Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AQTA leş ətlə bağlı yayılan bəzi məlumatlara rəsmi aydınlıq gətirib

25 Sentyabr 2019, 17:17 (GMT +4)

Bakı, 25 sentyabr, SalamNews. Bir sıra sosial şəbəkə səhifələrində leş əti satan və ya qanunsuz fəaliyyət göstərən hansısa müəssisənin məhsullarına Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “sertifikat”ların verilməsi ilə bağlı reallığı əks etdirməyən, əsassız məlumatlar yayılmaqdadır.

AQTA-nın Mətbuat xidmətindən SalamNews-a bildirilib ki, həqiqəti əks etdirməyən, insanlar arasında təşviş və çaşqınlıq yaradan bu cür böhtan xarakterli məlumatlar son illər əhalinin təhlükəsiz qida ilə təmin olunması istiqamətində hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlarla birgə görülən irimiqyaslı işlərə, ortaya qoyulan nəticələrə kölgə salmaq məqsədi daşıyır:

"Həqiqəti əks etdirməyən, insanlar arasında təşviş və çaşqınlıq yaradan bu cür böhtan xarakterli məlumatlar son illər əhalinin təhlükəsiz qida ilə təmin olunması istiqamətində hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlarla birgə görülən irimiqyaslı işlərə, ortaya qoyulan nəticələrə kölgə salmaq məqsədi daşıyır.

AQTA fəaliyyətə başladığı gündən etibarən qida məhsullarının dövlət gigiyena qeydiyyatına alınaraq sertifikatlaşdırılması proseduru qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı ilə əvəz olunub. Bu, bir daha hansısa heyvan kəsimi və ictimai iaşə müəssisəsində emal olunan qida məshullarına AQTA tərəfindən sertifikatın verilməsi ilə bağlı yayılan xəbərin absurd və əsassız olduğunu sübut edir.

Məlum olduğu kimi 1 iyul 2018-ci il tarixindən etibarən AQTA tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatı həyata keçirilir və onlara reyestrdən çıxarışlar təqdim olunur. Eyni zamanda həmin sahibkarlıq subyektlərinin fəaliyyət istiqamətinə uyğun risk dərəcələri müəyyənləşdirilir və buna görə dövri olaraq nəzarət tədbirləri həyata keçirilir. Nəzarət tədbirləri zamanı həmin müəssisələrdə AQTA mütəxəssisləri tərəfindən qanunsuz hallar aşkar olunduqda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür. Yəni qida təhlükəsizliyi qeydiyyatından keçmiş istənilən sahibkarlıq subyektinin gələcəkdə hər hansı qanunsuz əməllərlə məşğul olmayacağı üçün bu bir əsas deyil və elə buna görə də həmin sahibkarlıq subyektlərində dövri olaraq yoxlama-nəzarət tədbirləri həyata keçirilir.

Məlumat üçün bildiririk ki, Agentlik fəaliyyətə başladığı ilk gündən etibarən qanunsuz heyvan kəsimi fəaliyyəti və mənşəyi məlum olmayan ətlərin dövriyyədən çıxarılması istiqamətində mütəmadi nəzarət tədbirləri, reydlər həyata keçirir və bu cür qanunsuz fəaliyyətlərə qarşı qətiyyətli mübarizə bundan sonra da davam etdiriləcək. Təkcə onu deyə bilərik ki, AQTA əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində 2019-cu ilin yanvar-sentyabr ayları ərzində insan sağlamlığı üçün təhlükə yaradan 90 ton 294,649 kq ət və ət məhsulları dövriyyədən çıxarılaraq məhv edilib, bu kimi qanunsuz fəaliyyətlə məşğul olan onlarla şəxs haqqında məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunub.

Xüsusi ilə qeyd etmək lazımdır ki, son günlər ictimaiyyət tərəfindən geniş maraq və nifrət doğuran “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov və onun cinayətkar dəstəsi də elə həmin məlumatların hüquq-mühafizə orqanlarına ötürülməsi və birgə keçirilən tədbirlər nəticəsində ifşa edilib".

Agentlik bir daha bəyan edir ki, dövlət orqanının fəaliyyətinə dair rəsmi mövqeyə və faktlara əsaslanmayan, böhtan xarakterli, bu cür sifarişli məlumatların yayımlanması görülən əsaslı işlərə kölgə salmaq, insanlar arasında təşviş, eləcə də çaşqınlıq yaratmaq məqsədi daşıyır və qətiyyən yolverilməzdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AQTA-da növbəti "Açıq qapı"-laboratoriyaların qapıları vətəndaşların üzünə açılıb

AQTA Qax məktəbliləri ilə görüş keçirib

AQTA heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi ilə bağlı yenilikləri açıqlayıb

AQTA sədri: "Quş qripi" ilə bağlı 12 ölkədən gətirilən məhsullara qadağa qoyulub

AQTA il ərzində məhv edilən qida məhsullarının həcmini açıqlayıb

AQTA koronavurusa qarşı mübarizə tədbirlərini gücləndirib

AQTA koronavirus epidemiyası ilə bağlı sahibkarlara müraciət edib

AQTA və ETSN birgə məlumat yayıb

AQTA “Könüllü Qida Nəzarətçi”lərinin təlimlərinə başlayıb

AQTA ölkəyə quşçuluq məhsulları idxalı edən sahibkarlara müraciət edib

AQTA koronavirusla bağlı nəzarət tədbirlərini gücləndirib

AQTA sahibkarlara müraciət edib

AQTA növbəti reyd keçirib

Ötən il AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olub

AQTA 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib

2019-cu ildə AQTA beynəlxalq qurumlarla əməkdaşlığı genişləndirib

AQTA vətəndaşlara çağırış edib

AQTA: Bəzi xəbər saytları ucuz reytinq əldə etmək üçün təhrif edilmiş məlumatlar yayırlar

AQTA apteklərdə “Foden” əmtəə nişanlı qida əlavəsinin saxtalaşdırıldığını aşkarlayıb

AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayır

23 Fevral 2020, 15:27 (GMT +4)
Azərbaycan XİN koronavirusla bağlı İrana səfər edən vətəndaşlara xəbərdarlıq edib

22 Fevral 2020, 19:42 (GMT +4)
Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib (FOTO)

22 Fevral 2020, 17:02 (GMT +4)
Prezident yol tikintisi işçilərini təltif edib

22 Fevral 2020, 16:59 (GMT +4)
Tərtərdə qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

22 Fevral 2020, 16:57 (GMT +4)
Qubada iki şəxs narkotiklə saxlanılıb

22 Fevral 2020, 16:50 (GMT +4)
İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

22 Fevral 2020, 16:49 (GMT +4)
Beynəlxalq Dəməşq-Hələb yolu rəsmən istifadəyə verilib

22 Fevral 2020, 16:42 (GMT +4)
Yanvarda Azərbaycan Aİ ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

22 Fevral 2020, 16:30 (GMT +4)
MSK-nın iclası başlayıb

22 Fevral 2020, 16:28 (GMT +4)
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

22 Fevral 2020, 16:16 (GMT +4)
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

22 Fevral 2020, 16:06 (GMT +4)
Hələbdə radikal qruplaşmalardan azad edilən bölgədə böyük həbsxana aşkarlanıb (VİDEO)

22 Fevral 2020, 16:04 (GMT +4)
"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

22 Fevral 2020, 15:54 (GMT +4)
Sumqayıtda restoran yaxınlığında qumbara aşkarlanıb

22 Fevral 2020, 15:34 (GMT +4)
“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq

22 Fevral 2020, 15:28 (GMT +4)
Qüdsdə İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub (VİDEO)

22 Fevral 2020, 15:22 (GMT +4)
İndoneziyanın paytaxtı leysan yağışları səbəbindən su altında qalıb

22 Fevral 2020, 15:11 (GMT +4)
Azərbaycan koronavirus epidemiyasına görə İranla sərhəddə nəzarəti gücləndirib

22 Fevral 2020, 15:00 (GMT +4)
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

22 Fevral 2020, 14:48 (GMT +4)
Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22 Fevral 2020, 14:46 (GMT +4)
Misir məhkəməsi Hüsni Mübarəkin oğullarına bəraət verib

22 Fevral 2020, 14:36 (GMT +4)
Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan şəhid dəfn edilib

22 Fevral 2020, 14:26 (GMT +4)
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

22 Fevral 2020, 14:23 (GMT +4)
İtaliyada koronavirus qurbanlarının sayı ikiyə yüksəlib 

22 Fevral 2020, 14:10 (GMT +4)
Səfər Mehdiyev: Könüllü gömrükçülər gömrük orqanlarında işlə təmin olunub

22 Fevral 2020, 14:01 (GMT +4)
“Nar”ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22 Fevral 2020, 13:58 (GMT +4)
Si Sinpin göstərdiyi köməyə görə "Microsoft"a təşəkkür edib

22 Fevral 2020, 13:38 (GMT +4)
Sabah Azərbaycanda 20 dərəcəyə yaxın isti gözlənilir

22 Fevral 2020, 13:28 (GMT +4)
İranda koronavirusa yoluxduğu təsdiqlənənlərin sayı 28-ə çatıb

22 Fevral 2020, 13:18 (GMT +4)
"Washington Post" Sandersin Rusiyadan dəstək alması haqqında məlumat əldə edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66