Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Görkəmli dilçi-alim Afad Qurbanovun anım günüdür

26 Sentyabr 2019, 09:51 (GMT +4)

Bakı, 26 sentyabr, SalamNews. Azərbaycanın görkəmli dilçi-alimi, filologiya elmləri doktoru, professor, hazırkı Latın qrafikalı Azərbaycan əlifbasının müəllifi Afad (Alıfuad) Qurbanovun ölümündən 10 il keçir.

SalamNews xatırladır ki, Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib.

O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981-1989-cu illərdə APİ-nin rektoru olub. 1990-1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır.

XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.

Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun təşəbbüsü ilə 1990-cı il 1 avqust tarixində Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilmişdir.

Afad Qurbanov latın qrafikası əsasında yeni müstəqil əlifbamızın layihəsini Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla hazırlamış və Komissiyanın müzakirəsinə vermişdir. Sonradan televiziya və mətbuat vasitəsi ilə müasir əlifbamızın layihəsi ictimaiyyətə çatdırılmış, geniş müzakirə olunaraq 1992-ci ildə qəbul olunmuşdur.

XX əsrin 20-ci illərində Azərbaycanda istifadə olunan latın qrafikalı əlifba böyük mütəfəkkir M.F.Axundovun ideyası əsasında yaradıldığı halda, hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası Afad Qurbanovun adı ilə bağlıdır.

Ümumxalq sərvətimiz olan bügünkü əlifba bu yorulmaz insanın, xalqını dərindən sevən fəal vətəndaşın, dilçilik elmimizin korifeyi, məşhur dilçimiz akademik Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir.

Elmi yaradıcılığa "Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə və qalıqlarına qarşı mübarizə" (1956) adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında "Dilçiliyin sistemi" (1976), "Dilçiliyin tarixi" (1976), "Müasir Azərbaycan ədəbi dili" (1967, 1985), "Bədii mətnin linqvistik təhlili" (1986), "Azərbaycan onomastikası" (1986), "Azərbaycan dilinin onomalogiyası" (1988), "Ümumi dilçilik", I-II cildlər (1989-1993), "Dünyanın dil ailələri" (1994) və s. kimi sanballı əsərləri ilə məşhurdur.

Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyi "Müasir Azərbaycan ədəbi dili" kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilmişdir. Əsər barədə akademik A.N.Kononovun fikri maraqlıdır: "A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır".

A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə yayılıb. Görkəmli dilçi son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.

Görkəmli alim Azərbaycan elmindəki rolu və nüfuzu sayəsində 1981-1983-cü illərdə APİ-də (ADPU-da) filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri olmuşdur.

Afad Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Afad Qurbanovun 90 illik yubileyinə həsr olunan respublika elmi konfransı keçirilib

Afad Qurbanovun yubileyi münasibətilə elmi konfrans keçiriləcək

“Türkologiyamızın Afad Qurbanovu” kitabının geniş təqdimatı keçirilib

Müasir Azərbaycan əlifbasının müəllifi görkəmli dilçi-alim Afad Qurbanovun 90-illik yubileyidir

“Dilçilik elmində Afad Qurbanov irsi” kitabının təqdimatı olub

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

20 Noyabr 2019, 17:45 (GMT +4)
Türkiyə ilə Avropa arasındakı yaxınlaşma Avropanın maraqlarına cavab verir - nazir

20 Noyabr 2019, 17:41 (GMT +4)
Azərbaycan benzin istehsalını azaldıb

20 Noyabr 2019, 17:31 (GMT +4)
Putin: Rusiya Avropa Birliyinin qorunmasında maraqlıdır

20 Noyabr 2019, 17:25 (GMT +4)
İran ABŞ-ın mənafeyini təmsil edən İsveçrə səfirini XİN-ə çağırıb

20 Noyabr 2019, 17:23 (GMT +4)
İnvestorlar Türkiyə iqtisadiyyatına etibar etməlidirlər - Ərdoğan

20 Noyabr 2019, 17:14 (GMT +4)
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

20 Noyabr 2019, 17:01 (GMT +4)
Liviyada bir hərbi təyyarə vurulub, ölənlər var

20 Noyabr 2019, 16:52 (GMT +4)
Rusiya prezidenti: Rusiya və ABŞ bir çox məsələdə "pis-yaxşı" əməkdaşlıq edir

20 Noyabr 2019, 16:41 (GMT +4)
Caspian European Club üzvləri “İNNOLAND”da olublar

20 Noyabr 2019, 16:25 (GMT +4)
Putin Zelenski haqqında: Məncə yaraşıqlı, səmimi insandır

20 Noyabr 2019, 16:19 (GMT +4)
Energetika naziri ABŞ-a gedir

20 Noyabr 2019, 16:15 (GMT +4)
Yəmənli uşaqları unutmamalıyıq - Real Madridin kapitanı

20 Noyabr 2019, 16:03 (GMT +4)
Sabunçu rayonunda avtomobil yolları, su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

20 Noyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Ankara Suriyadakı vəziyyətə görə Moskvaya qarşı ittihamları anlaşılmazlıq adlandırıb

20 Noyabr 2019, 15:45 (GMT +4)
AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

20 Noyabr 2019, 15:36 (GMT +4)
NATO ittifaq ölkələrində "Krım ssenarisinin" təkrarlanmasına imkan verməyəcəyinə söz verib

20 Noyabr 2019, 15:15 (GMT +4)
Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb

20 Noyabr 2019, 15:03 (GMT +4)
İranın Ərdəbil və Həmədan şəhərlərində iğtişaşları pisləyən mitinqlər keçirilib (FOTO)

20 Noyabr 2019, 15:02 (GMT +4)
4 rayonda "ASAN Xidmət" kompleksi açılacaq

20 Noyabr 2019, 14:46 (GMT +4)
Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva Dmitri Medvedev ilə ikitərəfli münasibətləri müzakirə edəcək

20 Noyabr 2019, 14:45 (GMT +4)
İnsanlara ideal və ya ən azı minimum parametrləri açıq şəkildə göstərmək lazımdır (MƏQALƏ)

20 Noyabr 2019, 14:40 (GMT +4)
AzMİU beynəlxalq əlaqələrini genişləndirir

20 Noyabr 2019, 14:39 (GMT +4)
“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib

20 Noyabr 2019, 14:37 (GMT +4)
AzTU ilə Brandenburq Texniki universiteti arasında razılıq əldə edilib

20 Noyabr 2019, 14:30 (GMT +4)
Daha 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə verilib

20 Noyabr 2019, 14:13 (GMT +4)
Azərbaycanda “Xocalı” futbol klubu yaradılıb

20 Noyabr 2019, 14:06 (GMT +4)
Fələstinin İordan Vadisi bölgəsinin İsrailə əlavə edilməsi üçün addımlar atılır

20 Noyabr 2019, 13:53 (GMT +4)
Masallıya yeni icra başçısı təyin olunub

20 Noyabr 2019, 13:53 (GMT +4)
Ukrayna Krım limanlarındakı əmlaklar üçün Rusiyadan təzminat tələb edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66