Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda mərkəzi bankçılığın yaranmasından 100 il ötür

30 Sentyabr 2019, 10:00 (GMT +4)

Bakı, 30 sentyabr, SalamNews.  Sentyabrın 30-da Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 ili tamam olur. Mərkəzi Bank ötən bir əsrdə böyük inkişaf yolu keçib. Bank hazırda ölkəmizdə pul-məzənnə, makroiqtisadi və maliyyə sabitliyi siyasətinə hərtərəfli dəstək verir, kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini həyata keçirir.

Azərbaycanda mərkəzi bankçılığın tarixi mərhələləri

Ölkəmizdə mərkəzi bankçılığın tarixi XX əsrin əvvəllərindən başlayıb. 1991-ci ildən başlayan müasir mərkəzi bankçılıq tarixinə qədər Azərbaycanda mərkəzi bankçılıq fəaliyyəti bir neçə mərhələdən ibarət olub: Xalq Cümhuriyyəti dövrü (1918-1920); sovet sosialist quruluşu dövrü (1920-1991).

1918-ci il mayın 28-də müsəlman aləmində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. İlk dövrdə müstəqil respublikada Rusiya pulları, həmçinin 1918-ci ilin yanvarından etibarən Bakı Xalq Komissarları Sovetinin qərarı ilə dövriyyəyə buraxılmış pul vahidi - Bakı bonları ilə yanaşı, Zaqafqaziya bonlarından da geniş istifadə olunurdu. Həmin vaxtda keçmiş Rusiya Dövlət Bankının Bakı bölməsi də öz fəaliyyətini davam etdirirdi. 1919-cu il martın 7-də Azərbaycan Dövlət Bankının (mərkəzi bankın) təşkil edilməsi haqqında qərar qəbul edildi. Həmin il sentyabrın 16-da Azərbaycan Respublikasının parlamenti bankın Nizamnaməsini təsdiqlədi. Sentyabrın 30-da isə Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı.

“Banklar bankı” olan Azərbaycan Dövlət Bankı ölkədəki kredit təşkilatlarının fəaliyyətinə nəzarət edirdi və pul nişanlarının emissiyasını həyata keçirirdi. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra yeni dövlət quruluşu olan Azərbaycan Sovet Sosialist Respublikasının Maliyyə Komissarlığının əmri ilə Azərbaycan Dövlət Bankı Xalq Bankı adlandırıldı. Bütün banklar və digər kredit təşkilatları milliləşdirilərək Xalq Bankının tərkibinə qatıldı və bank işi dövlətin müstəsna inhisarına keçdi.

Azərbaycan Xalq Bankının əsas funksiyası kağız pulların emissiyası idi. Maliyyə Komissarlığının tərkibində olan Xalq Bankı xalq təsərrüfatını maliyyələşdirir və smeta-büdcə işi ilə məşğul olurdu. Bank tərəfindən kredit əməliyyatlarının keçirilməsi dayandırıldı və o, maliyyə orqanları ilə yanaşı, büdcə əməliyyatlarına xidmət göstərən orqana çevrildi.

Azərbaycan Xalq Komissarları Şurasının 1921-ci il 16 oktyabr tarixli qərarı ilə Azərbaycan Dövlət Bankının fəaliyyəti yenidən bərpa edildi və Nizamnaməsi qəbul olundu. 1922-ci il martın 12-də Azərbaycanı, Gürcüstanı və Ermənistanı özündə birləşdirən Zaqafqaziya Sovet Sosialist Respublikaları federativ ittifaqı təşkil edildikdən sonra vahid pul sisteminə keçildi və beləliklə də Azərbaycan Dövlət Bankının pul emissiyası sahəsində fəaliyyətinə xitam verildi. 1923-cü ilin iyulunda isə Azərbaycan Dövlət Bankı Azərbaycan Dövlət Kənd Təsərrüfatı Bankı adlandırıldı və onun mərkəzi bank funksiyaları dayandırıldı. İlk dövrlərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Bankı kənd təsərrüfatının inkişafına yardım etməklə yanaşı, pul və əmtəə dövriyyəsi məsələlərini də tənzimləyirdi.

1923-cü ildə SSRİ Dövlət Bankının yaradılması ilə əlaqədar onun Bakı bölməsi açıldı. 1936-cı ilin dekabrında qəbul edilmiş SSRİ Konstitusiyasına müvafiq olaraq Azərbaycan SSRİ-nin tərkibinə “suveren” respublika kimi daxil oldu. Həmin ildən 1991-ci ilin sonlarınadək mövcud olmuş SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi fəaliyyət göstərdi.

1992-ci ildə Azərbaycan Respublikasının Milli Bankı yaradıldı

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul edilmiş qanunvericilik aktlarından biri “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun “Bank sistemi və pul tədavülü” adlanan 14-cü maddəsində Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsasları təsbit edildi, Milli Bankın statusu və səlahiyyətləri müəyyənləşdi. Milli Bank kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini həyata keçirən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyat bank funksiyalarını icra edən ali emissiya idarəsi elan olundu.

1992-ci il fevralın 11-də Azərbaycan Respublikasının Milli Bankı yaradıldı. 1992-ci il avqustun 7-də “Azərbaycan Respublikasının Milli Bankı haqqında” qanun, dekabrın 1-də isə Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının Milli Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar qəbul edildi.

Milli valyuta – manat dövriyyəyə buraxıldı

Azərbaycan Respublikasının milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxıldı. Azərbaycanın birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edildi. Əvvəlcə 1, 10 və 250 manatlıq, daha sonra 5, 50, 100, 500 və 1000 manatlıq əsginaslar dövriyyəyə buraxıldı.

1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat-10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olundu. Həmin dövrdə Milli Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrildi. Bu baxımdan ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” 1993-cü il 11 dekabr tarixli Fərmanı mühüm rol oynadı. Həmin fərmanla manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi.

Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10 min manatlıq, 1996-cı ildə isə 50 min manatlıq əsginaslar çap etdirilərək dövriyyəyə buraxıldı. 1994-cü ildə Almaniyada “Giesecke & Devrient” şirkəti tərəfindən çap edilən 10 min manatlıq əsginasın üzərində “Şirvanşahlar” kompleksinin ümumi görünüşü, 1996-cı ildən dövriyyəyə buraxılan və İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap olunan 50 min manat dəyərində əsginasın üzərində orijinal üslubda Naxçıvandakı Möminə Xatun türbəsi əks olunmuşdu.

2001-ci ildə isə yeni dizaynla 1000 manatlıq əsginas dövriyyəyə buraxıldı. Bu əsginas Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilmişdi.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” 2005-ci il 7 fevral tarixli Fərmanı ilə 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1993 və 2001-ci illərdə dövriyyəyə buraxılmış 1000 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarıldı.

 

Milli Bank Azərbaycan Mərkəzi Bankı adlandırıldı

2009–cu ildən Milli Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı adlandırıldı. Mərkəzi Bank banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsində, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsində mühüm rol oynayır. O, pul və valyuta siyasətini, valyuta tənzimi və nəzarətini, ödəniş sistemlərinin təşkilini həyata keçirir, nağd pul dövriyyəsini təşkil edir, manatın rəsmi məzənnəsini müəyyənləşdirir, qızıl-valyuta ehtiyatlarını idarə edir, tədiyyə balansını, ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir. Mərkəzi Bankın məqsəd və funksiyalarının, bütün funksional sahələri üzrə fəaliyyətinin daha səmərəli və effektiv şəkildə həyata keçirilməsi üçün hüquqi əsaslar yaradılıb, pul və valyuta (məzənnə) siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, pul tədavülünün təşkili, ödəniş sistemlərinin tənzimlənməsi və inkişafı, qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi bankın əsas funksiyaları kimi müəyyən edilib.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” 2005-ci il 7 fevral tarixli Fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən yeni manata keçidlə əlaqədar 1 yeni manat (AZN) 5000 köhnə AZM-ə bərabər tutuldu. 2007-ci il yanvarın 1-dən yeni manata tam keçid təmin edildi.

Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarətdir. Ölkə iqtisadiyyatının dinamik inkişafı, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişikliklər nəzərə alınaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edildi və ötən il mayın 23-də bu pul nişanı təqdim olundu. Yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks edilib.

Milli pul nişanlarımız estetik görünüşünə, konseptual mövzusuna və müasirliyinə görə bu gün də aktualdır. Azərbaycan Mərkəzi Bankı nağd pul sferasında müasir çağırışları nəzərə alaraq pul nişanlarımızın mühafizə sistemlərinin müasirləşməsini daim diqqət mərkəzində saxlayır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakıda pambıq daşıyan yük maşını yanıb

AMB depozit hərracında 100 mln. manat vəsait cəlb edib

AMB ötən ay valyuta ehtiyatlarını 100 milyon dollardan çox artırıb

Nazir Avropa Olimpiya Komitələri 48-ci Baş Assambleyasında çıxış edib

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfərə gəlib

Prezident İlham Əliyev Koreya Milli Assambleyasının sədrini qəbul edib

Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib

Azərbaycan bu il pambıq istehsalını artıracaq

Hikmət Hacıyev Nikol Paşinyanın BMT Baş Assambleyasında çıxışına münasibət bildirib

Azərbaycan Avropa Voleybol Konfederasiyasının Baş Assambleyasında iştirak edəcək

Boris Conson vaxtından əvvəl BMT Baş Assambleyasını tərk edərək Londona qayıdıb

Azərbaycanda kombaynlar vasitəsilə kütləvi pambıq yığımına başlanılıb

Qırğızıstan məhkəməsi Almazbek Atambayevin həbs müddətini uzadıb

AMB 20 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb

Atambayev daha iki cinayət işində ittiham olunur

AMB-nin valyuta məzənnələri açıqlanıb

Qırğızıstanda Atambayevin kanalı müsadirə edilib 

Vəkil: Atambayev istintaqla əməkdaşlıq etməkdən imtina edib

Qırğızıstanda Almazbek Atambayevin tərəfdarları saxlanılır

Almazbek Atambayev həbs olunub

18 Noyabr 2019, 13:52 (GMT +4)
“İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili” layihəsi çərçivəsində I konrfrans keçirilib

18 Noyabr 2019, 13:31 (GMT +4)
Rəsmi Moskva İrandakı son gərginliyə münasibət bildirib

18 Noyabr 2019, 13:20 (GMT +4)
Hindistan S-400-ün tədarükü üçün Rusiyaya avans ödəyib

18 Noyabr 2019, 13:14 (GMT +4)
AERA: Hər hansı sahibkardan şikayət olsa, onun fəaliyyəti yoxlanılacaq

18 Noyabr 2019, 12:57 (GMT +4)
Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə tədbir keçirilib

18 Noyabr 2019, 12:50 (GMT +4)
Pakistanda gəminin batması nəticəsində 8 nəfər ölüb

18 Noyabr 2019, 12:47 (GMT +4)
BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub

18 Noyabr 2019, 12:45 (GMT +4)
Bu il AERA-ya daxil olan müraciətlərin statistikası açıqlanıb

18 Noyabr 2019, 12:29 (GMT +4)
Netanyahu rəqib partiyaları İsraildəki ərəb azlığına imkan verməməyə çağırıb

18 Noyabr 2019, 12:22 (GMT +4)
Kaliforniyada atışma nəticəsində doqquz nəfər xəsarət alıb

18 Noyabr 2019, 11:52 (GMT +4)
Digah və Mehdiabadda elektrik enerjisinin verilməsində fasilə yaranacaq

18 Noyabr 2019, 11:47 (GMT +4)
Hindistanda yol qəzalarında 10 nəfər ölüb

18 Noyabr 2019, 11:39 (GMT +4)
Azərbaycana cari ildə 1,3 milyon ton buğda gətirilib

18 Noyabr 2019, 11:38 (GMT +4)
ABŞ iranlılarla həmrəy olduğunu iddia edir, lakin onlara qarşı iqtisadi terror törədir - İran XİN

18 Noyabr 2019, 11:15 (GMT +4)
Venesiyada suyun səviyyəsi yenə yüksəlib

18 Noyabr 2019, 11:08 (GMT +4)
İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri akademik Ramiz Mehdiyevlə görüşüb (FOTO)

18 Noyabr 2019, 11:06 (GMT +4)
Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb

18 Noyabr 2019, 10:56 (GMT +4)
Suriya Ordusu ölkənin 2-ci ən böyük su elektrik stansiyasını nəzarətə götürüb

18 Noyabr 2019, 10:50 (GMT +4)
Venesuelalı diplomatlar Boliviyanı tərk ediblər

18 Noyabr 2019, 10:41 (GMT +4)
“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri Quba, Qusar və Xaçmazda fermerlərlə görüşüb

18 Noyabr 2019, 10:24 (GMT +4)
Lukaşenko: Mən göyərmiş barmaqlarla kreslodan yapışmayacam  

18 Noyabr 2019, 10:15 (GMT +4)
İranın təhlükəsizlik qurumları aksiyalardan sui-istifadə edən iğtişaşçılara xəbərdarlıq edib

18 Noyabr 2019, 10:03 (GMT +4)
Bakının 20 saylı məktəbinin şagirdləri "Bakı Metropoliteni"nin qonağı olub 

18 Noyabr 2019, 09:42 (GMT +4)
Tiflisdə etirazçılar Parlamentin qapılarına qıfıl asıblar

18 Noyabr 2019, 09:40 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub

18 Noyabr 2019, 09:18 (GMT +4)
Fransada Makrona sui-qəsdin qarşısı alınıb

18 Noyabr 2019, 09:00 (GMT +4)
Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıblar

17 Noyabr 2019, 11:00 (GMT +4)
Azərbaycanda Milli Dirçəliş Günüdür

16 Noyabr 2019, 17:05 (GMT +4)
Ağsuda ağac kəsən şəxs cəzalanıb

16 Noyabr 2019, 17:00 (GMT +4)
Prezident İlham Əliyev latviyalı həmkarını təbrik edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66