Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərbaycan Dəmir Yolları” QSC könüllülər üçün təcrübə proqramı elan edib

25 Sentyabr 2019, 14:45 (GMT +4)

Bakı, 25 sentyabr, SalamNews. “Azərbaycan Dəmir Yolları” QSC könüllülər üçün təcrübə proqramı elan edib.

QSC-dən SalamNews-a verilən məlumata görə, proqram çərçivəsində xidməti müqavilə ilə cəlb ediləcək gənclərdən heç bir ixtisas və iş təcrübəsi tələb edilmir.

Proqramda bütün ali məktəblərin bakalavr pilləsində təhsil alan gənclər iştirak edə bilərlər.

Təcrübəçilərə aylıq 150 AZN xidmət haqqı ödəniləcək.

Onlar işə başlamazdan əvvəl adaptasiya təlimi, fərdi inkişaf təlimləri (müsahibə bacarıqları təlimi, korporativ işgüzar münasibətlər təlimi, vaxtın idarə olunması, konfliktlərlə iş, stressin idarə olunması), SƏMTTE (Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya) təlimləri və fəaliyyət göstərəcəkləri sahə üzrə təlimlərə cəlb olunacaq.

Proqramda 17-27 yaş aralığında olan fəal gənclərə üstünlük verilir.

Gənclər qeyri-dərs vaxtlarında stansiya daxilində və xaricində xidmət göstərəcəkdir.

Proqramda iştirak edəcək gənclərdə səmərəli ünsiyyət qurmaq bacarığı, nizam-intizamlılıq, məqsədyönümlülük, nəticəyönümlülük, komanda ilə işləyə bilmək kimi fərdi keyfiyyətlərin olması arzu edilir.

Təcrübəçilərdən gözlənilən xidmətlər aşağıdakılardır:

Dəmir yolu vağzalında vətəndaşların qarşılanması;

Elektron lövhələrdən istifadə olunmasında sərnişinlərə köməkliyin göstərilməsi;

Tablet və ya telefon vasitəsilə yaxınlaşan sərnişinlərə onlayn bilet almaqda köməkliyin göstərilməsi və ya kassalara yönləndirilməsi;

Sərnişinlərdən gələn irad və təkliflərin dinlənilməsi, müvafiq qaydada qeydlərin aparılması;

“Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqədar müxtəlif sosial monitorinqlərin aparılması;

Növbələrin təşkili;

Qatarlarda və vağzallarda sorğuların keçirilməsi.

Proqramın müddəti 3 ay davam edəcək. Həmin müddəti bitirən təcrübəçilərə təşəkkürnamə və xüsusi seçilən təcrübəçilərə fərqlənmə sertifikatı veriləcək.

Müraciətlər bu il oktyabrın 7-dək qəbul olunacaq.

Proqrama qoşulmaq istəyən tələbələr “Azərbaycan Dəmir Yolları” QSC-nin “Vakansiyalar” bölməsində “Təcrübəçi” vakansiyası üzrə müraciət edə bilərlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ADY: Bakı-Sumqayıt-Bakı marşrutunda sərnişin sıxlığı iki dəfə artıb

“Azərbaycan Dəmir Yolları” QSC–də “ADY Konteyner” MMC yaradılıb

Ermənistan SQ-nin Baş qərargah rəisi Nalbadyanın açıqlamasına etiraz edib

"ADY Express" "Şimal-Cənub" marşrutu ilə dəmiryolu yükdaşımalarına start verib

Türkiyə prezidentinin HHQ üzrə adyutantı saxlanılıb 

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

“ADY Express”in pavilyonu Bakıda keçirilən sərgidə daha çox ziyarətçi toplayıb

05 Dekabr 2019, 19:03 (GMT +4)
Prezident Şamaxıda «ASAN Həyat» kompleksinin açılışında iştirak edib

05 Dekabr 2019, 18:30 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

05 Dekabr 2019, 18:01 (GMT +4)
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

05 Dekabr 2019, 17:51 (GMT +4)
Əbülfəz Xamedov: Qazaxıstanda Ulu Öndərin adına park salınacaq

05 Dekabr 2019, 17:46 (GMT +4)
Nazir müavini Məhəbbət Vəliyeva Beyləqana səfər edib

05 Dekabr 2019, 17:44 (GMT +4)
Kembricdə ekoloji cəhətdən təmiz materiallardan məscid inşa edilib

05 Dekabr 2019, 17:29 (GMT +4)
Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək

05 Dekabr 2019, 17:27 (GMT +4)
Netanyahu və Pompeo «İran İmperiyasının zəiflədilməsi»ni müzakirə ediblər

05 Dekabr 2019, 17:11 (GMT +4)
Rusiya istehsalı MiG-29 qırıcısı Misirdə qəzaya uğrayıb

05 Dekabr 2019, 17:09 (GMT +4)
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib

05 Dekabr 2019, 16:57 (GMT +4)
Parisdə "sarı jiletlilər"in yürüşü başlayıb

05 Dekabr 2019, 16:56 (GMT +4)
Azərbaycan gömrükçüləri 142 ədəd metadon həbini dövriyyədən çıxarıb

05 Dekabr 2019, 16:37 (GMT +4)
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib

05 Dekabr 2019, 16:34 (GMT +4)
Qubada polis həmkəndlisinin evindən oğurluq edən şəxsi saxlayıb

05 Dekabr 2019, 16:29 (GMT +4)
“AtaBank” əmanətçiləri sevindirməyə davam edir

05 Dekabr 2019, 16:28 (GMT +4)
İş adamı: «AgroBirja»nın iş prinsipi bazarın individuallığı və spesifikliyinə görə formalaşır

05 Dekabr 2019, 16:18 (GMT +4)
"Furkan" vəqfinin qurucusu Alparslan Kuytul azadlığa buraxılıb

05 Dekabr 2019, 16:16 (GMT +4)
Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib

05 Dekabr 2019, 16:13 (GMT +4)
Bağdad və Kərbəlada iğtişaşları pisləyən aksiyalar keçirilib (FOTO)

05 Dekabr 2019, 16:03 (GMT +4)
“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək

05 Dekabr 2019, 15:43 (GMT +4)
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır - Çavuşoğlu

05 Dekabr 2019, 15:38 (GMT +4)
AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

05 Dekabr 2019, 15:33 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi 1500-dən çox ağac əkiblər

05 Dekabr 2019, 15:23 (GMT +4)
“Turizm Könüllüləri” Təşkilatı geniş ictimaiyyətə təqdim edilib

05 Dekabr 2019, 15:05 (GMT +4)
Xırdalanda elektrik təchizatın yaxşılaşdırılması məqsədilə iki yarımstansiya tikilib

05 Dekabr 2019, 15:04 (GMT +4)
Məşhəddə prospektin üzərindən keçən piyada körpüsü uçub, yaralananlar var

05 Dekabr 2019, 14:54 (GMT +4)
Balakənddə qanunsuz olaraq at əti satan şəxs saxlanılıb

05 Dekabr 2019, 14:53 (GMT +4)
Kolumbiyada hökumət əleyhinə etiraz aksiyaları səngimir 

05 Dekabr 2019, 14:23 (GMT +4)
Xorvatiyalı və belaruslu qonaqlar “ASAN xidmət”də olub

05 Dekabr 2019, 14:20 (GMT +4)
Türkiyə ilə Qazaxıstan hərbi əməkdaşlığı inkişaf etdirir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66