Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Ceyhun Musaoğlu: Jurnalistlər onlara lazım olan faktların əlçatan olmasını arzulayırlar

24 Sentyabr 2019, 15:24 (GMT +4)

Bakı, 24 sentyabr, SalamNews. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” layihəsinin birinci mərhələsini başa çatdırıb.

Mərkəzdən SalamNews-a verilən məlumata görə, iyul-noyabr ayları ərzində 4 aylıq müddətdə icra olunacaq layihənin ilk mərhələsində tat, udi, şahdağlılar xalqı, ləzgi, avar, ingiloy, yəhudi, talış, saxur, kürd xalqlarının tarixi, dili, etnik tərkibi, etimologiyası, mədəniyyəti, müasir yaşayış tərzləri barədə konkret faktlara əsaslanan yazılar hər həftənin şənbə günü "525-ci qəzet”də dərc olunub.

Nəzərdə tutulan 10 məqalə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanıb. Növbəti mərhələdə həmin yazılardan ibarət kitabçanın nəşr edilərək KİV orqanlarına hədiyyə edilməsi planlaşdırılır.

Layihə rəhbəri, JEM sədri Ceyhun Musaoğlu layihənin mahiyyəti barədə danışarkən bildirib ki, Azərbaycanda yaşayan azsaylı xalqlar barəsində indiyə qədər çoxsaylı materiallar dərc olunub, onların mədəni irsi haqqında məlumatlar müxtəlif mənbələrdə əksini tapıb: "Belə materialları kitabxanalarda və internet resurslarında tapmaq mümkündür. Həmin nəşrlərdə əksini tapan yazılar daha geniş məzmunludur. Oxucu vahid mənbəyə istinad etməklə hər hansı milli azlıq barəsində konkret, lakonik, eyni zamanda, həmin xalqın bütöv obrazını yarada biləcək yazı axtarır. Belə yazıların bir mənbədə toplanması zəminində aşkara çıxan problemin həlli, təbii ki, jurnalistlərin üzərinə düşür. Bunun üçün jurnalistlər onlara lazım olan faktların əlçatan olmasını arzulayırlar. Həmin faktların həm də sadə üslubda bir məlumat kitabçasında toplanmasına ehtiyac var idi”.

JEM sədri bu ehtiyacı düzgün qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlıq etdiklərini vurğulayıb: "Layihə Şuranın 2019-cu il dördüncü qrant müsabiqəsində "Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər” istiqaməti üzrə qalib olub. Qiymətləndirənlərə və nəticədə dəstək verənlərə dərin təşəkkür edirik. JEM on ilə yaxındır ki, Şura ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində cəmiyyətin inkişafına xidmət etməyə çalışmışıq. Xüsusən jurnalistikada peşəkarlığın artırılması artırılması və həmkarlarımızın fəaliyyyəti istiqmətində qarşıya çıxan maneələrin aradan qaldırılması ali məqsədimizdir. "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” layihəsi də bu məqsədə xidmət edir”.

C.Musaoğlu sonda onu da bildirib ki, layihənin uğurlu icrasında Şuranın brendi olan SƏLİS Xidmət portalının rolu çox böyükdür: "SƏLİS” vasitəsi ilə icra olunan layihənin səlis şəkildə həyata keçirilməsi qaçılmaz reallığa çevrilib”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

08 İyul 2020, 17:21 (GMT +4)
Kanye Vest prezidentliyə namizədliyini irəli sürəcək

08 İyul 2020, 17:15 (GMT +4)
“AzərEnerji” daha bir əhəmiyyətli layihə reallaşdırır

08 İyul 2020, 17:00 (GMT +4)
KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

08 İyul 2020, 16:48 (GMT +4)
İran vurulan təyyarənin kompensasiyası ilə bağlı Ukrayna ilə danışıqlar təklifini rədd edib

08 İyul 2020, 16:46 (GMT +4)
DİM: İyulun 10-da qəbul imtahanları keçiriləcək

08 İyul 2020, 16:44 (GMT +4)
Türkiyə Dəniz Qüvvələri Liviya suları yaxınlığında böyük hərbi təlim keçirir

08 İyul 2020, 16:32 (GMT +4)
“Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb

08 İyul 2020, 16:20 (GMT +4)
Bakıda karantini pozan taksi sürücüsü saxlanılıb

08 İyul 2020, 16:20 (GMT +4)
Kreml Safronovun işi ilə bağlı açıqlama verib

08 İyul 2020, 16:03 (GMT +4)
Baş Prokurorluq: Orkestrin bədii rəhbəri rüşvətə görə həbs edilib

08 İyul 2020, 16:00 (GMT +4)
Ölkə ərazisində havanın temperaturu 6-8 dərəcə enəcək (XƏBƏRDARLIQ)

08 İyul 2020, 15:53 (GMT +4)
Çeçenistanda yenidən toyların banket zallarında keçirilməsinə icazə verilib

08 İyul 2020, 15:51 (GMT +4)
Suriya və İran arasında hərbi əməkdaşlıq üzrə yeni anlaşma imzalanıb

08 İyul 2020, 15:39 (GMT +4)
Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib 

08 İyul 2020, 15:25 (GMT +4)
Müdafiə Sənayesi nazirinə yeni müavin təyin edilib

08 İyul 2020, 15:17 (GMT +4)
ÇXR-də 2.3 milyondan çox insan leysan yağışlarına görə fəlakət bölgəsində qalıb

08 İyul 2020, 15:00 (GMT +4)
Qəbələdə dağlıq ərazidə yanğın başlayıb

08 İyul 2020, 14:49 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 12 mini ötüb

08 İyul 2020, 14:40 (GMT +4)
Almaniyada son sutkada 397 COVID-19-a yoluxma qeydə alınıb

08 İyul 2020, 14:33 (GMT +4)
KOBİA sahibkarlara müraciət edib

08 İyul 2020, 14:15 (GMT +4)
Ağcabədidə top mərmisi tapılıb

08 İyul 2020, 14:05 (GMT +4)
ABŞ Çin rəsmilərinə qarşı sanksiyalar tətbiq edir

08 İyul 2020, 13:48 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 İyul 2020, 13:32 (GMT +4)
İran Kiş adasının Çinə verilməsi iddiasını təkzib edib

08 İyul 2020, 13:30 (GMT +4)
Rusiyada son sutkada 6,5 mindən çox insan COVID-19-a yoluxub  

08 İyul 2020, 13:20 (GMT +4)
Azərbaycanın baş epidemioloqu vəzifəsindən ayrılıb

08 İyul 2020, 13:08 (GMT +4)
Professor Mehmet Ceyhan: Amöb hüceyrəsinə Türkiyədə də rast gəlinib

08 İyul 2020, 13:02 (GMT +4)
KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

08 İyul 2020, 12:53 (GMT +4)
Əfqanıstanda koronavirusa yoluxanların sayı 33 mini ötüb

08 İyul 2020, 12:39 (GMT +4)
Gürcüstanda meşə yanğınlarının söndürülməsinə helikopterlər cəlb edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66