Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Goranboyda avtomobil yolu 5 istiqamət üzrə yenidən qurulub

28 Sentyabr 2019, 16:18 (GMT +4)

Bakı, 28 sentyabr, SalamNews. Prezident İlham Əliyevin Goranboy rayonunun Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun tikintisi ilə bağlı sərəncamına əsasən, rayon ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 5 istiqamət üzrə avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yüksək sürətlə və keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SalamNews-a verilən məlumata görə, söhbət Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun Goranboy-Goran, Goranboy-Tərtər, Goranboy-Borsunlu, həmçinin Gürzallar-Rus Borisi avtomobil yollarından və Qazanbulaq kəndinin giriş yolundan gedir.

Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun uzunluğu 40 km-dir. Bunun 37.7 km-lik hissəsi III texniki dərəcəli, 2.3 km-lik hissəsi isə IV texniki dərəcəyə malikdir.

Uzunluğu 13 km olan Goran-Goranboy, 7.6 km olan Goranboy-Tərtər, 15.1 km olan Goranboy-Borsunlu və 2 km olan Gürzallar-Rus Borisi hissəsi III texniki dərəcəli, uzunluğu 2.3 km olan Qazanbulaq kəndinə giriş yolu isə IV texniki dərəcəlidir.

Aparılan yenidənqurma işləri çərçivəsində artıq Goran-Goranboy, Goranboy-Tərtər, Goranboy-Borsunlu, Gürzallar-Rus Borisi və Qazanbulaq kəndinə giriş yolu hissələrində yenidənqurma işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılaraq yekunlaşdırılıb.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 15 yaşayış məntəqəsində yaşayan 32 min nəfər əhalinin rahat gediş-gəlişini təmin etmək, M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır. Bunun üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yollar 3-cü və 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.

Tikinti layihəsinə uyğun olaraq mövcud örtük sökülüb, yolun yararsız qruntu qazılıb çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb, çiyin hissələr xüsusi materialla bərkidilib.

Növbəti mərhələdə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının inşası işləri aparılıb. Bunun ardınca xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə asfaltlanma işləri aparılıb. Buna paralel olaraq ayrıcı zolaq və səki hissələrin kənarlarına 14 min paqon-metr yeni səki daşı düzülüb, zəruri yerlərdə əyrixətli metal tirlər və dirəklər quraşdırılıb.

Yol boyu suvarma və məişətdə istifadəsi üçün suların ötürülməsi məqsədi ilə müxtəlif diametrlərə malik yeni boruların tikintisi işləri aparılıb. Ümumilikdə 298 paqon-metr uzunluğunda metal və dəmir-beton suötürücü borular quraşdırılıb.

Bundan başqa yolun Goranboy-Borsunlu hissəsinin 6-cı km-də Rəhimliçay, 9-cu km-də Gorançay və 13-cü km-də Yarğançay üzərində yerləşən mövcud körpülərin məhəccərləri sıradan çıxdığı, təkərqaytaranlar və gediş hissəsi tavası yararsız vəziyyətə düşdüyü üçün bu istiqamətdə də təmir-bərpa işləri görülərək yekunlaşdırılıb.

Tikinti layihəsinin sonuncu mərhələsində 257 yol nişanının, 1200 ədəd siqnal dirəyinin quraşdırılması, 6 avtobus dayanacağının tikintisi, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yollarda müasir yol infrastrukturu yaradılıb və vətəndaşların istifadəsinə verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev AAYDA-nın İdarə Heyətinin sədrini qəbul edib

AAYDA bu ilin I rübünə yekun vurub

AAYDA-nın idarə heyətinin sədri vətəndaşları qəbul edib

AAYDA: Bəzi yollarda təmir işləri aparılacaq

AAYDA avtomobil yollarındakı vəziyyətlə bağlı məlumat yayıb

AAYDA: Zəlzələ nəticəsində avtomobil yollarına ziyan dəyib

AAYDA bu il 270 yeni maşın və mexanizm almaq niyyətindədir

AAYDA: Babək prospektində çökmə olmayıb, yol deformasiyaya uğrayıb

AAYDA-də Milli Qurtuluş günü ilə bağlı tədbir keçirilib

10 Dekabr 2019, 13:06 (GMT +4)
FHN ticarət mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb

10 Dekabr 2019, 13:03 (GMT +4)
Türkiyə Rusiya və ABŞ ilə əməkdaşlığın nəticələrindən narazıdır

10 Dekabr 2019, 12:53 (GMT +4)
Rusiyalı bir qrup iş adamı Azərbaycanda işgüzar səfərdə olub

10 Dekabr 2019, 12:38 (GMT +4)
Putin WADA-nın Rusiya ilə bağlı qərarını şərh edib

10 Dekabr 2019, 12:24 (GMT +4)
İraqda İŞİD-ə qarşı zəfərin ildönümü qeyd edilir

10 Dekabr 2019, 12:24 (GMT +4)
Nur-Sultanda Suriya ilə bağlı danışıqlar başlayır

10 Dekabr 2019, 12:22 (GMT +4)
Bakıya yeni ikimərtəbəli qatarlar gətirilib

10 Dekabr 2019, 12:08 (GMT +4)
Xalq artisti Yalçın Əfəndiyev vəfat edib

10 Dekabr 2019, 11:59 (GMT +4)
Qətərin əmiri körfəz ərəb dövlətlərinin zirvə toplantısına qatılmayıb

10 Dekabr 2019, 11:49 (GMT +4)
AQTA əməkdaşları Sabirabadda sahibkarlarla görüşüb

10 Dekabr 2019, 11:40 (GMT +4)
“S-400” sistemindən imtina etməyəcəyik, o səhifə bağlandı - Ərdoğan

10 Dekabr 2019, 11:38 (GMT +4)
“EuroHome”dakı yanğınla bağlı hadisə yerinə 4 həkim briqadası göndərilib

10 Dekabr 2019, 11:35 (GMT +4)
Qusarda Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi keçirilib (FOTOLAR)

10 Dekabr 2019, 11:32 (GMT +4)
Mahmud Abbas İordan vadisinin İsrailə əlavə edilməsilə bağlı xəbərdarlıq edib

10 Dekabr 2019, 11:11 (GMT +4)
Səhiyyə Nazirliyi “EuroHome”-da baş verən yanğınla bağlı əlavə məlumat yayıb

10 Dekabr 2019, 11:06 (GMT +4)
Körfəz ərəb ölkələrinin dövlət başçıları bu gün Səudiyyədə bir araya gələcəklər

10 Dekabr 2019, 11:04 (GMT +4)
Bakı bazarındakı yanğının söndürülməsi üçün FHN helikopterləri və Be-200 amfibiya təyyarələri cəlb edilib 

10 Dekabr 2019, 11:02 (GMT +4)
Çili Hava Qüvvələrinə məxsus təyyarə Antarktidaya gedən radarlardan itib

10 Dekabr 2019, 10:48 (GMT +4)
Bu il “ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb

10 Dekabr 2019, 10:45 (GMT +4)
Türkiyə Əfqanıstana dəstəyini davam etdirəcək - Çavuşoğlu

10 Dekabr 2019, 10:16 (GMT +4)
Twitter Suriya prezidenti Bəşər Əsədin səhifəsini bağlayıb

10 Dekabr 2019, 10:12 (GMT +4)
Zelenski Krım və Donbassla mövzusunda güzəştə getməyi qeyri-mümkün adlandırıb 

10 Dekabr 2019, 09:52 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub

10 Dekabr 2019, 09:44 (GMT +4)
Türkiyə Əfqanıstanın təhlükəsizliyinə önəmli töhfə verib- Əfqanıstan prezidenti

10 Dekabr 2019, 09:35 (GMT +4)
İraq 3 Avropa dövləti və Kanadaya etirazını bildirib

10 Dekabr 2019, 09:34 (GMT +4)
Caspian European Club “ASK Şüşə” zavoduna biznes-tur təşkil edib

10 Dekabr 2019, 09:15 (GMT +4)
"Norman dördlüyü" liderləri Parisdə bir araya gəlib

10 Dekabr 2019, 09:14 (GMT +4)
Cəlilabadda “ToxumArt” əmtəə nişanı altında toxum mağazası açılıb

10 Dekabr 2019, 08:47 (GMT +4)
Bakıda ticarət mərkəzi yanır (FOTO, VİDEO)

09 Dekabr 2019, 20:35 (GMT +4)
Bakıda «R-Pharm»ın yeni istehsal sahəsi açılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66