Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Nar+” ilə 5 hesabı birdən idarə etmək imkanı yaradılıb

30 Sentyabr 2019, 15:57 (GMT +4)

Bakı, 30 sentyabr, SalamNews. Müştəriyönümlü strategiyasını uğurla davam etdirən mobil operator “Nar”, rəqəmsal formatda və real rejimdə şəxsi hesablara nəzarət etmək imkanı verən “Nar+” tətbiqini artıq bir aydır ki, abunəçilərinin istifadəsinə verib. Bu qısa müddət ərzində 35.000-dən çox “Nar” abunəçisi tətbiqi yükləyərək qeydiyyatdan keçib. 

Tətbiqin daha bir unikal xüsusiyyəti eyni anda vahid platforma üzərindən 5- dək hesaba nəzarət etmə imkanı verməsidir. Belə ki, əgər bir neçə şəxsi "Nar" nömrə istifadə edirsinizsə və ya yaxınlarınızın hesabında əməliyyat aparmaq lazımdırsa, tətbiqdən çıxmadan bir kliklə bir hesabdan digərinə keçid edə bilərsiniz.

Tətbiq vasitəsilə abunəçilər artıq bir neçə saniyə ərzində tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilərlər. Bundan başqa, tətbiq kredit və balans sorğularını icra etməyə, rominq paketləri barədə də məlumat alıb bir kliklə xidməti aktivləşdirməyə imkan verir.
Bundan başqa, “Nar+” tətbiqi ümumilikdə lazım olan bütün informasiyanı verməklə, müştəri xidmətlərinə zəng etmək ehtiyacını minimuma endirir və abunəçilərin vaxtına qənaət etmiş olur. Hər hansı bir sual yarandığı təqdirdə isə onlayn çat vasitəsilə kömək təqdim olunur.
Qeyd edək ki, “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləyə bilərsiniz. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,6 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakı Limanında Qaynar Xətt fəaliyyətə başlayıb

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qaynar xətlər fəaliyyətə başlayıb

Narkoloji xəstələrin dövlət hesabına müalicə qaydaları müəyyənləşib

Çindən kənarda yeni koronavirusa yoluxanların sayı 3000-ə yaxınlaşır 

“Nar”ın 4G istifadəçilərinin sayı 1 milyonu ötüb

Çindən kənarda koronavirusa yoluxanların sayı iki min nəfəri keçib

Bakıda 5 kq-dan artıq narkotik satan şəxs tutulub

İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayıb

Çindən kənarda koronavirusa yoluxanların sayı 1769 nəfərə çatıb

Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib (FOTO)

Qubada iki şəxs narkotiklə saxlanılıb

“Nar”ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

Astarada 1 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Ötən ay Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 12 müraciət daxil olub

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Auditorlar Palatası və ARPA mühasiblər üçün seminar keçirib

ÇXR-dən kənarda koronavirusa yoluxanların sayı 500 nəfəri keçib

ABŞ Ankaranın İdliblə bağlı narahatlığını paylaşır - ABŞ rəsmisi

Azərbaycanda onlayn narkotik satan şəxslər həbs ediliblər

Brüssel seminarının ETSN-də canlı yayımı təşkil edilib

28 Fevral 2020, 18:17 (GMT +4)
“İrandan gələnləri saxlamasaq, təhlükə mənbəyi olacaqlar” - Yaqut Qarayeva

28 Fevral 2020, 18:12 (GMT +4)
Nazirlər Kabineti yanında Qərargah vətəndaşlara müraciət edib

28 Fevral 2020, 18:05 (GMT +4)
Qərargah: Koronavirusa yoluxan şəxsin vəziyyətində ağırlaşma yoxdur

28 Fevral 2020, 17:54 (GMT +4)
Bakıda mənzildən qadın meyiti aşkarlanıb

28 Fevral 2020, 17:43 (GMT +4)
İspaniyada koronavirus infeksiyasına yoluxanların sayı 32-yə çatıb

28 Fevral 2020, 17:40 (GMT +4)
General Haftarın ordusu Liviyada 15 türk əsgərinin öldüyünü iddia edib

28 Fevral 2020, 17:32 (GMT +4)
Gündüz İsmayılov: Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir

28 Fevral 2020, 17:31 (GMT +4)
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

28 Fevral 2020, 17:20 (GMT +4)
Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq

28 Fevral 2020, 17:14 (GMT +4)
Putin və Ərdoğan görüşmək barədə razılıq əldə edib

28 Fevral 2020, 17:03 (GMT +4)
Suriya Ordusu İdlibin cənubunda 5 kəndi radikal qruplaşmalardan azad edib

28 Fevral 2020, 17:00 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşüblər

28 Fevral 2020, 16:45 (GMT +4)
Lavrov İdlibdə öldürülən hərbçilərə görə Türkiyəyə başsağlığı verib

28 Fevral 2020, 16:40 (GMT +4)
Azercell Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq Memorandumu imzalayıb

28 Fevral 2020, 16:27 (GMT +4)
Gömrük Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edib

28 Fevral 2020, 16:21 (GMT +4)
“Gənclərin könüllülük fəaliyyətində iştirakının artırılması” layihəsi baş tutub

28 Fevral 2020, 16:18 (GMT +4)
“ASAN Həyat” Bahar Festivalı keçiriləcək

28 Fevral 2020, 16:18 (GMT +4)
İran İdliblə bağlı tərəfləri təmkinli olmağa çağırıb

28 Fevral 2020, 16:16 (GMT +4)
“Sağlam təhsil” məktəbəhazırlıq qrupları (VİDEO)

28 Fevral 2020, 16:15 (GMT +4)
Kreml Putin və Ərdoğan arasındakı telefon danışığının təfərrüatlarını açıqlayıb

28 Fevral 2020, 15:52 (GMT +4)
Nicat Hacızadə: Ötən ay qeyri-neft sektoru üzrə 141 milyon dollar dəyərində ixrac olub

28 Fevral 2020, 15:48 (GMT +4)
Prezident İlham Əliyev: Azərbaycan etibarlı tranzit ölkəyə çevrilib

28 Fevral 2020, 15:40 (GMT +4)
Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb

28 Fevral 2020, 15:35 (GMT +4)
AB Türkiyəyə qarşı sanksiyaları genişləndirir

28 Fevral 2020, 15:30 (GMT +4)
Ucarda 3 ədəd mina tapılıb

28 Fevral 2020, 15:30 (GMT +4)
Prezident: “Cənub Qaz Dəhlizi layihəsi əsasında əməkdaşlığın nadir formatı yaradılıb”

28 Fevral 2020, 15:10 (GMT +4)
Müəllim olmaq istəyənlər üçün qiymətləndirmə çərçivəsi hazırlanıb

28 Fevral 2020, 15:02 (GMT +4)
Azərbaycanda 1 milyona yaxın köhnə işıq sayğacı dəyişdiriləcək

28 Fevral 2020, 14:53 (GMT +4)
Lukaşenko koronavirus səbəbiylə Belarus sərhədlərini bağlamaq niyyətində deyil

28 Fevral 2020, 14:45 (GMT +4)
Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66