Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda Dünya Ürək Günü qeyd edilib

30 Sentyabr 2019, 13:14 (GMT +4)

Bakı, 30 sentyabr, SalamNews. Hər il sentyabrın 29-u Dünya Ürək Federasiyası və üzv təşkilatlar, eləcə də dünyanın ayrı-ayrı ölkələrində müxtəlif səhiyyə təşkilatları tərəfindən Dünya Ürək Günü kimi qeyd edilib. “Ürəyinizin qəhrəmanı olun” (Be A Heart Hero) Dünya Ürək Gününün bu ilki şüarıdır. Bu il insanları ürəklərinin qorunması üçün mübarizəyə səsləyən Dünya Ürək Federasiyası ürək sağlamlığına daha çox diqqət ayırmağı hədəfləyir.

Azərbaycanda da Dünya Ürək Günü ilə bağlı müxtəlif tədbirlər keçirilib. Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti hər il olduğu kimi bu il də bir neçə sosial aksiya və elmi konfrans təşkil edərək, ürək sağlamlığının vacibliyinə diqqət çəkib.

Daha çox insanın Dünya Ürək Günü ilə bağlı məlumatlandırılması məqsədilə sentyabrın 27-28-də Park Bulvar AVM-də aksiya keçirilib. Aksiya zamanı Mərkəzi Klinik Xəstəxananın həkim briqadası tərəfindən ödənişsiz əsaslarla insanların qan təzyiqi, qanda şəkərin, xolesterolun miqdarı ölçülüb, ürək-damar xəstəliklərindən qorunmağın yolları haqqında məsləhətlər verilib.

Sentyabrın 28-də daha bir sosial aksiya baş tutub. Belə ki, Mərkəzi Klinik Xəstəxananın həkim briqadası tərəfindən Bilgəh qəsəbəsində yerləşən pensiya yaşına çatmışlar üçün sosial xidmət müəssisəsi – Qocalar Evində məskunlaşan ahıllar müayinədən keçirilib, onlar üçün müalicə kursu təyin edilib. Aksiyaya dəstək verən KRKA Şirkəti isə ahılların lazımi dərman preparatları ilə təmin olunmasını təşkil edib.

Dünya Ürək Günü ilə əlaqədar keçirilən tədbirlərin sonuncusu isə Hyatt Regency otelində KRKA Şirkətinin dəstəyi ilə ürək-damar cərrahları, rezidentlər və gənc həkimlərin iştirak etdiyi Dünya Ürək Gününə həsr olunmuş elmi-praktiki konfrans olub. Konfransda Dünya Ürək Gününün əhəmiyyəti qeyd olunub, ürək sağlamlığında aktual mövzular ətrafında çıxışlar edilib, müzakirələr aparılıb.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, professor Kamran Musayev bildirib ki, Dünya Ürək Gününün qeyd edilməsi artıq ənənəyə çevrilib.

“Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən 2004-cü ildən etibarən hər il Dünya Ürək Gününü bir neçə aksiya və elmi tədbirlə qeyd edirik. “Dünya Ürək Günü” ilə əlaqədar keçirdiyimiz tədbirlərdə ürək sağlamlığının əhəmiyyətindən danışır, insanlar arasında ürəyin fəaliyyətinə biganə qalmamağa çağırışlar edirik. Bu il “Ürəyinizin qəhrəmanı olun!” şüarı ilə keçirdiyimiz aksiya və tədbirlərdə də insanlara ürək sağlamlığının qorunmasında hər kəsin qəhrəman ola biləcəyinin mümkünlüyü barədə məlumatlar paylaşdıq, onları sağlam həyata və sağlam qidalanmağa çağırdıq.”


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

21 Noyabr 2019, 13:30 (GMT +4)
Bayden: Tramp və Rusiya məni ABŞ prezidenti olaraq görmək istəmir

21 Noyabr 2019, 13:22 (GMT +4)
Cavid Qurbanov gənc kadrları işlə təmin edib

21 Noyabr 2019, 13:10 (GMT +4)
Hollandiya Fələstinə verdiyi yardımları dayandırıb

21 Noyabr 2019, 13:00 (GMT +4)
Azərbaycanda bələdiyyə sədri həbs edilib

21 Noyabr 2019, 12:55 (GMT +4)
“Azərenerji”: SES-lərdə tezliyin tənzimlənməsi avtomatik olacaq

21 Noyabr 2019, 12:38 (GMT +4)
Rusiya hərbi polisi ABŞ-ın Suriyadakı keçmiş bazasını tutub

21 Noyabr 2019, 12:25 (GMT +4)
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

21 Noyabr 2019, 12:21 (GMT +4)
İsrail qüvvələri İordan çayının qərbində 8 fələstinlini həbs edib

21 Noyabr 2019, 12:20 (GMT +4)
ESET: Azərbaycan şirkətlərinin 37%-i informasiya təhlükəsizliyi üçün büdcəyə sahib deyil

21 Noyabr 2019, 12:11 (GMT +4)
Tramp Konqresi "ifritə ovuna" son qoymağa çağırıb

21 Noyabr 2019, 12:08 (GMT +4)
Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

21 Noyabr 2019, 11:58 (GMT +4)
Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi vəfat edib

21 Noyabr 2019, 11:45 (GMT +4)
Etirazçılar İraq-Küveyt sərhəd keçidini bağlayıblar

21 Noyabr 2019, 11:40 (GMT +4)
Jurnalistikada təhsil alan tələbələr üçün müsabiqə elan edilib

21 Noyabr 2019, 11:25 (GMT +4)
Demokratlar Baydenin oğlunun impiçment dinləmələrinə çağrılmasına qadağa qoyub

21 Noyabr 2019, 11:20 (GMT +4)
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib

21 Noyabr 2019, 11:11 (GMT +4)
Suriyanın şimalında ordu və qruplaşmalar yenidən qarşılıqlı hücuma keçiblər, 20 ölü var

21 Noyabr 2019, 11:10 (GMT +4)
“Nar” abunəçilərini arzuolunmaz mesajlardan və avtomatik qoşulmalardan qoruyur

21 Noyabr 2019, 10:52 (GMT +4)
Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşləri keçirilib

21 Noyabr 2019, 10:50 (GMT +4)
Siciliyada partlayış nəticəsində azı dörd nəfər ölüb

21 Noyabr 2019, 10:36 (GMT +4)
Beş Avropa dövləti ABŞ-ın Fələstində salınan yəhudi massivlərilə bağlı mövqeyini tənqid edib

21 Noyabr 2019, 10:33 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

21 Noyabr 2019, 10:17 (GMT +4)
Zelenskinin təyyarəsinin mühərriyində problem yaranıb

21 Noyabr 2019, 09:58 (GMT +4)
İsraildə hökumətin təşkili növbəti dəfə uğursuz alınıb

21 Noyabr 2019, 09:48 (GMT +4)
Zelenski: Rusiya tərəfindən göndərilən gəmilərdə avadanlıq çatışmır

21 Noyabr 2019, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Noyabr 2019, 09:25 (GMT +4)
Sepah İranın 4 əyalətində İğtişaşlara rəhbərlik edənlərin saxlanıldığını bildirib

21 Noyabr 2019, 09:14 (GMT +4)
ABŞ-ın AB-dəki daimi nümayəndəsi Trampın günahsız olduğunu sübut edib

21 Noyabr 2019, 09:01 (GMT +4)
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 ili tamam olur

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66