Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb

21 Sentyabr 2019, 13:51 (GMT +4)

Bakı, 21 sentyabr, SalamNews.Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən SalamNews-a verilən məlumata görə, Çin Xalq Respublikasının yaranmasının 70 illiyi münasibətilə təbriklərini çatdıran Baş Nazir Novruz Məmmədov Azərbaycanın Çin ilə əməkdaşlıqda maraqlı olduğunu bildirərək deyib: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Çin ilə əlaqələrimizin inkişafı istiqamətində önəmli addımlar atıb. Bu gün ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələri dinamik inkişaf edir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə beş dəfə səfər etdiyini xatırladan Novruz Məmmədov bildirib ki, bu səfərlər çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər rəsmi şəxslərlə səmərəli görüşlər keçirilib, ikitərəfli əlaqələrlə bağlı müzakirələr aparılıb. “Hesab edirəm ki, son vaxtlar ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri daha dinamik şəkildə inkişaf etdirilir. Sədr Si Cinpinin təşəbbüsü ilə irəli sürülən “Bir kəmər, bir yol” layihəsi ölkəmiz üçün çox cəlbedicidir. Tarixi İpək yolunun bərpası Azərbaycan üçün hər zaman aktualdır. Biz hesab edirik ki, bu yol tarixən Azərbaycan və Çin xalqlarını birləşdirən yol olub. Əminəm ki, “Bir kəmər, bir yol” layihəsi də uğurla icra olunacaq. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir və bu istiqamətdə müəyyən addımlar atır”, - deyə Novruz Məmmədov vurğulayıb.

Azərbaycanın Baş Naziri ölkəmizin təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı layihələr barədə məlumat verərək strateji əhəmiyyətli layihə hesab olunan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verildiyini qeyd edib. Novruz Məmmədov Azərbaycan ilə Çin arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.

Baş Nazir Azərbaycanın Çin ilə iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini bildirərək deyib ki, sənaye, kənd təsərrüfatı, energetika, turizm və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək üçün yaxşı imkanlar mövcuddur.

Novruz Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə görə Çin Xalq Respublikasına minnətdarlığını ifadə edib. Azərbaycanın da “Vahid Çin” prinsipinə hər zaman dəstək verdiyini söyləyib.

Ölkələrimiz arasında əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyini bildirən Li Canşu Çinin Azərbaycan ilə əlaqələrin bütün sahələrdə genişlənməsinə böyük əhəmiyyət verdiyini ifadə edib. “Bu gün Azərbaycan ilə Çin arasında mövcud olan əməkdaşlıq əlaqələri belə deməyə əsas verir ki, biz dost ölkələr kimi daim bir-birimizə etibar edə bilərik”.

Li Canşu son illər Çin ilə Azərbaycan arasındakı münasibətlərin daha da intensiv xarakter aldığını qeyd edərək qarşılıqlı səfərlərin, aparılan danışıqların əlaqələrimizin inkişafına xidmət etdiyini deyib.

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Azərbaycanın tranzit ölkə kimi beynəlxalq yükdaşımaların həyata keçirilməsində etibarlı tərəfdaş olduğunu vurğulayıb, bu sahədə əməkdaşlığın inkişafının zəruriliyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İraq baş naziri gələn həftə nazirlər kabinetində ciddi dəyişikliklər vəd edib

Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib

Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Nazirlər Kabineti “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edib

Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib

Nazirlər Kabinetində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclası keçirilib

Nazirlər Kabineti su, qaz və işıqla bağlı yeni tələbləri təsdiqləyib

Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktların qüvvəyə minməsi müddəti artırılıb

Nazirlər Kabinetinin rəsmi internet saytında yeniliklər edilib

Nazirlər Kabinetinin növbəti iclası keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Pakistan Nazirlər Kabineti SOCAR-la əməkdaşlığa dair Sazişi təsdiq edib

Nazirlər Kabineti “İpoteka kağızı”nın formasında dəyişiklik edib

Nazirlər Kabineti avtomagistraldan ödənişli yol kimi istifadə qaydalarını təsdiq edib

Nazirlər Kabineti tariflərin təsdiq olunması qərarına dəyişiklik edilib

Nazirlər Kabineti “az” domen adlarının qeydiyyatı və istifadəsi qaydalarını təsdiqləyib

Nazirlər Kabinetinin növbəti iclası keçirilib

Nazirlər Kabinetində Türkiyə nümayəndə heytəi ilə görüş olub

Nazirlər Kabineti vəzifəli şəxslərə güzəştlər tətbiq edib

Nazirlər Kabinetində növbəti iclas keçirilib

14 Oktyabr 2019, 18:00 (GMT +4)
Nazirlik: 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib

14 Oktyabr 2019, 17:54 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşəcəklər

14 Oktyabr 2019, 17:46 (GMT +4)
UEFA Fransa-Türkiyə matçı ilə bağlı qərarını açıqlayıb

14 Oktyabr 2019, 17:45 (GMT +4)
Azərbaycan və Litva arasında olan dostluq əlaqələri müzakirə edilib

14 Oktyabr 2019, 17:38 (GMT +4)
Azərbaycan hökuməti elektron ticarətlə bağlı platformaları inkişaf etdirmək istəyir

14 Oktyabr 2019, 17:31 (GMT +4)
Səudiyyə-İran əlaqələrinin düyünü Yəmən müharibəsinin bitməsilə açılacaq - Ruhani

14 Oktyabr 2019, 17:30 (GMT +4)
ETSN-də Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

14 Oktyabr 2019, 17:23 (GMT +4)
Bakıda Dünya Türk Biznes Şurasının görüşü keçirilir

14 Oktyabr 2019, 17:15 (GMT +4)
İspaniyada katalon siyasətçilərə hökm oxunub 

14 Oktyabr 2019, 17:02 (GMT +4)
Litvanın Druskininkay şəhərinin meri Bakıda səfərdədir

14 Oktyabr 2019, 16:56 (GMT +4)
Azərbaycan idmançıları Avropa çempionatında 4 medal qazanıblar

14 Oktyabr 2019, 16:49 (GMT +4)
Türkiyənin Suriyada keçirdiyi əməliyyat gərginliyi artıra bilər - NATO

14 Oktyabr 2019, 16:47 (GMT +4)
Putin Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib

14 Oktyabr 2019, 16:43 (GMT +4)
Nazir: İlin sonundək 19 növ müavinət proaktiv xidmət kimi vətəndaşlara təqdim ediləcək

14 Oktyabr 2019, 16:36 (GMT +4)
Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib

14 Oktyabr 2019, 16:30 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşüb 

14 Oktyabr 2019, 16:23 (GMT +4)
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb

14 Oktyabr 2019, 15:53 (GMT +4)
YPG-nin İŞİD-çiləri qaçırdığını müəyyən etdik - Hulusi Akar

14 Oktyabr 2019, 15:36 (GMT +4)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib (FOTOLAR)

14 Oktyabr 2019, 15:36 (GMT +4)
İran Kəşfiyyatı CİA-nın dəstəklədiyi təxribatçı saytın rəhbərini ələ keçirdiyini bildirib

14 Oktyabr 2019, 15:22 (GMT +4)
Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti ilə görüşüb

14 Oktyabr 2019, 15:12 (GMT +4)
Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub

14 Oktyabr 2019, 15:06 (GMT +4)
İqtisadiyyat üzrə Nobel mükafatçılarının adları açıqlanıb

14 Oktyabr 2019, 14:54 (GMT +4)
Ərbəin zəvvarlarına hücum etmək istəyən iki terror qrupu zərərsizləşdirilib

14 Oktyabr 2019, 14:45 (GMT +4)
Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalanıb

14 Oktyabr 2019, 14:43 (GMT +4)
Ərdoğan NATO-nu Türkiyə ilə terrorçular arasında seçim etməyə çağırır

14 Oktyabr 2019, 14:29 (GMT +4)
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər

14 Oktyabr 2019, 14:25 (GMT +4)
Tanınmış din alimi müctəhid Ayətullah Şirazi xəstəxanaya yerləşdirilib

14 Oktyabr 2019, 14:19 (GMT +4)
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

14 Oktyabr 2019, 14:05 (GMT +4)
AB ölkələri Türkiyəyə silah embarqosunun tətbiqini müzakirə edəcəklər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66