Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24 Sentyabr 2019, 12:15 (GMT +4)

Bakı, 24 sentyabr, SalamNews. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti“9-cu Beynəlxalq Caspian Energy Forum Baku 2019” tədbirində “Caspian Energy Award” mükafatına və “İlin Telekommunikasiya şirkəti” adına layiq görülüb.

“Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi, “Caspian Energy” jurnalının fəaliyyətinin isə 20 illik yubileyinə həsr olunmuş “Beynəlxalq Caspian Energy Forum 2019” tədbiri dövlət və özəl sektorun, nüfuzlu regional və beynəlxalq təşkilatlardan olan çoxsaylı nümayəndələrin iştirakı ilə baş tutub.

Forumda İKT, aqrosənaye və turizm mövzularına həsr olunmuş panel müzakirəsində “AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev məruzəçi qismində çıxış edərək şirkət tərəfindən Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün həyata keçirilən “Azerbaijan Digital HUB” proqramı və bu proqram çərçivəsində icra olunan iri infrastruktur layihələrindən bəhs edib.

“25 il əvvəl ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanı enerji mərkəzi etdi. Hazırda bu konsepsiyanın davamı olaraq “AzerTelecom” şirkəti ölkəmizin həm də rəqəmsal mərkəz olması üçün “Digital HUB” proqramını icra edir”- deyə Fuad Allahverdiyev bildirib. O “Digital HUB” proqramının 3 mərhələdən ibarət olduğunu və bu mərhələlərin hər birinin icrasının ölkənin təkcə İKT sektorunun deyil, ümumilikdə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, onun rəqəmsallaşmasına və rəqəmsal iqtisadiyyat quruculuğu proseslərinə mühüm töhfə verəcəyini qeyd edib. Fuad Allahverdiyev proqram çərçivəsində Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) formalaşması, Azərbaycanla Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə “Transxəzər magistralı” fiber-optik kabel xəttinin çəkilişi layihəsinin detalları, ölkə daxilində magistral infrastruktur quruculuğu istiqamətində “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə icra edilən layihələr barəsində danışıb.

Forumda “AzerTelecom” şirkətinə Azərbaycan iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkət olaraq “Beynəlxalq Caspian Energy Award” mükafatı təqdim edilib, “AzerTelecom” İlin Telekommunikasiya şirkəti adına layiq görülüb.

“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir.

Proqramın reallaşması ölkənin Milli İT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

“AzerTelecom” “Bakutel” sərgisində “Azerbaijan Digital Hub” proqramını təqdim edir

KOBİA “AzerTelecom”la əməkdaşlıq edəcək

AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

“AzerTelecom” Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumunda

“AzerTelecom” “Caspian Energy Forum Baku-2019”-a tərəfdaş qismində dəstək verir

AzerTelecom Türkmənistanda Xəzər İnnovasiya Texnologiyaları sərgisində iştirak edib

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

AzerTelecom-un rəhbəri Aİ-Azərbaycan Biznes Forumunda çıxış edib

AzerTelecom şirkətinin Digital HUB proqramının gənclər üçün yaradacağı imkanlar müzakirə olunub

“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom Strateji Memorandum imzalayıb

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başlayıb

AzerTelecom kibertəhlükəsizlik sahəsində qlobal şirkətlərin rəsmi tərəfdaşı olub

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

AzerTelecom-un iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

AzerTelecom "BakuTel" sərgisində qabaqcıl telekommunikasiya xidmətlərini təqdim edir

“AzerTelecom” 6-ci Karyera sərgisində iştirak edib

16 Dekabr 2019, 13:17 (GMT +4)
Braziliya İsraildəki səfirliyi Qüdsə köçürəcək

16 Dekabr 2019, 13:00 (GMT +4)
Azərbaycanda “Kəlbəcər” adlı tanker istifadəyə veriləcək (FOTOLAR)

16 Dekabr 2019, 12:50 (GMT +4)
Tramp "Fox News"un impiçment barədə sorğusunun nəticələrini qeyri-dəqiq adlandırıb

16 Dekabr 2019, 12:40 (GMT +4)
AQTA apteklərdə “Foden” əmtəə nişanlı qida əlavəsinin saxtalaşdırıldığını aşkarlayıb

16 Dekabr 2019, 12:28 (GMT +4)
ABŞ Bağdaddakı səfirliyinə böyük hərbi qüvvə göndərib

16 Dekabr 2019, 12:16 (GMT +4)
Azərbaycan "Cyber ​​Shield-2019" təlimlərində təmsil olunacaq

16 Dekabr 2019, 12:00 (GMT +4)
Suriyanın gələcək üfüqündə ABŞ qüvvələrinə yer yoxdur - Bəşər Əsəd (VİDEO)

16 Dekabr 2019, 11:58 (GMT +4)
"Azərbaycan" adlı "RoPax" tipli gəmi-bərə istifadəyə veriləcək

16 Dekabr 2019, 11:48 (GMT +4)
ƏƏSMN: Bu il 107,7 min vətəndaşa peşəyönümü məsləhət xidməti göstərilib

16 Dekabr 2019, 11:47 (GMT +4)
Vladimir Zelenski bu gün Azərbaycana rəsmi səfərə gələcək

16 Dekabr 2019, 11:30 (GMT +4)
Neft yenidən ucuzlaşıb

16 Dekabr 2019, 11:27 (GMT +4)
Livanda bu gün yeni baş nazirin adının açıqlanacağı gözlənilir

16 Dekabr 2019, 11:22 (GMT +4)
Türkiyə tarixindən utanmır - Ərdoğan

16 Dekabr 2019, 10:52 (GMT +4)
İran körfəz ərəb dövlətlərini yeni anlaşma imzalamağa çağırıb

16 Dekabr 2019, 10:47 (GMT +4)
Sabahdan Cocuq Mərcanlı istiqamətində ilk dəfə olaraq marşrut xətti açılır

16 Dekabr 2019, 10:38 (GMT +4)
ABŞ iki Çin diplomatını casusluq cəhdinə görə ölkədən qovub 

16 Dekabr 2019, 10:21 (GMT +4)
Sudan Yəmənin qərbindəki hərbi qüvvələrini çıxarmağa başlayıb

16 Dekabr 2019, 10:17 (GMT +4)
Pentaqon Türkiyənin "İncirlik" bazasını bağlamaq təhdidlərinə cavab verib

16 Dekabr 2019, 10:06 (GMT +4)
DİM başqasının yerinə imtahan verənlərin 2 ilədək həbs edilməsini təklif edir

16 Dekabr 2019, 09:42 (GMT +4)
Özünüməşğulluqla bağlı suallar cavablandırılacaq

16 Dekabr 2019, 09:41 (GMT +4)
Türkiyə aviabazalarının bağlanması Ankaranın səlahiyyətindədir - Ərdoğan

16 Dekabr 2019, 09:38 (GMT +4)
İraqın sabiq baş naziri ABŞ-ın ölkə siyasətçilərinə sanksiya tətbiqini tənqid edib

16 Dekabr 2019, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

16 Dekabr 2019, 09:11 (GMT +4)
Türkiyə parlamenti Liviya ilə müdafiə razılaşmasını müzakirə edəcək

16 Dekabr 2019, 09:00 (GMT +4)
Azərbaycanın 3 karateçisi İtaliyada medal qazanıb

15 Dekabr 2019, 12:00 (GMT +4)
Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur

15 Dekabr 2019, 11:41 (GMT +4)
Avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlanıb

15 Dekabr 2019, 11:30 (GMT +4)
“Şahdəniz” yatağından hasilata başlanmasından 13 il keçir

15 Dekabr 2019, 11:07 (GMT +4)
Akademik Həsən Əliyevin doğum günüdür

15 Dekabr 2019, 11:00 (GMT +4)
Azərbaycanın lider mobil operatoru 23 yaşını qeyd edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66