Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » AVTOİDMAN

Gəncədə idman avtomobillərinin yarışı və şousu keçirilib

30 Sentyabr 2019, 12:36 (GMT +4)

Bakı, 30 sentyabr, SalamNews.Sentyabrın 29-da Gəncə şəhərində Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “V1 Challenge Gəncə” - idman avtomobillərinin yarışı və şousu keçirilib.

AAF-dan SalamNews-a verilən məlumata görə, Heydər Əliyev Park Kompleksi ərazisində 20 mindən çox tamaşaçının izlədiyi yarış həyəcan dolu anlar, maraqlı tryuklarla yadda qalıb.

“V1 Challange Gəncə” yarışında” “Volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar iştirak edib.

Tədbirdə tanınmış pilotlar – “Drift GP International” promouteri Neyl Qan (Niall Gunn), drift üzrə Almaniya çempionu Sebastian Fonteyn (Sebastian Fontijn), “Drift All Stars European Series” yarışlarının qalibi Martin Riçards (Martin Richards), “Drift GP International” yarışlarının texniki direktoru Antanas Kiquolis (Antanas Kyguolis), eləcə də yerli drift və “Volkicar” pilotları çıxış ediblər.

Avtoidman həvəskarları üçün “Volkicar”, drift və idman avtomobillərinin yürüşü, “Volkicar”ların yarışı, “Volkicar” və sportkarla “burnout”, drift şouları təqdim olunub.

Tamaşaçılar arasında avtomobil idmanı və yol hərəkəti təhlükəsizliyi mövzusunda viktorina da keçirilib, fəal iştirakçılar mükafatlandırılıb.

Viktorina başa çatdıqdan sonra “Volkicar” avtomobillərinin yarışı keçirilib.

Drift yarışları üzrə pilotlar Elvin Xudaverdiyev birinci, Adil Axundov ikinci, Fəxri Gülməmmədov isə üçüncü yerin qalibi olub.

V1 Challange yarışında isə pilotlar Fərid Məmmədov birinci, Azad Hüseynov ikinci, Mətin Orucov isə üçüncü yerə sahib olub.

Sonda qaliblərə kuboklar təqdim olunub.

1-ci yerin qalibi Fərid Məmmədov bunları deyib: “Sevindirici haldır ki, ilk dəfə Gəncə şəhərində idman avtomobillərinin yarışı keçirilir. Bu cür yarışların keçirilməsi avtomobil idmanı mədəniyyətinin yüksəlməsi və yollarda avtoxuliqanlıq, eləcə də qəzaların sayının azalması üçün əhəmiyyətlidir. Tamaşaçıların alqışları göstərdi ki, Gəncədə də avtomobil idmanına böyük maraq var. Son dövrədə azarkeşlər öz alqışları ilə mənə böyük dəstək oldular və mən birinci oldum. Bizim yarışı böyük həyəcanla sonadək izlədiklərinə görə driftsevərlərə minnətdarlığımı bildirirəm”.

2-ci yerin qalibi Azad Hüseynov bildirib ki, sevdiyi idmanla məşğul olduğuna görə bu cür yarışlara böyük həvəslə qatılır: “Bütün yarışlarda olduğu kimi bu dəfə də çox həyəcanlı idim. Bununla belə gəncəli azarkeşlərin dəstəyini hiss etdim və 2-ci yerin qalibi oldum. İlk dəfə Gəncədə keçirilən bu yarış yüksək səviyyədə təşkil olunub. Belə yarışların bir daha Gəncədə keçirilməsini arzu edirəm. Gələcəkdə də bu cür yarışlar Gəncə şəhərində təşkil olunarsa bir pilot kimi mütləq iştirak edəcəyəm”.

3-cü yerin qalibi Mətin Orucov böyük fəxr hissi keçirdiyini vurğulayıb: “Gəncədə yarışdım və 3-cü yerin qalibi oldum. Ümidvaram ki, gələcəkdə Avropada keçirilən yarışlarda da qalib olacağıq”.

Qeyd edək ki, sentyabrın 30-dan Azərbaycan Avtomobil Federasiyası tərəfindən Gəncədə Yol Hərəkəti Təhlükəsizliyi həftəsi də keçirilir. Bu tədbirlər çərçivəsində “Yollarda təhlükəsiz davranışı həyat tərzinə çevirək” adlı konfrans və Gəncənin bir sıra ümumtəhsil məktəblərində yol hərəkəti təhlükəsizliyinə həsr olunan təlimlər təşkil olunacaq.

Konfrans və təlimləri AAF-ın yol hərəkəti təhlükəsizliyi üzrə məsləhətçiləri Əlləz Əliyev, Ərşad Hüseynov və Sahib Əsgərov aparacaq. İştirakçılara yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi və digər istiqamətlər üzrə məlumatlar veriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AAF-nin prezidenti jurnalistləri peşə bayramları münasibətilə təbrik edib

AAF-ın prezidenti Yaqub Eyyubovla görüşüb

Çingiz Hüseynzadə AAF-ın pezidenti ilə görüşüb

“AAAF Holdinq” KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

Xələf Xələfov AAF-nın idarə heyətinin sədri ilə görüşüb

AAF "Formula-1" yarışına hazırlıqla əlaqədar Monakoda danışıqlar aparıb

17 Oktyabr 2019, 18:21 (GMT +4)
Cavid Qurbanov "Stadler Minsk" zavodunda olub

17 Oktyabr 2019, 18:00 (GMT +4)
Azərbaycanda ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb

17 Oktyabr 2019, 17:50 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Çinə səfər edəcək

17 Oktyabr 2019, 17:44 (GMT +4)
Şəmkirdə 58 kq mənşəyi məlum olmaya ətin satışının qarşısı alınıb

17 Oktyabr 2019, 17:33 (GMT +4)
Bəşər Əsəd ilk dəfə olaraq Türkiyənin əməliyyatına münasibət bildirib: «Təcavüzə cavab verəcəyik»

17 Oktyabr 2019, 17:31 (GMT +4)
Rusiya XİN Dövlət Duması deputatının Dağlıq Qarabağa qanunsuz səfərini şərh edib

17 Oktyabr 2019, 17:24 (GMT +4)
Azad Rəhimov Druskininkay şəhər meri ilə görüşüb

17 Oktyabr 2019, 17:20 (GMT +4)
Ankarada Rəcəb Tayyib Ərdoğan ilə Mayk Pensin görüşü başlayıb

17 Oktyabr 2019, 17:17 (GMT +4)
Bakıda bir küçədə hərəkət məhdudlaşdırılacaq

17 Oktyabr 2019, 17:06 (GMT +4)
Sumqayıtda zenit top mərmisi aşkarlanıb

17 Oktyabr 2019, 17:05 (GMT +4)
Səudiyyə son 2 ayda ilk dəfə olaraq neft gəmisini husilərin olduğu bölgəyə buraxıb

17 Oktyabr 2019, 17:02 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 790 min manat vəsait ayrılıb

17 Oktyabr 2019, 17:02 (GMT +4)
Ankara: Suriyadakı terrorçular kimyəvi silahdan istifadə edə bilərlər

17 Oktyabr 2019, 16:34 (GMT +4)
Formula 1 və Mayami yürüşün keçirilməsi barədə prinsipial razılıq əldə ediblər

17 Oktyabr 2019, 16:20 (GMT +4)
Filippində 6,4 bal gücündə zəlzələ baş verib

17 Oktyabr 2019, 16:19 (GMT +4)
Türkiyədə azərbaycanlı zəhərlənmə nəticəsində ölüb 

17 Oktyabr 2019, 16:10 (GMT +4)
Şagird idarəetmə sistemi yaradılıb

17 Oktyabr 2019, 16:09 (GMT +4)
Suriyada ABŞ nəzarətində qalan hərbi qərargahların sayı açıqlanıb

17 Oktyabr 2019, 16:06 (GMT +4)
Xaçmazda narkotacirlər tutulub

17 Oktyabr 2019, 16:04 (GMT +4)
Merkel Türkiyəyə silah tədarükünün planlaşdırmadığını açıqlayıb

17 Oktyabr 2019, 16:02 (GMT +4)
“Kubok TRİZ-2019” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib

17 Oktyabr 2019, 15:56 (GMT +4)
Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır

17 Oktyabr 2019, 15:42 (GMT +4)
Bakı Limanı Xəzər dənizi hövzəsində ilk olaraq «yaşıl liman» adını qazanıb

17 Oktyabr 2019, 15:38 (GMT +4)
Regionlardakı gənc qızlar sahibkarlığa cəlb olunacaqlar

17 Oktyabr 2019, 15:36 (GMT +4)
"Həkimlər valideynlərin dili ilə" adlı layihə çərçivəsində tədbir təşkil edilib

17 Oktyabr 2019, 15:25 (GMT +4)
Prezident İlham Əliyev AAYDA-nın İdarə Heyətinin sədrini qəbul edib

17 Oktyabr 2019, 15:18 (GMT +4)
ABŞ vitse-prezidenti Ankaraya gəlib

17 Oktyabr 2019, 15:16 (GMT +4)
“Coca-Cola Məktəbli Kuboku”-nun yeni mövsümü başlayır

17 Oktyabr 2019, 15:15 (GMT +4)
Kürdlər strateji Kobani sərhəd keçidini Suriya Ordusuna təhvil veriblər

17 Oktyabr 2019, 15:10 (GMT +4)
AzMİU-nun professor-müəllim heyətinin maaşları 25 faiz artırılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66