Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Elməddin Əliyev: Həkimlik peşəsinin ən çətin məqamı ürək cərrahiyyəsi olan hissəsidir

25 Sentyabr 2019, 15:13 (GMT +4)

Bakı, 25 sentyabr, SalamNews. Dr. Elməddin Əliyev 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında şöbə rəisi, uzman ürək-damar cərrahı kimi çalışır. Dr.Elməddin Əliyev 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirdikdən sonra 2007-2013-cü illərdə Ege Universitetinin ürək-damar cərrahiyyəsi fakültəsində təhsilini davam etdirmişdir. O, 2011-ci ildə ABŞ-ın  Texas A&M Universitetində süni ürək proqramında çalışmış, 2012-ci ildə  SCOTT & WHITE hospitalında kardiotorakal cərrahiyyə kursu keçmişdir. 2013-2014-cü illərdə  Ege Universiteti ürək-damar cərrahiyyəsi kafedrasında ürək cərrahı kimi çalışmışdır. Dr.Elməddin Əliyev daim öz üzərində çalışan, dünya tibbinin nailiyyətlərini izləyən və təcrübəsində bu nailiyyətlərdən yararlanan bir həkimdir. O, Türk Ürək-Damar cəmiyyətinin üzvüdür.

- Siz Mərkəzi Gömrük Hospitalında işlədiyiniz illərdə uğurlu cərrah kimi tanınmısınız. Bəs Sizin cərrah kimi yetişməyiniz necə baş verib?

- Düşünürəm ki, istənilən peşə sahibinin yetişməsində onun ilk müəllimləri valideynləri olur. Mən özüm həkim ailəsində böyümüşəm - atam həkim olub.  Məktəb illərindən inanırdım ki, mən də həkim olacağam. Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirdikdən sonra təhsilimi Türkiyədə davam etdirdim. 2007-2013 illərdə Ege Universitetində ürək-damar cərrahiyyəsi üzrə uzmanlıq təhsilimi aldım. Türkiyədə oxuduğum müddət ərzində peşəkar həkimlərin təcrübələrindən faydalandım, Ege Universitetinin tanınmış professorları Dr. Mustafa Özbaran və Dr. Anıl Ziya Apaydından bir sıra biliklər əldə etdim. Sözsüz ki, bu gün uğurlu cərrah kimi fəaliyyət göstərməyimdə müəllimlərimin xüsusi zəhməti var.

- Beş ildən artıqdır ki, Mərkəzi Gömrük Hospitalında işləyirsiniz. Bu illər ərsində təxminən nə qədər cərrahi əməliyyat icra etmisiniz?

2014-cü ildə Gömrük Hospitalına işə dəvət almağım mənim üçün çox böyük şərəf və işimə verilən dəyər idi. Çünki bu Hospital Azərbaycanda aparıcı tibb müəssisələrindən biridir. Baş həkimin və xəstəxana kollektivinin dəstəyi sayəsində mən çox qısa müddət ərzində təcrübə qazanıb uzun təhsil illərində əldə etdiyim bacarıqlarımı nümayiş etdirə bildim. İşlədiyim 5 il ərzində bu Hospitalda təxminən 500-ə yaxın açıq ürək əməliyyatı həyata keçirmişəm.

- Sizə daha çox hansı xəstəliklərlə, qüsurlarla müraciət edirlər?

- Türkiyədə oxuyarkən mən həm böyüklərdə, həm uşaqlarda olan ürək xəstəliklərinin cərrahiyəsi ilə bağlı təhsil almışam. Lakin hazırda Mərkəzi Gömrük Hospitalında məhz böyüklər üzərində cərrahi əməliyyatları icra edirəm. Mənə ən çox edilən müraciətlər isə xəstələrin ürəyini qidalandıran tac damarının müalicəsi ilə bağlıdır. Bundan başqa ürəyin magistral damarlarının tutulması ilə də bağlı müraciət edirlər. Eyni zamanda, ürəyin daxilində olan qapaqların darlıqları, çatışmazlıqları, həmçinin anadangəlmə ürək problemi olan xəstələr də müraciət edir. Bütün bu hallarda biz xəstələri cərrahi yolla müalicə edirik. Onu da deyim ki, Gömrük Hospitalında bu əməliyyatları icra etmək üçün müasir tələblərə uyğun olan hər bir şərait var.

- Xəstələrinizdən (və ya icra etdiyiniz əməliyyatlardan) hansı daha çox yadınızda qalıb və nəyə görə?

- Ürək cərrahiyyəsi digər cərrahiyyələrə nisbətən daha böyük və mürəkkəb prosesdir. Ona görə də hər bir xəstə üzərində aparılan cərrahi əməliyyat və əməliyyatdan sonrakı dövr bizim üçün bir iz buraxır. Heç də təəccüblü deyil ki, mənim ən çox yadımda qalan pasiyentlər - ilk cərrahiyyə əməliyyatı icra etdiyim xəstələrdir. Mən Türkiyədə təhsil aldığım zaman 27 yaşım var idi. İlk cərrahiyyə əməliyyatımı da həmin dövrdə icra etmişdim. Cərrahiyə elədiyim insan xroniki dializ xəstəsi idi. Kifayət qədər riskli xəstə idi. Biz də bu xəstə üzərində uğurla cərrahiyyə əməliyyatı etdik. Bu əməliyyat mənə özümə inam verdi, öz bilik və bacarıqlarıma əminliyimi artırdı, düzgün peşə seçməyimdə yanılmadığıma inandırdı. 27 yaşında ilk dəfə olaraq açıq ürək əməliyyatı etmək mənim üçün böyük məsuliyyət və bir stimul oldu. Bir məqamı da xüsusi qeyd etmək istərdim. Biz Türkiyədə cərrahiyyə əməliyyatları icra edərkən arxamızda həmişə bir peşəkar dəstək hiss edirdik, çətinliklə üzləşdikdə hocalarımıza güvənirdik. Göstərdikləri köməyə, dəstəyə görə mən hörmətli professorlarıma həmişə minnətdaram. Mənim peşəkar kardiocərrah kimi yetişməyimdə onların böyük rolu olub.


- Cərrahın uğuru – həm də onun komandasının uğurudur. Komandanız haqqında bir qədər danışın, zəhmət olmazsa.

- İstənilən cərrahi müdaxilə bir komandanın vahid işini tələb edir. Kardiocərrahiyyədə isə, bu, daha da önəmlidir. Komandamızda açıq ürək əməliyyatını icra etmək üçün 12 nəfər peşəkar var. Mən fürsətdən istifadə edərək komandamızın bütün üzvlərinə - əməliyyatda mənə kömək edən assistent cərrahlara, narkoz verən anestezioloqlara, əməliyyatdan sonra xəstələrimi aparan reanimatoloqlara, şöbədə həmin xəstələri nəzarət edən növbətçi həkimlərə, onlara xidmət edən tibb bacılarımıza, kiçik tibb işçilərimizə böyük və çətin işlərinə görə dərin təşəkkürümü bildirmək istəyirəm.

- Biz bilirik ki, Mərkəzi Gömrük Hospitalı bu yaxınlarda Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun tərəfdaşı olub. Bu tərəfdaşlıq konkret olaraq Sizin planlarınıza öz təsirini göstərəcəkmi?

- Bəli,  bu ilin may ayında Gömrük Hospitalı Türkiyənin məşhur Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb. İnanıram ki, ikitərəfli əməkdaşlıq bizim üçün çox prespektivli olacaq. Düşünürəm ki, hər iki tərəfin təşkil etdiyi seminarlarda, konfranslarda, həmçinin, təcrübə mübadiləsi məqsədilə təşkil olunacaq təlimlərdə, təkmilləşdirmə kurslarında iştirak etməklə, mən də bu əməkdaşlıqdan xeyli yararlanacağam.

- Maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm.

- Çox sağolun.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mərkəzi Gömrük Hospitalı Teletibb xidməti göstərir

Mərkəzi Gömrük Hospitalının oftalmoloqu canlı yayımda çıxış edəcək

Mərkəzi Gömrük Hospitalı Teletibb xidmətinə başlayıb

Mərkəzi Gömrük Hospitalı “üz sipəri” ilə təmin olunub

Mərkəzi Gömrük Hospitalı aztəminatlı ailələrə yardım ediblər (FOTO, VİDEO)

Mərkəzi Gömrük Hospitalında PZR laboratoriyası fəaliyyətə başlayıb

Mərkəzi Gömrük Hospitalında yeni MRT cihazı istifadəyə verilib

Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək

Mərkəzi Gömrük Hospitalında qaraciyərin müasir metodla müayinəsi aparılır

Emin Hacıbalayev: Son 5 ildə Mərkəzi Gömrük Hospitalında 1000-ə yaxın invaziv ürək əməliyyatı icra etmişəm

Könüllü gömrükçülər Mərkəzi Gömrük Hospitalında fəaliyyətə başlayıb

19 Sentyabr 2020, 17:12 (GMT +4)
"Xəzəri qoruyaq" təmizlik aksiyaları keçirilib

19 Sentyabr 2020, 17:00 (GMT +4)
Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi

19 Sentyabr 2020, 16:58 (GMT +4)
ÜST COVID-19-dan ölüm göstəricisinin yüksək olmasını  qəbuledilməz adlandırıb

19 Sentyabr 2020, 16:52 (GMT +4)
Azərbaycanda daha 148 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib

19 Sentyabr 2020, 16:24 (GMT +4)
Əlilliklə bağlı layihə hökumətə təqdim edilib

19 Sentyabr 2020, 16:18 (GMT +4)
Navalnı komadan çıxdıqdan sonrakı bərpa prosesindən danışıb

19 Sentyabr 2020, 16:10 (GMT +4)
Milli Kimlik araşdırmaları hazırlanır

19 Sentyabr 2020, 16:06 (GMT +4)
Nyu-Yorkda Səudiyyə koalisiyasının Yəmənə müdaxiləsinə görə etiraz aksiyası keçirilib

19 Sentyabr 2020, 16:01 (GMT +4)
DİN: Kolleclərə qəbul olunanların 20 faizi qeydiyyatdan keçib

19 Sentyabr 2020, 15:51 (GMT +4)
Atlantik okeanında yeni tropik fırtına əmələ gəlib

19 Sentyabr 2020, 15:18 (GMT +4)
Reuters: AB Lukaşenkoya vaxt verib

19 Sentyabr 2020, 15:15 (GMT +4)
ASCO 75 tələbəyə xüsusi təqaüd verəcək

19 Sentyabr 2020, 15:06 (GMT +4)
Beyrut partlayışı nəticəsində itkin düşənlərin son sayı açıqlanıb

19 Sentyabr 2020, 15:01 (GMT +4)
Jirinovski Lenini krimasiya etməyi təklif edib

19 Sentyabr 2020, 14:45 (GMT +4)
Bu il Azərbaycanda 70 min 390 körpə doğulub

19 Sentyabr 2020, 14:23 (GMT +4)
Türkiyə Rusiya istehsalı koronavirus peyvəndinin sınaqlarının başlayacağı tarixi açıqlayıb

19 Sentyabr 2020, 14:20 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 24 mini ötüb

19 Sentyabr 2020, 14:15 (GMT +4)
Startap hərəkatı barədə onlayn konfrans keçirilib (FOTO)

19 Sentyabr 2020, 14:02 (GMT +4)
Aqrar sığorta ekspertləri üçün imtahanlar başlayır

19 Sentyabr 2020, 13:44 (GMT +4)
Fransa ABŞ-ın Hizbullah-la bağlı iddiasını təkzib edib

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Naməlum şəxs ABŞ səfirinin Moskvadakı iqamətgahının ərazisinə soxulub

19 Sentyabr 2020, 13:41 (GMT +4)
Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılova həsr olunan film çəkilib

19 Sentyabr 2020, 13:35 (GMT +4)
AzTU-ya qəbul olunan abituriyentlərin qeydiyyatı onlayn aparılacaq

19 Sentyabr 2020, 13:16 (GMT +4)
Qvatemala prezidenti koronavirusa yoluxub

19 Sentyabr 2020, 13:13 (GMT +4)
Ölkədə iqtisadi fəal əhalinin sayı açıqlanıb

19 Sentyabr 2020, 13:00 (GMT +4)
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

19 Sentyabr 2020, 12:51 (GMT +4)
Tramp Suriyadakı planını yenidən açıqlayıb: Neftlə bağlı kürdlərlə anlaşacağıq

19 Sentyabr 2020, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

19 Sentyabr 2020, 12:42 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 1,1 milyona yaxınlaşıb

19 Sentyabr 2020, 12:39 (GMT +4)
Bakıda güclü yanğın olub (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66