Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib

24 Sentyabr 2019, 09:41 (GMT +4)

Bakı, 24 sentyabr, SalamNews.Sentyabrın 23-də Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən SalamNews-a verilən məlumata görə, iclası açan Baş Nazir Novruz Məmmədov gündəlik barədə məlumat verib.

Bildirib ki, iclasda “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında” məsələ müzakirə olunacaq.

Novruz Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıma və inkişafa əsaslanan iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun prioritetliyini təmin edən dayanıqlı icmal büdcənin və dövlət büdcəsinin hazırlanmasını qarşımıza qoyulan əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq ölkənin ortamüddətli büdcə və maliyə sistemi, sosial-iqtisadi inkişaf proqnozları, qəbul edilmiş dövlət proqramlarının maliyyə təminatı əsas götürülməklə gələn il və sonrakı üç il üzrə makro-iqtisadi proqnoz göstəriciləri, gözlənilən iqtisadi meyillər də nəzərə alınmaqla hazırlanıb.

“Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan və müasir çağırışlara cavab verən uğurlu sosial-iqtisadi siyasət qarşıdakı ildə də davam etdiriləcək, nəzərdə tutulan hədəflərə nail olunması ilə ölkəmizin davamlı inkişafı təmin ediləcək”, - deyə Baş Nazir vurğulayıb.

Baş Nazir bildirib ki, dünya iqtisadiyyatında geriləmələrin müşahidə olunduğu bir vaxtda ölkəmizdə 2020-ci ildə ümumi daxili məhsulun həcminin 82,7 milyard manatdan çox, real artımın 2,4 faiz, qeyri-neft sektorunda artımın isə 3,3 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Müzakirəyə təqdim olunan sənədlər iqtisadiyyatın səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, onun aparıcı sahələrinin möhkəmləndirilməsinə, əhalinin sosial rifahının, qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına yönəldilib. Növbəti ildə dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi, təhsil islahatlarının davam etdirilməsi, elektrik təchizatı, icməli su, qaz və kanalizasiya sistemlərinin və yol tikintisinin maliyyələşdirilməsi əsas istiqamətlərdəndir. Eyni zamanda layihədə kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi, əhalinin əsas ərzaq məhsulları ilə təmin olunması, aqrar sektora dövlət qayğısının artırılması və investisiya layihələrinin prioritetləşmə prinsiplərinə uyğun maliyyələşdirilməsi nəzərdə tutulur. 2020-ci ilin dövlət büdcəsinin layihəsində gəlirlərin ümumi daxili məhsulun 29,1 faizini, xərclərin isə 30,9 faizini təşkil edəcəyi, büdcə kəsirinin ümumi daxili məhsulun 1,4 faizi səviyyəsində olacağı proqnozlaşdırılır. Eyni zamanda gələn il üzrə icmal büdcənin gəlirlərinin 27,6 milyard, xərclərinin 28,2 milyard manat həddində olacağı gözlənilir.

Sonra Maliyyə naziri Samir Şərifovun və İqtisadiyyat naziri Şahin Mustafayevin gündəlikdəki məsələ ilə bağlı məruzələri dinlənilib. İclasda mövzu ilə bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İsrail Nazirlər Kabineti iki həftəlik sərt karantin rejiminin tətbiqini təsdiləyib

Nazirlər Kabineti büdcə məsələlərini müzakirə edib

Almaniya Nazirlər Kabineti Lukaşenkonun Navalnı ilə bağlı açıqlamasını təkzib edib

Nazirlər Kabineti kənd təsərrüfatı ilə bağlı bir neçə qərarı ləğv edib

Nazirlər Kabineti dərslərin başlaması barədə qərar verib

Nazirlər Kabineti Tovuz Rayon İcra Hakimiyyətinə vəsait ayırıb

Nazirlər Kabineti icbari tibbi sığorta ilə bağlı qərarın izahını verib

Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib

Nazirlər Kabinetində yeni təyinat olub

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

ADIF Nazirlər Kabinetinə məktub ünvanlayıb

Nazirlər Kabinetində koronavirusla mübarizənin vəziyyəti müzakirə olunub

Nazirlər Kabineti həftəsonu qadağası qərarında dəyişiklik edib

Lukaşenko yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib

Nazirlər Kabineti həftəsonu məhdudiyyətlərin siyahısını açıqlayıb

Nazirlər Kabineti koronavirusa görə vəsait ayırıb

Nazirlər Kabineti: Maskadan istifadə etməmək məsuliyyətə səbəb olacaq

Nazirlər Kabineti: Metronun fəaliyyətinin bərpası məsələsi müzakirə olunur

Nazirlər Kabineti: Təcrid qaydalarının sərtləşdirilməsi günün tələbinə çevrilir

Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirilib

30 Sentyabr 2020, 14:34 (GMT +4)
Makron Qarabağdakı vəziyyəti Putin və Trampla müzakirə etmək niyyətindədir

30 Sentyabr 2020, 14:30 (GMT +4)
Qənirə Paşayeva deputatları maaşlarını Orduya bağışlamağa çağırıb

30 Sentyabr 2020, 14:23 (GMT +4)
"Disney" koronavirus səbəbiylə 28 min işçini ixtisar edəcək

30 Sentyabr 2020, 14:19 (GMT +4)
FIFA AFFA-ya başsağlığı verib

30 Sentyabr 2020, 14:07 (GMT +4)
Prezident İlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərlə görüşüblər

30 Sentyabr 2020, 14:03 (GMT +4)
Dövlət Dumasının deputatı: Azərbaycan öz torpaqları uğrunda mübarizə aparır

30 Sentyabr 2020, 13:41 (GMT +4)
İngiltərə və Kanada Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib

30 Sentyabr 2020, 13:17 (GMT +4)
Çavuşoğlu: Atəşkəs çağırışı edənlər Ermənistan işğal olunmuş torpaqlardan çıxsın demir

30 Sentyabr 2020, 13:14 (GMT +4)
Küveytin yeni əmirinin kimliyi müəyyənləşib

30 Sentyabr 2020, 13:03 (GMT +4)
XİN: Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

30 Sentyabr 2020, 13:00 (GMT +4)
Azərbaycan daha bir ölkədə səfirlik açır

30 Sentyabr 2020, 12:51 (GMT +4)
Maduro: Venesuela ABŞ-ın istənilən prezidentinə müqavimət göstərə bilər

30 Sentyabr 2020, 12:41 (GMT +4)
MN: Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır

30 Sentyabr 2020, 12:30 (GMT +4)
Azərbaycan Ordusu düşmən mövqelərinə artilleriya zərbələri endirir (VİDEO)

30 Sentyabr 2020, 12:27 (GMT +4)
“ASAN xidmət”in 36 əməkdaşı könüllü ordu sıralarına qoşulub

30 Sentyabr 2020, 12:11 (GMT +4)
AİHM Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırıb

30 Sentyabr 2020, 12:00 (GMT +4)
Vaqif Əsədovun oğlu könüllü olaraq döyüşə gedib

30 Sentyabr 2020, 11:59 (GMT +4)
İran Prezident Administrasiyası Ermənistana yardımın göndərilməsi iddiasına münasibət bildirib

30 Sentyabr 2020, 11:53 (GMT +4)
Ankara və Vaşinqton Qarabağdakı vəziyyəti müzakirə edib

30 Sentyabr 2020, 11:40 (GMT +4)
Metyu Brayza Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsinə münasibət bildirib

30 Sentyabr 2020, 11:35 (GMT +4)
Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət edib

30 Sentyabr 2020, 11:25 (GMT +4)
Gürcüstanda qısa İslam Ensiklopediyası nəşr olunub

30 Sentyabr 2020, 11:23 (GMT +4)
Petro Poroşenko koronavirusa yoluxub 

30 Sentyabr 2020, 10:54 (GMT +4)
MN: Düşmən Goranboy rayonunu artilleriya atəşinə tutur

30 Sentyabr 2020, 10:50 (GMT +4)
İlham Əliyev: Suriyadan heç bir muzdlu yoxdur

30 Sentyabr 2020, 10:42 (GMT +4)
Tramp üçüncü dəfə Nobel mükafatına namizəd göstərilib

30 Sentyabr 2020, 10:25 (GMT +4)
“ASAN ödəniş”ə Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlər inteqrasiya olunub

30 Sentyabr 2020, 10:23 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmən qruplaşması mühasirəyə alınıb

30 Sentyabr 2020, 10:13 (GMT +4)
Tramp və Bayden debatlara mübahisə ilə başlayıb

30 Sentyabr 2020, 10:10 (GMT +4)
Hizbullah lideri Qasim Süleymani və əl-Mühəndisin qətlinin səbəbini açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66