Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Mədəniyyət naziri Gəncədə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

23 Sentyabr 2019, 09:10 (GMT +4)

Bakı, 23 sentyabr, SalamNews.Müntəzəm olaraq şəhər və rayonlarda əhali ilə keçirilən görüşlər bir çox məsələlərin operativ şəkildə həll olunması baxımından yaxşı təcrübədir.

Mədəniyyət naziri Əbülfəs Qarayev bu sözləri Naftalan şəhərində vətəndaşların qəbulundan sonra mətbuata açıqlamasında bildirib.

SalamNews Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini vurğulayıb: “Regional idarəçilik bizə imkan verir ki, yerlərdə real olaraq mədəniyyət sahəsinin inkişafını təmin edək, bu istiqamətdə daha çox işlər görək. Naftalanda Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi və Mərkəzi Kitabxana üçün gözəl şərait yaradılıb. Artıq insanlar burada göstərilən mədəni xidmətlərdən daha rahat şəraitdə yararlana bilərlər”.

Nazir qəbulda qaldırılan məsələlərin öz həllini tapacağını vurğulayıb. Bildirib ki, Mədəniyyət Nazirliyi sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərinə 2019/2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə müsabiqəyə yekun vurulub və 120 nəfərdən çox müəllim müvafiq təhsil ocaqlarında işə qəbul edilib. Boş qalan yerlərə isə yeni müsabiqənin keçirilməsi nəzərdə tutulur.

Bölgədə yerləşən mədəniyyət müəssisələrinin nəzdində əl işlərinin və suvenirlərin hazırlanması üzrə dərnəklərin yaradılmasına da dəstək göstəriləcək. Həmçinin tarixi abidələrin vəziyyəti ilə bağlı müraciətlər də diqqətdə saxlanılacaq.

Əbülfəs Qarayev “Sınıq körpü”də aparılan təmir-bərpa işlərindən bəhs edərək deyib ki, orada işlər nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında mütəxəssislərin iştirakı ilə aparılır. Təmir-bərpa işlərinin bu ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur.

Heydər Əliyev Fondu tərəfindən Gəncə Dövlət Dram Teatrında tikinti işlərinin davam etdirildiyini deyən nazir bildirib ki, gələn mövsümə kimi tikinti işlərinin başa çatacağını gözləyirik.

Qeyd edək ki, Əbülfəs Qarayev Naftalan şəhərində qəbuldan sonra Gəncə şəhərinə gələrək bir sıra mədəniyyət müəssisələrin fəaliyyəti ilə də tanış olub.

Nazir ilk olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına gəlib. Filarmoniyanın fəaliyyəti, təşkil olunan konsertlər haqqında məlumat verilib. Nazir burada fəaliyyət göstərən musiqi kollektivlərinin – Gəncə Dövlət Kamera Orkestrinin, yeni yaradılmış “Xəmsə” estrada ansamblının məşqlərinə baxıb.

Əbülfəs Qarayev Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkib. Muzeyin fəaliyyəti, eləcə də muzeyin həyətində yaradılmış açıq səma altında ekspozisiya haqqında ətraflı məlumat verilib.

Nazir XIX əsr “Hüseyniyyə” tarix-memarlıq abidəsini və Mirzə Şəfi Vazeh muzeyini də ziyarət edib.

Əbülfəs Qarayev daha sonra Telman Hacıyev adına Gəncə şəhər 2 nömrəli Uşaq musiqi məktəbində olub. Məlumat verilib ki, məktəbin yerləşdiyi bina 1903-cü ildə inşa olunub. 1959-cu ildən məktəb bu binada fəaliyyət göstərir. Binanın əsaslı təmir-bərpasına böyük ehtiyac var. Nazir bu məsələyə baxılacağını bildirib.

Nazir mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

YAP ilə Mədəniyyət Nazirliyi arasında sənəd imzalanıb

Mədəniyyət Nazirliyi 2019-cu il üçün müsabiqə elan edib

Mədəniyyət Nazirliyi sistemində kadr islahatları aparılıb

Mədəniyyət Nazirliyinin ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti İtaliyada səfərdə olub

Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə dair müşavirə keçirilib

Mədəniyyət Nazirliyinin tabeliyində yeni qurum yaradılıb

Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının növbədənkənar iclası keçirilib

Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin yeni tərkibi təsdiqlənib

Mədəniyyət Nazirliyi pedaqoji kadrların işə qəbulu üzrə növbəti müsabiqə keçirəcək

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Mədəniyyət Nazirliyində olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki qoruqların fəaliyyətinə həsr olunan müşavirə keçirilib

Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifələrinə yeni təyinatlar olub

Mədəniyyət Nazirliyi yanında Dövlət Xidmətinə rəis təyin edilib

Mədəniyyət Nazirliyi Aparatının yeni strukturu təsdiq edilib, təyinatlar həyata keçirilib

Azərbaycana səfərə gələn Misirin Mədəniyyət Nazirliyinin rəsmisi BDU-da olub

15 Oktyabr 2019, 18:47 (GMT +4)
Təhsil naziri dünya çempionu olan məktəbli ilə görüşüb

15 Oktyabr 2019, 18:32 (GMT +4)
Yaqut Əliyeva: Milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir

15 Oktyabr 2019, 18:00 (GMT +4)
Birinci vitse-prezident Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib

15 Oktyabr 2019, 17:44 (GMT +4)
ABŞ Suriyada İŞİD-çilərin ailələrinin düşərgəsindən yüzlərlə qadını təxliyə edib

15 Oktyabr 2019, 17:36 (GMT +4)
Şuranın dəstəyilə “Uşaqlara qarşı Zorakılıqsız Həyat” davam edir

15 Oktyabr 2019, 17:35 (GMT +4)
Lavrentyev: Rusiya Suriya ilə Türkiyə arasında qarşıdurmaya imkan verməyəcək

15 Oktyabr 2019, 17:20 (GMT +4)
Energetika naziri vətəndaşları qəbul edib

15 Oktyabr 2019, 17:07 (GMT +4)
ASCO-da Avstraliya və Çin şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

15 Oktyabr 2019, 17:01 (GMT +4)
Çavuşoğlu ilə Pompeo arasında telefon danışığı keçirilib

15 Oktyabr 2019, 16:57 (GMT +4)
Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

15 Oktyabr 2019, 16:48 (GMT +4)
İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

15 Oktyabr 2019, 16:45 (GMT +4)
ABAD kəndlərdə yaşayan qadınlara böyük dəstək verir

15 Oktyabr 2019, 16:45 (GMT +4)
Rəsmi Dəməşqlə kürd bölmələrinin razılaşmasının detalları açıqlanıb (FOTO)

15 Oktyabr 2019, 16:38 (GMT +4)
Ceyhun Bayramov: Bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın artırılmasıdır

15 Oktyabr 2019, 16:17 (GMT +4)
“Caspian European Club”un üzvləri üçün növbəti biznes-tur təşkil olunub

15 Oktyabr 2019, 16:14 (GMT +4)
Suriya ordusu Mənbic və ətraf bölgələrində nəzarəti ələ alıb  

15 Oktyabr 2019, 15:56 (GMT +4)
İraq Məhkəməsi etirazçılara atəş açan bir neçə zabitin həbs qərarını verib

15 Oktyabr 2019, 15:55 (GMT +4)
Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə keçiriləcək

15 Oktyabr 2019, 15:53 (GMT +4)
Antaliyada turistləri daşıyan avtobus aşıb

15 Oktyabr 2019, 15:45 (GMT +4)
Gömrük Akademiyasının tələbəsi: Akademiyada təhsil almaq bir addım öndə olmağa imkan verir

15 Oktyabr 2019, 15:40 (GMT +4)
Sığırlı stansiyasında xəsarətlə nəticələnən hadisə baş verib

15 Oktyabr 2019, 15:26 (GMT +4)
Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” başa çatıb

15 Oktyabr 2019, 15:21 (GMT +4)
Antalyada təlim təyyarəsi qəzaya uğrayıb

15 Oktyabr 2019, 15:15 (GMT +4)
“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans keçirilib

15 Oktyabr 2019, 15:11 (GMT +4)
Təhsil Nazirliyi yeni sosial kampaniyaya start verir (VIDEO)

15 Oktyabr 2019, 15:07 (GMT +4)
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb

15 Oktyabr 2019, 14:59 (GMT +4)
Trampın Suriyada etdiyi son səhvini islah etmək mümkün deyil - Vaşinqton Post

15 Oktyabr 2019, 14:38 (GMT +4)
Bərdədə leş ət satan şəxs ifşa edilib

15 Oktyabr 2019, 14:32 (GMT +4)
Suriyada min kvadrat kilometrlik ərazi terrorçulardan təmizlənib - Ərdoğan

15 Oktyabr 2019, 14:30 (GMT +4)
Tvinninq layihəsi çərçivəsində ekspertlərin səfəri keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66