Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransı keçirilir

23 Sentyabr 2019, 09:50 (GMT +4)

Bakı, 23 sentyabr, SalamNews.Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının (IAEA 2019) rəsmi açılış mərasimi olub.

SalamNews xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Təhsil naziri Ceyhun Bayramov və 55 ölkədən 300-dən artıq nümayəndə iştirak edir.

Builki konfrans "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusuna həsr olunub.

Məşğələlər "XXI əsrin funksional savadlılığına uyğun olaraq təhsildə və qiymətləndirmədə dayanıqlı keçidə nail olmaq üçün təlimlərin təşkili", "Qiymətləndirmə ədalətlidirmi?", "İmtahan keyfiyyətinin təmin olunmasına dair RCEC təşkilatının dəyərləndirmə sistemi" mövzularına həsr olunacaq.

Bu məşğələlərdə Niderlandın Cito qiymətləndirmə təşkilatının təmsilçisi Niko Diteren, Kembric Qiymətləndirmə (Cambridge Assesment) departamentindən İsabel Nisbet, Stüart D.Şou, RCEC-in direktoru Arnold Brauer və qiymətləndirmə sahəsində digər alimlərin, tədqiqatçıların, həmçinin yerli mütəxəssislərin iştirakı gözlənilir.

Qeyd edək ki, rəsmi açılış mərasimindən sonra konfrans bölmələr üzrə işini davam etdirəcək. Bölmələrin işi sessiyalara bölünür. Hər gün əsas məruzəçilərin çıxışından sonra sessiyalar fəaliyyətə başlayır. Sessiyalar qərar qəbuletmə, ali təhsil, qiymətləndirmə sistemləri, standartları, metodları və strategiyaları, diaqnostik qiymətləndirmə, psixoloji qiymətləndirmə, sinif qiymətləndirməsi, dilin qiymətləndirilməsi, qiymətləndirmə sistemlərinin yoxlanılması, qiymətləndirmə islahatları, müəllim hazırlığı və qiymətləndirmə, ibtidai təhsildə test, validlik, keyfiyyətli test zəmanəti və s. mövzuları əhatə edəcək.

Konfransın sonuncu günü, sentyabrın 27-də isə konfrans (Post-Conference Workshops) sonrası praktik məşğələlər keçiriləcək.

Konfransda xarici ekspertlərlə yanaşı, qiymətləndirmə üzrə 20-dən çox yerli ekspert də çıxış edəcək.

Qeyd edək ki, IAEA ümumi və ali təhsil müəssisələrində və iş yerlərində qiymətləndirməni həyata keçirən qurumlar üçün yaradılmış qlobal forumdur. Assosiasiyanın üzvləri dünya üzrə 50-dən çox ölkəni təmsil edən təhsil müəssisələri, tədqiqat mərkəzləri və müvafiq dövlət qurumlarından ibarətdir. IAEA təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə hər il üzv ölkələrin birində beynəlxalq konfrans təşkil edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ASAN Beynəlxalq Assosiasiyasının rəsmi şəxslərinin görüşü keçirilib

ASAN Beynəlxalq Assosiasiyasının Nizamnaməsinin təsdiq edilməsi ilə bağlı tədbir keçiriləcək

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

Dünya ölkələrini birləşdirəcək ASAN Beynəlxalq Assosiasiya yaradılır

BANM Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyasına üzv olub

Bakı Ali Neft Məktəbi Energetika Universitetləri Beynəlxalq Assosiasiyasının üzvü seçilib

BNA İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya üzv olub

Bakıda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının tədbirləri keçiriləcək

Vilayət Vəliyev ABŞ-ın Enerji İqtisadçılarının Beynəlxalq Assosiasiyasının vitse-prezidenti seçilib

Azərbaycanlı alim beynəlxalq assosiasiyanın vitse-prezidenti seçilib

Bakıda Beynəlxalq Assosiasiyanın işçi qrupunun iclası keçirilib

Botanika İnstitutunun Təlim və Resurs Mərkəzi beynəlxalq assosiasiyaya daimi üzv qəbul edilib

26 Noyabr 2020, 16:22 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

26 Noyabr 2020, 16:08 (GMT +4)
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağ məsələsini müzakirə edib

26 Noyabr 2020, 15:57 (GMT +4)
DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq edib

26 Noyabr 2020, 15:44 (GMT +4)
Almaniyada ordumuzun tarixi qələbəsi münasibəti ilə aksiya keçirilib

26 Noyabr 2020, 15:32 (GMT +4)
Milli Məclisin sədri Laçınla bağlı açıqlama verib

26 Noyabr 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxduğu qeydə alınanların sayı 900 mini ötüb

26 Noyabr 2020, 15:18 (GMT +4)
Milli Məclisin Fransaya etiraz bəyanatının tam mətni açıqlanıb

26 Noyabr 2020, 15:10 (GMT +4)
Dohada BMT-nin terrorla mübarizə ofisi açılacaq

26 Noyabr 2020, 15:04 (GMT +4)
Milli Məclis Fransaya etiraz etmək üçün işçi qrup yaradıb

26 Noyabr 2020, 14:57 (GMT +4)
Neftçala sakinindən silah götürülüb

26 Noyabr 2020, 14:42 (GMT +4)
Azərbaycan İƏT-ə üzv ölkələri Qarabağdakı layihələrdə iştiraka dəvət edib

26 Noyabr 2020, 14:35 (GMT +4)
Ermənilər Laçında da evləri yandıraraq tərk edirlər

26 Noyabr 2020, 14:23 (GMT +4)
“Azərenerji” daha bir mühüm layihənin həyata keçirilməsinə başlayıb

26 Noyabr 2020, 14:18 (GMT +4)
Əmlak Məsələləri Dövlət Xidməti ABŞ şirkəti ilə əməkdaşlığa başlayır

26 Noyabr 2020, 13:58 (GMT +4)
Bakıda kişi müəmmalı şəkildə qətlə yetirilib

26 Noyabr 2020, 13:43 (GMT +4)
Bakıda motosiklet, Lənkəranda avtomobil qaçırılıb

26 Noyabr 2020, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

26 Noyabr 2020, 13:24 (GMT +4)
Rusiyada son sutkada 520-dən çox insan COVID-19-dan ölüb

26 Noyabr 2020, 13:14 (GMT +4)
Fransadakı soydaşlarımız ölkə senatını Azərbaycanın haqlı mövqeyinə zidd addımları rədd etməyə çağırıb

26 Noyabr 2020, 13:12 (GMT +4)
Elşad Hacıyev DİN-də şöbə rəisi təyin edilib

26 Noyabr 2020, 13:00 (GMT +4)
Efiopiya hökuməti ölkənin şimalında separatçılara qarşı irimiqyaslı hücum əmri verib

26 Noyabr 2020, 13:00 (GMT +4)
Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə müraciət edib

26 Noyabr 2020, 12:45 (GMT +4)
Milli Məclisdə Fransa Senatına etiraz bəyanatı qəbul olunub

26 Noyabr 2020, 12:44 (GMT +4)
Gürcüstanda 3 801 yeni koronavirusa yoluxma aşkar edilib 

26 Noyabr 2020, 12:30 (GMT +4)
Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

26 Noyabr 2020, 12:15 (GMT +4)
İşğaldan azad olunan Kəlbəcərin çayları və gölləri yenidən qiymətləndiriləcək

26 Noyabr 2020, 12:08 (GMT +4)
Türkiyə XİN Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsinə münasibət bildirib

26 Noyabr 2020, 12:00 (GMT +4)
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

26 Noyabr 2020, 11:50 (GMT +4)
Livanlı məzunlar Azərbaycan prezidenti və xalqını təbrik ediblər

26 Noyabr 2020, 11:48 (GMT +4)
Biden XXI əsrin "Amerika əsri" olacağına inanır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66