Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyi seminar təşkil edib

27 Sentyabr 2019, 09:19 (GMT +4)

Bakı, 27 sentyabr, SalamNews. Səbail rayon İcra Hakimiyyətində Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin (EMMİB), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dənizkənarı ərazilərdə ekoloji normalara uyğun monitorinqin keçirilməsi” layihəsi çərçivəsində seminar təşkil edilib. Seminar layihə çərçivəsində Səbail və Binəqədi rayonlarının dənizkənarı ərazilərində təşkil edilmiş monitorinqin nəticələrinin müzakirəsinə həsr edilib.

Seminarda Səbail rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Müdiri Rövşən Süleymanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nemət Həsənov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzinin direktoru Famil Alkərəmov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Regional turizm və qoruqların inkişafı sektorunun böyük məsləhətçisi Hamlet Rüstəmov, Səbail və Binəqədi rayonlarının Bələdiyyə sədrləri, həmin ərazilərdə fəaliyyət göstərən ictimai iaşə obyektlərinin rəhbərləri, QHT sədrləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə EMMİB-in sədri Qəmzə Yusubova açaraq layihə haqqında məlumat verib.

Sonra isə söz rəsmi qonaqlara verilib. Ərazi İdarəetmə və Yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin Müdiri Rövşən Süleymanov çıxış edərək rayon İH-nin cəmiyyətin inkişafına və ətraf mühitin mühafizəsinə yönələn ekoloji layihələri bəyəndiyini və hər cür dəstək göstərməyə hazır olduqlarını bildirdi. Xəzər Kompleks Ekoloji Manitorinq İdarəsinin rəisi Nemət Həsənov isə öz çıxışında Xəzər dənizinin ekoloji problemlərinin həlli və ekoloji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyətə malik dövlətdaxili normativ aktlardan və Xəzər dənizinin sahil zolağında fəaliyyət göstərən obyektlərdə formalaşan bərk tullantıların mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunmasından danışdı. Xəzər Sahil Sulara Ekoloji Nəzarət və Mühafizə Mərkəzinin direktoru Famil Alkərəmov isə mərkəzin gördüyü işlər haqqında,dəniz sahilində yerləşdirilmiş modul tipli su təmizləyici stansiyalar,onların iş prinsipləri barəsində danışdı.Monitorinqin nəticələri ilə bağlı Təşkilatın Ekoloqu Arif İbadanov ətraflı çıxışı oldu.Seminar mövzu ətrafında müzakirələrlə davam etdi. QHT rəhbərləri və KİV nümayəndələri dövlət rəsmlərinə suallar verdilər.

EMMİB-in sədri Q.Yusubova layihənin həyata keçirilməsində dövlət orqanları ilə sıx əməkdaşlığından razılığını bildirib. Bunun QHT-Dövlət əməkdaşlığının bariz nümünəsi olduğunu məmnunluqla qeyd etdi.Sonda Q.Yusubova layihənin həyata keçirilməsində fəal iştirakına və göstərdikləri təşkilatı dəstəyə görə Dövlət rəsmilərinə və monitorinq zamanı aşkarlanan nümunəvi iaşə obyekti sahibinə fəxri fərmanlar təqdim edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bayraq günü münasibətilə ekoloji təmizlik aksiyası keçiriləcək

Elektriklə çalışan avtomobillərin istifadəsinin genişləndirilməsi ekoloji durumu yaxşılaşdıra bilər

Bakıda “Xəzəri qoruyaq!” adlı kütləvi ekoloji aksiya keçirilib 

Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

“Təmiz ölkəm” paytaxt şagirdləri arasında ekoloji maarifləndirmə həyata keçirir 

Azərbaycanda ilk dəfə “Tikinti və ekoloji sağlam inşaat materialları forumu” keçirilib

“Təmiz ölkəm” ekoloji layihəsinə start verilib

Azərbaycanda ekoloji cəhətdən təmiz yeni meyvə sortları yetişdiriləcək

Azərbaycanın ekoloji geomorfologiyasına dair nəşr hazırlanır

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 210 akt və protokol tərtib olunub

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 359 akt və protokol tərtib olunub

XİN başçısı: "Azərbaycanın Sərsəng su anbarının işğal altında saxlanılması ekoloji vəziyyət üçün ciddi təhdiddir"

“Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması Qaydası” təsdiqlənib

Şəkidə məcburi köçkünlərin iştirakı ilə ekoloji aksiya keçirilib

Aralıq dənizində iki gəmi toqquşub -  Ekoloji faciə baş verə bilər (VİDEO)

“Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi həyata keçirilir

Bakcell növbəti beynəlxalq ekoloji aksiyaya qoşulub

Bakıda növbəti beynəlxalq və ən geniş ekoloji aksiya keçiriləcək

Azercell-in dəstəyilə Ecobox şirkətinin yeni ekoloji layihəsi başladı

Xəzər rayonunda ekoloji qanunvericiliyin tələblərini pozanlar cərimələniblər

21 Noyabr 2019, 13:30 (GMT +4)
Bayden: Tramp və Rusiya məni ABŞ prezidenti olaraq görmək istəmir

21 Noyabr 2019, 13:22 (GMT +4)
Cavid Qurbanov gənc kadrları işlə təmin edib

21 Noyabr 2019, 13:10 (GMT +4)
Hollandiya Fələstinə verdiyi yardımları dayandırıb

21 Noyabr 2019, 13:00 (GMT +4)
Azərbaycanda bələdiyyə sədri həbs edilib

21 Noyabr 2019, 12:55 (GMT +4)
“Azərenerji”: SES-lərdə tezliyin tənzimlənməsi avtomatik olacaq

21 Noyabr 2019, 12:38 (GMT +4)
Rusiya hərbi polisi ABŞ-ın Suriyadakı keçmiş bazasını tutub

21 Noyabr 2019, 12:25 (GMT +4)
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

21 Noyabr 2019, 12:21 (GMT +4)
İsrail qüvvələri İordan çayının qərbində 8 fələstinlini həbs edib

21 Noyabr 2019, 12:20 (GMT +4)
ESET: Azərbaycan şirkətlərinin 37%-i informasiya təhlükəsizliyi üçün büdcəyə sahib deyil

21 Noyabr 2019, 12:11 (GMT +4)
Tramp Konqresi "ifritə ovuna" son qoymağa çağırıb

21 Noyabr 2019, 12:08 (GMT +4)
Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

21 Noyabr 2019, 11:58 (GMT +4)
Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi vəfat edib

21 Noyabr 2019, 11:45 (GMT +4)
Etirazçılar İraq-Küveyt sərhəd keçidini bağlayıblar

21 Noyabr 2019, 11:40 (GMT +4)
Jurnalistikada təhsil alan tələbələr üçün müsabiqə elan edilib

21 Noyabr 2019, 11:25 (GMT +4)
Demokratlar Baydenin oğlunun impiçment dinləmələrinə çağrılmasına qadağa qoyub

21 Noyabr 2019, 11:20 (GMT +4)
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib

21 Noyabr 2019, 11:11 (GMT +4)
Suriyanın şimalında ordu və qruplaşmalar yenidən qarşılıqlı hücuma keçiblər, 20 ölü var

21 Noyabr 2019, 11:10 (GMT +4)
“Nar” abunəçilərini arzuolunmaz mesajlardan və avtomatik qoşulmalardan qoruyur

21 Noyabr 2019, 10:52 (GMT +4)
Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşləri keçirilib

21 Noyabr 2019, 10:50 (GMT +4)
Siciliyada partlayış nəticəsində azı dörd nəfər ölüb

21 Noyabr 2019, 10:36 (GMT +4)
Beş Avropa dövləti ABŞ-ın Fələstində salınan yəhudi massivlərilə bağlı mövqeyini tənqid edib

21 Noyabr 2019, 10:33 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

21 Noyabr 2019, 10:17 (GMT +4)
Zelenskinin təyyarəsinin mühərriyində problem yaranıb

21 Noyabr 2019, 09:58 (GMT +4)
İsraildə hökumətin təşkili növbəti dəfə uğursuz alınıb

21 Noyabr 2019, 09:48 (GMT +4)
Zelenski: Rusiya tərəfindən göndərilən gəmilərdə avadanlıq çatışmır

21 Noyabr 2019, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Noyabr 2019, 09:25 (GMT +4)
Sepah İranın 4 əyalətində İğtişaşlara rəhbərlik edənlərin saxlanıldığını bildirib

21 Noyabr 2019, 09:14 (GMT +4)
ABŞ-ın AB-dəki daimi nümayəndəsi Trampın günahsız olduğunu sübut edib

21 Noyabr 2019, 09:01 (GMT +4)
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 ili tamam olur

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66