Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda gənclər üçün ilk dəfə yeni mobil tətbiq istifadəyə verilib (FOTOLAR)

30 Sentyabr 2019, 11:40 (GMT +4)

Bakı, 30 sentyabr, SalamNews, K.Orxan. Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondutərəfindəndövlət və özəl sektor, eləcə də beynəlxalq təşkilatların gənclər üçün təklif etdiyi imkanlar, xidmətlər, tədbir və layihələri barədə məlumatları özündə birləşdirən vahid informasiya portalının - “GəncApp” mobil tətbiqi və genc.az internet səhifəsinin təqdimatı keçirilib. 

SalamNews xəbər verir ki, mərasimdə ilk öncə “GencApp” tətbiqinin tanıtım videosu nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin rəhbəri Tural Kərimli, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində İnnovasiyalar Mərkəzinin direktoru Tağı Tağızadə müxtəlif sahələrdə dövlət tərəfindən gənclər üçün yaradılan imkanlar barədə məlumat verib və “GəncApp” portalının bu imkanların gənclərə çatdırılmasınını əhəmiyyətindən danışıblar.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, tətbiq ölkə daxilində və xaricdə təşkil edilən tədbirlər, düşərgələr, mübadilə proqramları və layihələr barədə məlumat əldə etmək və onlara qoşulmaq imkanı təklif edir. Bununla yanaşı, istifadəçilər müxtəlif yerli və xarici qurumların təqaüd proqramları, xaricdə təhsil və təcrübə təklifləri, qrant müsabiqələri və digər elanları barədə “GəncApp” vasitəsilə xəbər tutacaq və tətbiqdən istifadə etməklə bu imkanlardan yararlana biləcəklər.

F.Cəfərov əlavə edib ki, son illərdə ölkəmizdə geniş vüsət alan könüllülər hərəkatında gənclərin iştirak imkanı da tədbiqdə nəzərə alınıb. Belə ki, “GəncApp” könüllük hərəkatlarının tədbir və layihələri barədə məlumat təqdim etməklə yanaşı, gənclərə maraq dairəsinə uyğun könüllülər hərəkatına üzv olmaq, öz həmfikirləri ilə sosiallaşmaq, ictmai faydalı işlərə cəlb olunmaq və bilik və bacarıqlarını artırmaq imkanı da təklif edir.  Tətbiqin üstünlüklərindən biri də ödənişsiz CV generator funksiyasıdır ki, bu funksiya sayəsində gənc öz CV-ni düzgün formada yaradaraq istifadə etmək, həmçinin, tətbiqdə xüsusi bölmədə göstərilən vakansiyalara göndərmək imkanına sahib olacaq. Yeni mobil tətbiq şəxsi kabinetdən fəaliyyət tarixçəsini izləməklə yanaşı, dövlət qurumları və şirkətlərlə interaktiv təmas şansı təqdim edir. Mobil tətbiqin 3 dildə - azərbaycan, rus və ingilis dillərində fəaliyyəti nəzərdə tutulub.

Qeyd edək ki, “GəncApp” -ın təklif etdiyi interaktiv xəritə funksiyası Bakıda və regionlarda yerləşən Heydər Əliyev Mərkəzləri, gənclər evləri, karyera inkişaf mərkəzləri, gənclər təşkilatları, kitabxanalar, teatr, kino mərkəzləri, milli parklar, olimpiya komplekslərini daha da əlçatan edir. 

“GəncApp” tətbiqinin yaradılması Prezident İlham Əliyevin ölkə gəncliyinə xüsusi qayğısının, onların qarşılaşdığı çağırışların həllinə dəstəyinin növbəti nümunəsi, həmçinin dövlət xidmətlərinin rəqəmsallaşdırılması və vətəndaşlara daha da yaxınlaşdırılmasının təzahürüdür.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Noyabr 2019, 09:17 (GMT +4)
İsrail Dəməşqin cənubuna aviazərbələr endirib, ölənlər var (VİDEO)

20 Noyabr 2019, 09:15 (GMT +4)
NATO xarici işlər nazirləri Rusiyanı və "Çinin yüksəlişini" müzakirə edəcəklər

20 Noyabr 2019, 09:07 (GMT +4)
Paytaxtda beş evdən oğurluq edən keçmiş məhkumlar tutulublar

19 Noyabr 2019, 18:05 (GMT +4)
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək

19 Noyabr 2019, 17:53 (GMT +4)
Azercell öz istifadəçilərini sevindirməyə davam edir

19 Noyabr 2019, 17:48 (GMT +4)
Rusiya Suriyanın şimalına əlavə hərbi polis qüvvələri göndərib

19 Noyabr 2019, 17:45 (GMT +4)
“Məktəblinin dostu” layihəsində 300 əməkdaş çalışır

19 Noyabr 2019, 17:35 (GMT +4)
ADRA əməkdaşları qan verib

19 Noyabr 2019, 17:30 (GMT +4)
Quba və Qusar rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

19 Noyabr 2019, 17:29 (GMT +4)
Rusiya MN Suriyada yeni əməliyyatın başlaması ilə bağlı Türkiyənin təhdidlərinə cavab verib

19 Noyabr 2019, 17:24 (GMT +4)
Küveytin yeni baş nazirinin kimliyi bəlli olub

19 Noyabr 2019, 17:22 (GMT +4)
AzTU-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

19 Noyabr 2019, 17:16 (GMT +4)
Türkiyədə 2020-ci ildən turizm vergisi qüvvəyə minəcək

19 Noyabr 2019, 17:14 (GMT +4)
Gündüz İsmayılov: Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib

19 Noyabr 2019, 17:00 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib

19 Noyabr 2019, 16:44 (GMT +4)
Rusiya Dövlət Duması: ABŞ İranı öhdəliklərdən imtina etməyə məcbur edir

19 Noyabr 2019, 16:37 (GMT +4)
Əlilliyi olan şəxslərin kiçik biznes qurmalarına dəstək proqramı üzrə növbəti təlimlərə 400 nəfər cəlb olunacaq

19 Noyabr 2019, 16:26 (GMT +4)
Taliban girovluğundakı ABŞ və Avstraliya vətəndaşlarını azad edib

19 Noyabr 2019, 16:19 (GMT +4)
Təhsil naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək

19 Noyabr 2019, 16:09 (GMT +4)
Venesiyanın bərpa edilməsi üçün ruslar 1 milyon avro ianə verib

19 Noyabr 2019, 15:58 (GMT +4)
Novruz Məmmədov ADU-nun prorektoru təyin olunub

19 Noyabr 2019, 15:38 (GMT +4)
Təbrizdə iğtişaşları pisləyən mitinq keçirilib (VİDEO)

19 Noyabr 2019, 15:36 (GMT +4)
Heç kim beynəlxalq hüquqdan üstün ola bilməz - Çavuşoğlu

19 Noyabr 2019, 15:15 (GMT +4)
KOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib

19 Noyabr 2019, 14:53 (GMT +4)
Ankara S-400-lə bağlı mövqeyini dəyişməyəcək - Ərdoğan

19 Noyabr 2019, 14:49 (GMT +4)
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib

19 Noyabr 2019, 14:34 (GMT +4)
Abşeronda evdən 59 550 manatlıq oğurluq edilib (FOTO)

19 Noyabr 2019, 14:32 (GMT +4)
Qırğızıstanın islahatları sürətləndirmək üçün köməyə ehtiyacı var - prezident

19 Noyabr 2019, 14:22 (GMT +4)
Dünya ictimaiyyəti ABŞ-ın İsrailin Fələstində saldığı massivlərlə bağlı qərarını qınayıb

19 Noyabr 2019, 13:54 (GMT +4)
Rusiyada avtomobil asfalt çuxuruna düşüb, iki nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66