Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Zərdabda maarifləndirmə tədbiri keçirilib

30 Sentyabr 2019, 11:05 (GMT +4)

Bakı, 30 sentyabr, SalamNews.Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə maafirləndirmə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində Zərdab rayonunda maarifləndirmə tədbiri keçirilib.

SalamNews məlumatına görə, Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tural Nağıyev tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığı barədə məlumat verib, belə tədbirin Zərdab rayonunda keçirilməsinin əhəmiyyətindən danışıb.

Mərkəzin rəhbəri Pərvin Məmmədova isə öz çıxışında belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Zərdab Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib. O, layihənin məqsədi barədə məlumat verərək həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb.

Tədbirdə ekspert qismində iştirak edən Səhiyyə Nazirliyinin 5 saylı Qadın məsləhətxanasının müdiri Leyla Məmmədova öz çıxışında Azərbaycanda ana və uşaq sağlamlığının qorunması işinin aktual bir problem kimi daim dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayıb, bu sahədə həyata keçirilən dövlət siyasəti, eləcə də reproduktiv sağlamlıq, ailə planlaşdırılması, antenatal xidmət, doğuşdan sonrakı dövrdə xidmət, abortların zərəri, erkən nikahların fəsadları, cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, effektiv kontrasepsiya üsulları barədə ətraflı məlumat vermişdir. Leyla Məmmədova tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, hal-hazırda dünyanın bir sıra ölkələrində doğulan uşaqların cinsə görə nisbətinin pozulması hallarının artması cəmiyyətdə böyük narahatlığa səbəb olan problemlər sırasındadır. Bəzi ailələrdə daha çox oğlan uşaqlarına üstünlüyün verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.
Eyni zamanda, tədbirdə geniş müzakirələr aparılıb, mövcud problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra təkliflər irəli sürülüb, müraciət edən qadınlara fərdi qaydada məsləhət xidmətləri göstərilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Noyabr 2019, 13:30 (GMT +4)
Bayden: Tramp və Rusiya məni ABŞ prezidenti olaraq görmək istəmir

21 Noyabr 2019, 13:22 (GMT +4)
Cavid Qurbanov gənc kadrları işlə təmin edib

21 Noyabr 2019, 13:10 (GMT +4)
Hollandiya Fələstinə verdiyi yardımları dayandırıb

21 Noyabr 2019, 13:00 (GMT +4)
Azərbaycanda bələdiyyə sədri həbs edilib

21 Noyabr 2019, 12:55 (GMT +4)
“Azərenerji”: SES-lərdə tezliyin tənzimlənməsi avtomatik olacaq

21 Noyabr 2019, 12:38 (GMT +4)
Rusiya hərbi polisi ABŞ-ın Suriyadakı keçmiş bazasını tutub

21 Noyabr 2019, 12:25 (GMT +4)
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

21 Noyabr 2019, 12:21 (GMT +4)
İsrail qüvvələri İordan çayının qərbində 8 fələstinlini həbs edib

21 Noyabr 2019, 12:20 (GMT +4)
ESET: Azərbaycan şirkətlərinin 37%-i informasiya təhlükəsizliyi üçün büdcəyə sahib deyil

21 Noyabr 2019, 12:11 (GMT +4)
Tramp Konqresi "ifritə ovuna" son qoymağa çağırıb

21 Noyabr 2019, 12:08 (GMT +4)
Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

21 Noyabr 2019, 11:58 (GMT +4)
Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi vəfat edib

21 Noyabr 2019, 11:45 (GMT +4)
Etirazçılar İraq-Küveyt sərhəd keçidini bağlayıblar

21 Noyabr 2019, 11:40 (GMT +4)
Jurnalistikada təhsil alan tələbələr üçün müsabiqə elan edilib

21 Noyabr 2019, 11:25 (GMT +4)
Demokratlar Baydenin oğlunun impiçment dinləmələrinə çağrılmasına qadağa qoyub

21 Noyabr 2019, 11:20 (GMT +4)
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib

21 Noyabr 2019, 11:11 (GMT +4)
Suriyanın şimalında ordu və qruplaşmalar yenidən qarşılıqlı hücuma keçiblər, 20 ölü var

21 Noyabr 2019, 11:10 (GMT +4)
“Nar” abunəçilərini arzuolunmaz mesajlardan və avtomatik qoşulmalardan qoruyur

21 Noyabr 2019, 10:52 (GMT +4)
Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşləri keçirilib

21 Noyabr 2019, 10:50 (GMT +4)
Siciliyada partlayış nəticəsində azı dörd nəfər ölüb

21 Noyabr 2019, 10:36 (GMT +4)
Beş Avropa dövləti ABŞ-ın Fələstində salınan yəhudi massivlərilə bağlı mövqeyini tənqid edib

21 Noyabr 2019, 10:33 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

21 Noyabr 2019, 10:17 (GMT +4)
Zelenskinin təyyarəsinin mühərriyində problem yaranıb

21 Noyabr 2019, 09:58 (GMT +4)
İsraildə hökumətin təşkili növbəti dəfə uğursuz alınıb

21 Noyabr 2019, 09:48 (GMT +4)
Zelenski: Rusiya tərəfindən göndərilən gəmilərdə avadanlıq çatışmır

21 Noyabr 2019, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Noyabr 2019, 09:25 (GMT +4)
Sepah İranın 4 əyalətində İğtişaşlara rəhbərlik edənlərin saxlanıldığını bildirib

21 Noyabr 2019, 09:14 (GMT +4)
ABŞ-ın AB-dəki daimi nümayəndəsi Trampın günahsız olduğunu sübut edib

21 Noyabr 2019, 09:01 (GMT +4)
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 ili tamam olur

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66