Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin yaxınlığında taksilərin dayanması üçün yerlər təşkil ediləcək

26 Sentyabr 2019, 11:45 (GMT +4)

Bakı, 26 sentyabr, SalamNews.“Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsidir. Sərnişinlərimizin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsinin təşkil etmək daima dövlət başçısının diqqətindədir. İctimai nəqliyyat sistemində yenilik olan Nəqliyyat Mübadilə Mərkəzlərinin (hab) yaradılması təşəbbüsü də bu diqqətin növbəti təzahürüdür".

SalamNews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, şəhərin mobilliyinə nail olmaq, mərkəzi hissəsində nəqliyyat sıxlığını aradan qaldırmaq və intermodal nəqliyyat əməliyyatlarını təmin etmək hab konsepsiyasının məqsədlərindəndir: "Bakının ev sahibliyi etdiyi 1-ci Avropa və 4-cü İslam Həmrəyliyi Oyunları, eləcə də ötənilki enerji böhranı zamanı hab konsepsiyasının əhəmiyyəti bir daha təsdiq olundu. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyük-Şor qovşağı eləcə də metronun Koroğlu stansiyasının yaxınlığındakı Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilk hab olaraq 2016-cı ildə təşkil edilib. Mərkəzin istifadəyə verilməsi həm yol hərəkətinin təşkili, həm də sərnişindaşıma sahəsinə müsbət töhfə verib".

BNA sözçüsü qeyd edib ki, 2019-cu ildə “Koroğlu” habı əsaslı şəkildə yenidən qurulub və müasir nəqliyyat infrastrukturu yaradılıb: "Mərkəzdə sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə 4 platformadan ibarət avtobus terminalı inşa edilib. Platformalarda müasir informasiya texnologiyaları avadanlıqları, soyutma və istimə sistemləri ilə təchiz edilmiş 10 gözləmə zalı var. Gözləmə zalları Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət, incəsənət, tarix, idman sahəsində əldə etdiyi uğurları, zəngin dəyərləri əks etdirən yazılı və qrafik məlumatlar əsasında tərtib edilib. Hər bir zalda maarifləndirici məlumatlarla yanaşı, kitab rəfləri də quraşdırılıb. Məqsəd sərnişinlərin kitab oxumağa marağını artırmaq, onların ideoloji tərbiyəsi və vətənpərvəliyinin gücləndirilməsinə töhfə verməkdir”.

Onun sözlərinə görə, gözləmə zalları ilə yanaşı mərkəzdə idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı, sanitar qovşağı inşa edilib: “Mərkəzin əsas özəlliklərindən biri də ərazisində yaşıllıq zonası-istirahət parkının salınmasıdır. Burada iqlim şəraitinə uyğun ağaclar əkilib. Bakının müasir inkişaf edən simasına uyğun hazırlanan parkda vətəndaşların istirahəti üçün tam şərait yaradılıb. Mərkəzin ən mühüm cəhətlərindən biri də fiziki imkanları məhdud insanlar üçün əlçatanlığın təmin olunmasıdır. Hərəkət istiqamətləri boyunca xüsusi tratil döşəmələr salınıb. Platformaların girişində əlil və uşaq arabalarının rahat hərəkəti üçün panduslar quraşdırılıb.

Ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi mərkəzin xidmətlərindən gün ərzində 270 min nəfərə yaxın sərnişin istifadə edir. Burada hər bir marşrut xətti üzrə avtobuslar üçün dayanacaq yeri müəyyən edilib, məlumatlandırıcı lövhələr yerləşdirilib. Həmçinin, nağdsız ödənişin aparılmasına imkan verən avadanlıqlar–ödəmə terminalları quraşdırılıb, avtobusların giriş və çıxış istiqamətlərini, mərkəzin ərazisində hərəkət sxemini, konkret dayanacaq yerlərini bildirən yol nişanları və nişanlanma xətləri təchiz edilib, sərnişinlərin məsuliyyətini əks etdirən məlumatlar və qrafik təsvirlər yerləşdirilib.

Mərkəzin ərazisində velosipedlər üçün parklama yeri də təmin edilib. Habın yaxınlığında taksi duracaq yerlərinin təşkil edilməsi nəzərdə tutulur. Şəhərimizin sürətli sosial-iqtisadi inkişafı ilə ahəng təşkil edən Koroğlu hab konsepsiyası dövlətin öz vətəndaşlarına verdiyi yüksək dəyərin bariz nümunəsidir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BNA: İlin sonuna qədər Bakıətrafı kənd və qəsəbələrə yeni avtobuslar xəttə buraxılacaq

BNA sürücülərə və sərnişinlərə güclü küləklə bağlı xəbərdarlıq edib

BNA ilk dərs günündə yollardakı sıxlıqla bağlı əhaliyə müraciət edib

BNA küləkli hava şəraitinə görə sürücü və sərnişinlərə müraciət edib

BNA Heydər Əliyev prospektində təhlükəsizliyin artırılması üçün təkliflər hazırlayıb

BNA ilin əvvəlindən 100 dayanacaq quraşdırıb

BNA Avropa Gənclər Olimpiya Festivalının bağlanış mərasiminə bileti olanlara müraciət edib

BNA hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib

BNA sürücülərə müraciət edib

BNA:Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

BNA daha iki dairədə nəqliyyat şəraitinin yaxşılaşdırılması işlərinə başlayıb

BNA əhali arasında sosioloji sorğu keçirəcək

Milli Paralimpiya Komitəsi ilə BNA arasında memorandum imzalanıb  

BNA: Bakıda 34 işıqfor vahid mərkəzdən idarə olunur

BNA mövcud nişanlarda dəyişiklik edəcək

BNA 18 metrlik avtobusu sürəcək sürücülər axtarır

BNA: Bakıda nəqliyyatın hərəkəti normal təmin edilir

BNA: Məsuliyyətdən yayınan sürücülərlə bağlı tədbir görüləcək (FOTOLAR)

BNA maarifləndirmə işini davam etdirir

BNA sərnişinlərə müraciət edib

10 Dekabr 2019, 13:06 (GMT +4)
FHN ticarət mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb

10 Dekabr 2019, 13:03 (GMT +4)
Türkiyə Rusiya və ABŞ ilə əməkdaşlığın nəticələrindən narazıdır

10 Dekabr 2019, 12:53 (GMT +4)
Rusiyalı bir qrup iş adamı Azərbaycanda işgüzar səfərdə olub

10 Dekabr 2019, 12:38 (GMT +4)
Putin WADA-nın Rusiya ilə bağlı qərarını şərh edib

10 Dekabr 2019, 12:24 (GMT +4)
İraqda İŞİD-ə qarşı zəfərin ildönümü qeyd edilir

10 Dekabr 2019, 12:24 (GMT +4)
Nur-Sultanda Suriya ilə bağlı danışıqlar başlayır

10 Dekabr 2019, 12:22 (GMT +4)
Bakıya yeni ikimərtəbəli qatarlar gətirilib

10 Dekabr 2019, 12:08 (GMT +4)
Xalq artisti Yalçın Əfəndiyev vəfat edib

10 Dekabr 2019, 11:59 (GMT +4)
Qətərin əmiri körfəz ərəb dövlətlərinin zirvə toplantısına qatılmayıb

10 Dekabr 2019, 11:49 (GMT +4)
AQTA əməkdaşları Sabirabadda sahibkarlarla görüşüb

10 Dekabr 2019, 11:40 (GMT +4)
“S-400” sistemindən imtina etməyəcəyik, o səhifə bağlandı - Ərdoğan

10 Dekabr 2019, 11:38 (GMT +4)
“EuroHome”dakı yanğınla bağlı hadisə yerinə 4 həkim briqadası göndərilib

10 Dekabr 2019, 11:35 (GMT +4)
Qusarda Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi keçirilib (FOTOLAR)

10 Dekabr 2019, 11:32 (GMT +4)
Mahmud Abbas İordan vadisinin İsrailə əlavə edilməsilə bağlı xəbərdarlıq edib

10 Dekabr 2019, 11:11 (GMT +4)
Səhiyyə Nazirliyi “EuroHome”-da baş verən yanğınla bağlı əlavə məlumat yayıb

10 Dekabr 2019, 11:06 (GMT +4)
Körfəz ərəb ölkələrinin dövlət başçıları bu gün Səudiyyədə bir araya gələcəklər

10 Dekabr 2019, 11:04 (GMT +4)
Bakı bazarındakı yanğının söndürülməsi üçün FHN helikopterləri və Be-200 amfibiya təyyarələri cəlb edilib 

10 Dekabr 2019, 11:02 (GMT +4)
Çili Hava Qüvvələrinə məxsus təyyarə Antarktidaya gedən radarlardan itib

10 Dekabr 2019, 10:48 (GMT +4)
Bu il “ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb

10 Dekabr 2019, 10:45 (GMT +4)
Türkiyə Əfqanıstana dəstəyini davam etdirəcək - Çavuşoğlu

10 Dekabr 2019, 10:16 (GMT +4)
Twitter Suriya prezidenti Bəşər Əsədin səhifəsini bağlayıb

10 Dekabr 2019, 10:12 (GMT +4)
Zelenski Krım və Donbassla mövzusunda güzəştə getməyi qeyri-mümkün adlandırıb 

10 Dekabr 2019, 09:52 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub

10 Dekabr 2019, 09:44 (GMT +4)
Türkiyə Əfqanıstanın təhlükəsizliyinə önəmli töhfə verib- Əfqanıstan prezidenti

10 Dekabr 2019, 09:35 (GMT +4)
İraq 3 Avropa dövləti və Kanadaya etirazını bildirib

10 Dekabr 2019, 09:34 (GMT +4)
Caspian European Club “ASK Şüşə” zavoduna biznes-tur təşkil edib

10 Dekabr 2019, 09:15 (GMT +4)
"Norman dördlüyü" liderləri Parisdə bir araya gəlib

10 Dekabr 2019, 09:14 (GMT +4)
Cəlilabadda “ToxumArt” əmtəə nişanı altında toxum mağazası açılıb

10 Dekabr 2019, 08:47 (GMT +4)
Bakıda ticarət mərkəzi yanır (FOTO, VİDEO)

09 Dekabr 2019, 20:35 (GMT +4)
Bakıda «R-Pharm»ın yeni istehsal sahəsi açılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66