişaf etdirmək istəyir

14 Oktyabr 2019, 17:31 (GMT +4)
Səudiyyə-İran əlaqələrinin düyünü Yəmən müharibəsinin bitməsilə açılacaq - Ruhani

14 Oktyabr 2019, 17:30 (GMT +4)
ETSN-də Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

14 Oktyabr 2019, 17:23 (GMT +4)
Bakıda Dünya Türk Biznes Şurasının görüşü keçirilir

14 Oktyabr 2019, 17:15 (GMT +4)
İspaniyada katalon siyasətçilərə hökm oxunub 

14 Oktyabr 2019, 17:02 (GMT +4)
Litvanın Druskininkay şəhərinin meri Bakıda səfərdədir

14 Oktyabr 2019, 16:56 (GMT +4)
Azərbaycan idmançıları Avropa çempionatında 4 medal qazanıblar

14 Oktyabr 2019, 16:49 (GMT +4)
Türkiyənin Suriyada keçirdiyi əməliyyat gərginliyi artıra bilər - NATO

14 Oktyabr 2019, 16:47 (GMT +4)
Putin Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib

14 Oktyabr 2019, 16:43 (GMT +4)
Nazir: İlin sonundək 19 növ müavinət proaktiv xidmət kimi vətəndaşlara təqdim ediləcək

14 Oktyabr 2019, 16:36 (GMT +4)
Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib

14 Oktyabr 2019, 16:30 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşüb 

14 Oktyabr 2019, 16:23 (GMT +4)
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb

14 Oktyabr 2019, 15:53 (GMT +4)
YPG-nin İŞİD-çiləri qaçırdığını müəyyən etdik - Hulusi Akar

14 Oktyabr 2019, 15:36 (GMT +4)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib (FOTOLAR)

14 Oktyabr 2019, 15:36 (GMT +4)
İran Kəşfiyyatı CİA-nın dəstəklədiyi təxribatçı saytın rəhbərini ələ keçirdiyini bildirib

14 Oktyabr 2019, 15:22 (GMT +4)
Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti ilə görüşüb

14 Oktyabr 2019, 15:12 (GMT +4)
Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub

14 Oktyabr 2019, 15:06 (GMT +4)
İqtisadiyyat üzrə Nobel mükafatçılarının adları açıqlanıb

14 Oktyabr 2019, 14:54 (GMT +4)
Ərbəin zəvvarlarına hücum etmək istəyən iki terror qrupu zərərsizləşdirilib

14 Oktyabr 2019, 14:45 (GMT +4)
Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalanıb

14 Oktyabr 2019, 14:43 (GMT +4)
Ərdoğan NATO-nu Türkiyə ilə terrorçular arasında seçim etməyə çağırır

14 Oktyabr 2019, 14:29 (GMT +4)
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər

14 Oktyabr 2019, 14:25 (GMT +4)
Tanınmış din alimi müctəhid Ayətullah Şirazi xəstəxanaya yerləşdirilib

14 Oktyabr 2019, 14:19 (GMT +4)
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

14 Oktyabr 2019, 14:05 (GMT +4)
AB ölkələri Türkiyəyə silah embarqosunun tətbiqini müzakirə edəcəklər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66