Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Şamaxıda BMT Modeli üzrə III Yay Məktəbi fəaliyyətə başlayıb

27 Sentyabr 2019, 17:53 (GMT +4)

Bakı, 27 sentyabr, SalamNews. Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin birgə icra etdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində sentyabrın 27-də Vergilər Nazirliyinin Şamaxı rayonundakı Tədris Mərkəzində BMT Modeli üzrə III Yay Məktəbinin açılışı olub. Açılış mərasimində Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr idarəsinin müdiri Cəmilə Talıbzadə, BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin rezident nümayəndəsi Alessandro Frakassetti və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov iştirak ediblər.

SalamNews xəbər verir ki, 105 nəfər tələbə və gəncin qatıldığı III Yay Məktəbi 4 gün davam edəcək.

Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov ölkəmizdə dövlət gənclər siyasətinin uğurlu nəticələrindən, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. BMT Modeli üzrə Yay Məktəbinin gənclərin dünyagörüşünün formalaşmasında, onların qlobal əhəmiyyətli müzakirələrdə iştirakında, öz fikirlərini və mövqeylərini əsaslandırmaq baxımından püxtələşmələrində xüsusi əhəmiyyətini vurğulayan icra hakimiyyətinin başçısı, bu sahədə onlara uğurlar arzulayıb.

Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirib ki, gənclərin hər birinin gələcəkdə diplomat olması mütləq deyil, amma onlar hər hansı bir sahədə çalışmalarından asılı olmayaraq Azərbaycanın maraqlarını, Azərbaycanın mövqeyini müxtəlif beynəlxalq tribunalarda, müxtəlif beynəlxalq müzakirələrdə qorumaq, müdafiə etmək bacarığına yiyələnməlidirlər. Bu bacarığı isə Yay Məktəbinə qatılan gənclərimiz əldə edirlər. Onların gələcək həyatlarında, gələcək təhsillərində, karyera inkişaflarında qazanacaqları bu biliklərin müsbət təsiri olacaq.

BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin rezident nümayəndəsi Alessandro Frakassetti Şamaxının qədim tarixə malik, tarixən ədəbiyyat və incəsənətin harmoniyasını təmsil edən gözəl bir diyar olduğunu vurğulayaraq, Yay Məktəbinin iştirakçılarına uğurlar arzulayıb. Azərbaycan gənclərinin bu tədbirə qatılmaqla öz maraq və diqqətlərini nümayiş etdirdiklərini söyləyən natiq, hazırda dünya əhalisinin üçdəbirinin 14-29 yaş qrupunda olduğunu, belə bir şəraitdə gənclərin də fikrinin nəzərə alınmasının, onların da dəstəyinin qiymətləndirilməsinin zəruriliyini vurğulayıb.

Dövlət Turizm Agentliyinin beynəlxalq əlaqələr idarəsinin müdiri Cəmilə Talıbzadə açılış mərasimindəki çıxışında Azərbaycanının turizm imkanlarından, tanınmamış və mübahisəli ərazilərdə turizm məsələlərindən bəhs edib. O, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, Dağlıq Qarabağ regionunun beynəlxalq turizm sərgilərində və digər tədbirlərdə təbliğinin qarşısının alınması sahəsində görülən işlərdən, bu sahədə Azərbaycan gəncliyinin üzərinə düşən vəzifələrdən danışıb.

Qeyd edək ki, III Yay Məktəbində BMT Baş Assambleyasının İqtisadi və Maliyyə Məsələri Komitəsi – “Mövcud ticari vəziyyətin dünya iqtisadiyyatına təsiri”, Ümumdünya Turizm Təşkilatı – “Tanınmamış və mübahisəli ərazilərdə turizm”, Futuristik Komitə - “III Dünya Müharibəsinin astanasında” mövzuları simulyasiya olunacaq. BMT Modeli üzrə Yay Məktəbi gənclərin xarici dil, danışıq, təqdimat, ünsiyyət, rəsmi yazı və bir çox digər şəxsi və iş bacarıqlarının inkişafına, onların beynəlxalq səviyyədə müxtəlif konfranslar üçün rəqabət qabiliyyətlərinin artırılmasına böyük töfhə verir.

BMT Modeli üzrə I Yay Məktəbi 2015-ci il avqustun 10-14-də Daşkəsəndə, II Yay Məktəbi isə 2016-cı il avqustun 2-5-də İsmayıllıda təşkil edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İraqda etirazlar fonunda BMT nümayəndəsi Ayətullah Sistani ilə görüşüb (FOTO)

Türkiyə Prezidenti BMT baş katibini qəbul edib

İqtisadiyyat naziri BMT-nin nümayəndəsi ilə görüşüb

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfərə gəlib

BMT: Ras əl-Aynda hərbi əməliyyat davam edir

BMT nüvə müharibəsi riskinin artdığını açıqlayıb

İran Qırmızı dənizdə neft gəmisinin vurulmasına görə BMT-ə şikayət edir

BMT təzyiqlərindən sonra Səudiyyə 10 gəmini husilərin nəzarətindəki ərazilərə buraxıb

Rusiya BMT TŞ-də Türkiyə əməliyyatı ilə bağlı bəyanatın qəbuluna mane olub

DMX BMT QAK-ın İcraiyyə Komitəsinin 70-ci sessiyasında iştirak edir

Kaşıkçı cinayəti məhkəmədənkənar edam idi - BMT rəsmisi

BMT nümayəndə heyəti Yəmən paytaxtında husilərlə görüşüb

BMT baş katibi Kipr mövzusunda yeni görüş təşəbbüsü ilə çıxış edib

BMT Qahirəni nümayişçilərin hüquqlarına hörmət etməyə çağırıb

Matvienko: Rusiya BMT-nin qərargahını yerləşdirməyə hazırdır

Türkiyə BMT-ni iqlim dəyişikliyi ilə mübarizədə dəstəkləyir

Hikmət Hacıyev Nikol Paşinyanın BMT Baş Assambleyasında çıxışına münasibət bildirib

İran prezidenti BMT-də çıxış edib: Sanksiyalar götürülmədən heç bir danışıq olmayacaq

Elmar Məmmədyarov BMT-də bir sıra görüşlər keçirib (FOTO)

Boris Conson vaxtından əvvəl BMT Baş Assambleyasını tərk edərək Londona qayıdıb

12 Noyabr 2019, 16:03 (GMT +4)
Yevlaxda ana ölümü ilə bağlı rəsmi məlumat yayılıb

12 Noyabr 2019, 15:56 (GMT +4)
Təhsil naziri Ceyhun Bayramov Fransada səfərdədir

12 Noyabr 2019, 15:55 (GMT +4)
Kreml Putin və Ərdoğan arasında görüşün baştutma səbəblərindən danışıb 

12 Noyabr 2019, 15:45 (GMT +4)
İranlı general ölkənin ballistik raketlər proqramının yaradıcısının adını açıqlayıb (FOTO)

12 Noyabr 2019, 15:42 (GMT +4)
Azərbaycanın "Tokio 2020" paralimpiya oyunlarına 7-ci lisenziyanı qazanıb

12 Noyabr 2019, 15:20 (GMT +4)
Fransada zəlzələ nəticəsində onlarla evi dağılıb

12 Noyabr 2019, 15:18 (GMT +4)
Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək

12 Noyabr 2019, 15:10 (GMT +4)
“Dünyaya üç baxış” adlı rəsm sərgisi keçirilib (FOTOLAR)

12 Noyabr 2019, 14:58 (GMT +4)
Anar Məcidzadənin “Vətən sevgisi” adlı kitabı nəşr olunub

12 Noyabr 2019, 14:56 (GMT +4)
Ərdoğan ABŞ səfərindən sonra Putinlə danışıqlar aparmağı planlaşdırdığını açıqlayıb

12 Noyabr 2019, 14:49 (GMT +4)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

12 Noyabr 2019, 14:42 (GMT +4)
Mosulda İŞİD-in 5 təhlükəli üzvü ələ keçib

12 Noyabr 2019, 14:33 (GMT +4)
BŞTİ müdiri vətəndaşları qəbul edəcək

12 Noyabr 2019, 14:27 (GMT +4)
Ərdoğan: Terrorçuları deportasiya etməyə davam edəcəyik

12 Noyabr 2019, 14:22 (GMT +4)
Vergilər Nazirliyi "AMV Consulting” şirkətinin müraciətini araşdırıb

12 Noyabr 2019, 13:46 (GMT +4)
Ukrayna anti-Rusiya sanksiyalarını ləğv etməyə hazır olduğunu açıqlayıb

12 Noyabr 2019, 13:22 (GMT +4)
İsrail Qəzzaya aviazərbələrini artırıb, ölənlərin sayı 5-i keçib

12 Noyabr 2019, 13:15 (GMT +4)
Nə Rusiya, nə də ABŞ bölgəni terrorçulardan təmizləyə bilmədi - Ərdoğan

12 Noyabr 2019, 13:13 (GMT +4)
Bakının Xətai Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

12 Noyabr 2019, 13:12 (GMT +4)
Bir sıra ali məktəblərdə “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayacaq

12 Noyabr 2019, 13:10 (GMT +4)
Prezident İlham Əliyev Yasamal rayonuna yeni icra başçısı təyin edib

12 Noyabr 2019, 12:46 (GMT +4)
Şirvan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edilib

12 Noyabr 2019, 12:28 (GMT +4)
Türkiyə XİN vətəndaşlarını Boliviyaya səyahət etməməyə çağırıb

12 Noyabr 2019, 12:19 (GMT +4)
Azərbaycanda ilk dəfə 5G şəbəkəsi işə salınıb

12 Noyabr 2019, 12:06 (GMT +4)
Pompeo: ABŞ ruslarla döyüşmək üçün Ukraynaya silah verib

12 Noyabr 2019, 12:04 (GMT +4)
Tramp və Makron telefon bağlantısında Suriya və İranla bağlı məsələləri müzakirə ediblər

12 Noyabr 2019, 11:51 (GMT +4)
Əli Həsənov: Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir

12 Noyabr 2019, 11:45 (GMT +4)
Əfqanıstan hökumətilə Taliban arasında məhbus və girovların mübadiləsi baş tutub (FOTO)

12 Noyabr 2019, 11:29 (GMT +4)
Morales Meksikanın sığınacaq təklifini qəbul edib

12 Noyabr 2019, 11:05 (GMT +4)
Azərbaycan Ordusunun əməliyyat təlimi başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66